Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Laçına səfəri və Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbirlərdə iştirakı böyük simvolik əhəmiyyətə malikdir. Türkiyə dövlətinin başçısı Ankara ilə Bakının tarixi birliyinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi, Azərbaycanla ortaq gələcək quruculuğu istiqamətində addımları davam etdirmək əzmini təsdiqlədi.
Bu fikri Türkiyənin “Uludağ” Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin professoru Mehmet Yüce şənbə günü “Sabah” qəzetində dərc olunan məqaləsində bildirib.
Ekspert qeyd edib ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri ticarətdən tutmuş müdafiəyə, enerjidən tutmuş təhsilə qədər həyatın bütün sahələrini əhatə edən misilsiz qardaşlıq və birlik nümunəsidir.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən sonra Azərbaycan Avrasiyanın şərqi ilə qərbi, şimalı ilə cənubu arasında təbii körpü kimi təkcə Türk dünyasının deyil, həm də Xəzəryanı regionun mühüm güc amilinə çevrilib.
M.Yüce Naxçıvanla Azərbaycanın qərb bölgələri arasında kommunikasiya yollarının bərpası ilə Bakının Türk dünyasında əlaqələrin inkişafına daha da böyük töhfə verəcəyinə əminliyini ifadə edib.
“Azərbaycan həm geostrateji mövqeyi baxımından, həm də Bakının tarixi proseslərdəki rolu kontekstində Türk dünyası üçün böyük əhəmiyyət kəsb edir. Türklərin qədim Vətəni olan Azərbaycan türk ölkələrinin mədəni və siyasi əlaqələrinə töhfə verir”, - deyə türkiyəli professor vurğulayıb.
Baxış sayı: 75
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
