FACT-INFO.AZ » MEDİA » Bank kartı məlumatlarının paylaşılması nəticəsində vətəndaşlar zərər çəkiblər – DİN xəbərdarlıq edir
31-05-2025, 10:30 | MEDİA
Bank kartı məlumatlarının paylaşılması nəticəsində vətəndaşlar zərər çəkiblər – DİN xəbərdarlıq edir

Daxili İşlər Nazirliyi vətəndaşları bank kartı məlumatlarının təhlükəsizliyinə diqqətlə yanaşmağa çağırır. Mayın 30-da bir sıra şəxslərin bank kartlarından kiberüsullarla pul vəsaitləri oğurlanıb.

Nazirlikdən  Fact-info.az-a bildiriblər ki, vətəndaşların bank kartlarının üzərindəki CVV/CVC və SMS vasitəsilə göndərilən OTP (birdəfəlik şifrə) kodlarını naməlum şəxslərlə paylaşması nəticəsində onların hesablarından 725, 550, 450, 447, 300, 204, 73, 72, 60, 50 manat və 49 ABŞ dolları məbləğində vəsait oğurlanıb.

Qeyd olunan məxfi məlumatlar üçüncü şəxslərə verildiyi halda yalnız bank hesabında olan vəsait deyil, həm də kredit limitləri vasitəsilə vətəndaşa maddi ziyan vurulur.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək xəbərdarlıq edir:

Bank və ya digər qurum adı ilə edilən naməlum zənglərə, mesajlara, linklərə inanılmamalıdır.

“Hesabınız dondurulub, müdaxilə var”, “Viza üçün ödənişlər”, “Qazandınız”, “Sığorta aktivləşdirilir”, “Sərfəli kredit” və bu kimi cəlbedici təkliflər kiberfırıldaqçılıq məqsədi daşıya bilər.

Heç bir halda kartın arxa hissəsindəki CVV/CVC kodları və OTP şifrəsi paylaşılmamalıdır.

Şübhəli hallarla rastlaşdıqda vətəndaşlar “102” Xidməti Zəng Mərkəzinə və ya ərazi polis orqanlarına müraciət etməlidirlər.

Daxili İşlər Nazirliyi tərəfindən kibercinayətkarlığa qarşı mübarizə tədbirləri davam etdirilir.




Baxış sayı: 110
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30