FACT-INFO.AZ » AKTUAL » Bu gün Şəhid Mübariz Kamilovun doğum günüdür
29-05-2025, 20:30 | AKTUAL
Bu gün Şəhid Mübariz Kamilovun doğum günüdür

 Fədakarlığın nəhayəti Şəhidlik zirvəsidir. O elə bir zirvədir ki, onu təsvir etməkdə dillər acizdir. Qurani-Kərim şəhidlərin ölmədiyini, diri qaldıqlarını buyurur. Şəhidin ilk qan damlası yerə düşməmişdən öncə bütün günahları bağışlanar, ölüm ona çox rahat gələr, misilsiz bir xoşbəxtlik hissi keçirər. 

 Şəhidlərimiz ölümə qalib gəlməklə bir ilahi həqiqəti təsdiqlədilər. Bu ilahi həqiqət Azərbaycanın yenilməz, mübariz xalq olduğunu, Şəhidlik zirvəsinə ucalan övladlarının şücaəti, oğul itkisinə mətanətlə dözən müqəddəs anaların dəyanətini təsdiq etdi. 

Kamilov Mübariz  İbadət oğlu 1987-ci ilin  may ayının 29-da  Xəzər rayonunun Qala  qəsəbəsində doğulub. 185 saylı məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra  diş texniki üzrə təhsil alır. Bu peşəyə yiyələnmək məqsədilə davamlı kurslarda iştirak edib. Daha sonra əsgəri xidmətə çağrılıb. Naxçıvanda həqiqi hərbi xidmətdə olub. Məsuliyyətli, peşəkar hərbçi olan  Kamilov Mübariz hər zaman hərbi hissə komandirlərinin, hərbi xidmət yoldaşlarının rəğbətini qazanıb. Qüsursuz xidmət keçən  Mübariz hərbi tapşırıqları yerinə yetirən zaman düşmənin basdırdığı tank əleyhinə minaya düşərək şəhid olub.  2007-ci ildə  doğulub boya başa çatdığı Qala  qəsəbəsində dəfn olunub. Mübariz Kamilov Vətənə, torpağa bağlı  hərbçi, millətini sevən insan olaraq,  hər zaman onu tanıyanların qəlbində yaşayacaq.

O, orta məktəb illərindən xüsusi olaraq seçilib. Təhsilə marağı, davamiyyəti, insanlara, elə-obaya, torpağa  sevgisi onu  hər zaman fərqləndirib. Valideynlərinin verdiyi məlumatlara görə, onun belə yüksək davranışları həm orta məktəb illərində, həm də hərbi xidmət keçdiyi dövrdə dostları və digər insanlar tərəfindən yüksək dəyərləndirilib.

Kamilov Mübariz hərbi xidməti başa vurmağına sayılı günlər qalan zaman Şəhidlik zirvəsinə yüksəlib. Məkanı cənnət olsun. O, Azərbaycanın tarixində, taleyində şərəfli  yer tutan qəhrəman olaraq hər zaman rəhmətlə, ehtiramla anılacaq.  Sonda bir vacib məqamı qeyd edək ki, çox qəddar düşmən üzərində qazandığımız tarixi Zəfərə,  son 200 illik işğala son qoyub, bizə qələbə sevincini yaşatdığına, millət olaraq bizi  bütövləşdirdiyinə görə, Şəhidlərimizə hər zaman borcluyuq! 

Onu da qeyd edək ki, bu gün Mübarizin məzarı başına yaxınları gəlmişdi. Onlar şəhidimizi anaraq ruhuna dualar oxudular.

İndi isə şəhid Kamilov Mübariz İbadət oğluna həsr olunan filmi təqdim edirik.

Fact-info.az 




Baxış sayı: 565
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30