Mən Türkiyənin Qars şəhərindən gəlmişəm. Bura mənim ata yurdumdur. Ata babam Şuşa, ana babam isə Gəncə şəhərindəndir. 1918-ci ildə burada yaşanan erməni zülmü zamanı Türkiyəyə gediblər. Dünyadan köçənədək Azərbaycan deyə-deyə əzab çəkiblər. Bu gün mən onların həsrətini çəkdikləri bu yerləri həm də onlar üçün ziyarət edirəm.
Fact-info.az xəbər verir ki, bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şuşaya səfər edən türkiyəli din xadimi Ahmet Erdem deyib.
44 günlük Vətən müharibəsi zamanı biz Qarsdakı məsciddə hər zaman dualar edirdik, şəhidlərimizin xatirəsini ehtiramla anırdıq. Bugünkü səfərimiz zamanı ermənilərin Qarabağ da təkcə tikililəri və təbiəti deyil, insanlığı, bəşəri insanlıq hisslərini məhv etdiklərinin şahidi oldum. Düşünürəm ki, buradakı bu mənzərə, bu insanlıq cinayətinin qalıqları mütləq saxlanılmalı və dünyaya göstərilməlidir. Qoy bütün dünya bu vəhşiliyin nümunələrini real faktlarla görsün.
Baxış sayı: 95
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
