Monitorinqlərin nəticələrinə əsasən çirklənməyə məruz qalan Kür çayı və onun qollarında biogen maddələrin, həmçinin suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenolların yol verilən qatılıq həddindən (YVQH) dəfələrlə artıq olması müşahidə edilib. Bu çayların çirklənməsinə Gürcüstan və Ermənistan ərazilərindən məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təmizlənmədən birbaşa su obyektlərinə axıdılması səbəb olub. Belə ki, Ağstafaçayda fenollar 2.5, Ağstafa su anbarında isə fenollar 1.2 dəfə YVQH-ni keçib. Ötən il ərzində aparılan monitorinqlərin nəticələrinin orta aylıq göstəricilərinə görə fenollar Araz çayı üzrə Horadiz müşahidə məntəqəsində 3, I Şahsevən və Bəhramtəpə müşahidə məntəqələrində isə 2 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.94–7.88 milliqram litr arasında olmaqla sanitar norma daxilində dəyişib.
Baxış sayı: 1 840
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

