FACT-INFO.AZ » İQTİSADİYYAT » Horadiz-Ağbənd dəmir yolu xəttində isə tikinti-quraşdırma işlərinin 66 faizi tamamlanıb
30-05-2025, 15:30 | İQTİSADİYYAT
Horadiz-Ağbənd dəmir yolu xəttində isə tikinti-quraşdırma işlərinin 66 faizi tamamlanıb

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzi nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupunun növbəti iclası Ağdamda keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumatda bildirib ki, iclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəqliyyat və rabitə infrastrukturu üzrə qarşıya qoyulmuş tapşırıqların icrası ilə bağlı görülmüş işlər, hazırda davam edən layihələr və gələcək planlara dair aidiyyəti qurumların məlumatları dinlənib, layihələrin icrası ilə bağlı cari vəziyyət, qarşıda duran işlər və onların həlli yolları ətraflı müzakirə edilib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi qrupunun rəhbəri Rəhman Hümmətov çıxış edərək bildirib ki, Dövlət Proqramına, eyni zamanda “2025-ci ildə işğaldan azad olunmuş ərazilərdə yaşayış sahələrinin istifadəyə verilməsi və əhalinin köçürülməsinə dair qrafik”ə uyğun olaraq hazırda həmin ərazilərdə avtomobil və dəmir yollarının bərpa və tikintisi, yeni hava limanlarının inşası və fəaliyyəti, ictimai nəqliyyat xidmətlərinin, o cümlədən şəhər və rayonlarda müntəzəm sərnişin daşımalarının təşkili və müvafiq infrastrukturun yaradılması, telekommunikasiya və poçt şəbəkələrinin qurulması kimi strateji layihələrin icrası davam etdirilir.

R.Hümmətov Laçın rayonunda bölgədə sayca üçüncü olan beynəlxalq hava limanının tikintisinin başa çatdırıldığı və rəsmi açılış mərasiminin keçirildiyini, həmçinin uzunluğu 224,1 kilometr olan 7 avtomobil yolunda işlərin başa çatdırıldığını, bununla yanaşı, ümumi uzunluğu 2644 kilometr olan 40 layihə üzrə avtomobil yollarının tikintisi işlərinin qrafikə uyğun aparıldığını qeyd edib. Həmçinin bildirib ki, dəmir yolu infrastrukturunun bərpası çərçivəsində Bərdə-Ağdam dəmir yolu xəttinin çəkilişi başa çatdırılıb, Horadiz-Ağbənd dəmir yolu xəttində isə tikinti-quraşdırma işlərinin 66 faizi tamamlanıb.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı, bərpa-quruculuq işləri, eləcə də tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq, hazırda 11 müxtəlif istiqamət üzrə müntəzəm marşrut xətləri fəaliyyət göstərir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərə indiyədək təqribən 85 min sərnişin daşınması təmin edilib. Fərdi minik avtomobilləri ilə hesabat dövrünədək “Yolumuz Qarabağa” portalından (www.yolumuzqarabaga.az) istifadə etməklə, ümumi sayı 1 milyon 463 minə yaxın şəxsin səfər üçün müraciətləri təsdiq olunub. Şuşa və Laçın şəhərlərinə, həmçinin Suqovuşan qəsəbəsinə mövcud olan istiqamətlər ilə yanaşı, cari ilin 20 may tarixindən etibarən vətəndaşlara sözügedən portaldan istifadə etməklə Ağdam, Ağdərə, Cəbrayıl, Füzuli, Xankəndi, Xocalı, Xocavənd və Zəngilan rayonlarına da fərdi minik avtomobilləri ilə səfər etmələri üçün şərait yaradılıb.

Qeyd olunanlarla yanaşı, ərazilərdə məskunlaşan insanların gündəlik həyatını asanlaşdıran rabitə infrastrukturunun qurulması, telefon, internet xidmətlərinin təşkili və poçt xidmətlərinin genişləndirilməsi istiqamətində də zəruri tədbirlər görülür. Belə ki, hazırda 17 yaşayış məntəqəsində telekommunikasiya xidmətləri təşkil edilib və 4535 abunəçinin müasir texnologiyalardan istifadə etməsinə şərait yaradılıb. Şuşa, Xankəndi, Füzuli və Laçın şəhərlərində, həmçinin Zəngilan rayonunun Ağalı kəndində və Xocavənd rayonunun Hadrut qəsəbəsində poçt şöbələri açılmaqla xidmətlər təşkil olunub. Bununla yanaşı, işğaldan azad edilmiş digər ərazilərdə fəaliyyət göstərən hərbi hissələrə, həmçinin əhali, dövlət qurumları, müəssisə və təşkilatlara təsdiqlənmiş marşrutlara uyğun olaraq səyyar poçt xidmətləri göstərilir.

Sonra nazir müavini işğaldan azad edilmiş ərazilərdə radio-televiziya yayımı, mobil rabitə və sabit telekommunikasiya şəbəkəsi üzrə görülmüş və planlaşdırılan işlər barədə məlumat verib. Bildirib ki, hazırda ərazidə bərpa edilən radio-televiziya yayım stansiyaları vasitəsilə 9 televiziya və 17 radio proqramının yayımı həyata keçirilir. Mobil telekommunikasiya xidmətlərinin təşkili üçün ümumilikdə 340 baza stansiyası quraşdırılıb. Şuşa, Laçın, Füzuli, Zəngilan, Ağdam, Xankəndi, Xocalı, Kəlbəcər və digər ərazilərdə telefon və yüksəksürətli internet xidmətləri göstərilir.

İclasda işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na və köç qrafikinə uyğun olaraq həyata keçirilən nəqliyyat və rabitə infrastrukturu layihələri barədə çıxışlar edilib, layihə sənədlərinin aidiyyəti qurumlarla razılaşdırılması, tikinti üçün torpaq sahələrinin ayrılması, zəruri ərazilərin minalardan təmizlənməsi, mina təhlükəsizliyi üzrə tədbirlərin daim nəzarətdə saxlanılması, həyata keçirilən layihələrin əhəmiyyəti, onların icrasının İdarələrarası Mərkəz vasitəsilə əlaqələndirilməklə həyata keçirilməsi və digər vacib məsələlərlə bağlı müzakirələr aparılıb.

İclasda Dövlət Proqramında sahə üzrə nəzərdə tutulan tədbirlərin vaxtında icrası ilə əlaqədar aidiyyəti qurumlarla birgə tədbirlərin görülməsi, həmçinin yerlərdəki tikinti-quraşdırma və bərpa işlərində müasir texnologiyaların tətbiqinin zəruriliyi və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Səfər çərçivəsində Ağdam şəhərinin daxili yol-nəqliyyat, həmçinin kommunikasiya şəbəkəsinin qurulması işlərinə, Bərdə – Ağdam dəmir yolu, Bərdə – Ağdam – Əsgəran avtomobil yolu, Əsgəran – Xocalı – Xankəndi avtomobil yolu, Ağdam – Xankəndi magistral fiber-optik xəttin çəkilişi layihəsi, Ağdam rayonunda məskunlaşan Sarıcalı kəndində təşkil edilən telekommunikasiya və nəqliyyat xidmətlərinə baxış keçirilib.




Baxış sayı: 135
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30