FACT-INFO.AZ » XƏBƏR » “İrəvan xanlarının məktublar külliyatı” ilk dəfə olaraq kitab halında dərc olunub
11-07-2024, 10:30 | XƏBƏR
“İrəvan xanlarının məktublar külliyatı” ilk dəfə olaraq kitab halında dərc olunub

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin imzası elmi ictimaiyyət nümayəndələrinə, eləcə də mətbuatla tanış olan hər kəsə yaxşı məlumdur. Onun çoxillik araşdırmaları Kəngərlilər, Naxçıvanskilər, Şahtaxtınskilərlə bağlı bir çox faktların üzə çıxarılmasına, tariximizin təhrifə məruz qalmış, yaxud yanlış bilinən həqiqətlərinin aşkara çıxmasına vəsilə olmuşdur. Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi Naxçıvanın tərəqqisində mühüm xidmətləri olmuş şəxsiyyətlərin öyrənilməsi, yuxarıda adı çəkilən qədim sülalələrin araşdırılaraq hazırlanan şəcərələri məhz Musa Rəhimoğlu Quliyev imzası daşıyır.

Sirr deyil ki, arxiv sənədləri ilə işləmək gərgin əmək, böyük səbir və əsl tədqiqatçılıq bacarığı tələb edir. İşini layiqincə yerinə yetirən, ömrünü, sözün əsl mənasında, elmə, arxiv materiallarının tədqiqinə həsr etmiş alim bugünədək Tiflis, Sankt-Peterburq, Moskva, Vladiqafqaz, Odessa, Dərbənd, Bakı və Naxçıvan arxivlərində çoxsaylı arxiv sənədini aşkara çıxarmış, həmin sənədləri tədqiqata cəlb edərək, onları elmi dövriyyəyə daxil etmişdir. Onun rus dilində yenicə işıq üzü görmüş “Mirzə Məhəmməd Müslim. İrəvan xanlarının məktublar külliyatı (XVIII əsrin sonları)” kitabı məhz həmin məhsuldar fəaliyyətin nəticəsi və uğurlu davamıdır.

Musa Quliyev əsəri çapa hazırlamaqla bərabər, həm də kitaba yazılmış  ön sözün (Azərbaycan və rus dillərində) və kitaba daxil edilmiş rus dilində əlavənin müəllifidir. Kitab akademik İsmayıl Hacıyevin və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın rəyləri, AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı əsasında “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində çapdan çıxıb.

336 səhifəlik kitab İrəvan xanlığının qonşu xanlıqlarla və Kartli-Kaxetiya çarlığı ilə apardığı diplomatik münasibətlərin təsvir edildiyi məktublardan bəhs edir. İrəvan xanlığının münşisi olmuş Mirzə Məhəmməd Müslimin (Qüdsi) həmin məktublardan ibarət farsca külliyatı sonradan rus qafqazşünası K.N.Smirnov tərəfindən rus dilinə tərcümə olunmuşdur. Həmin külliyat Musa Quliyevin Gürcüstan Respublikasının Milli Əlyazmalar Mərkəzində qafqazşünas K.N.Smirnovun  şəxsi fondunda apardığı axtarışlar nəticəsində əldə olunmuşdur. Beləliklə XVIII yüzillikdə İrəvan xanlarından Hüseynəli xana və onun oğulları Qulaməli xana, həmçinin Məhəmməd xana məxsus 268 məktublar külliyatı və İrəvan xanlarının qonşu xanlıqlarla yazışmalarına aid 116 məktub da aşkarlanaraq Naxçıvana gətirilmişdir. Həmin sənədlər İrəvan xanlığının  tarixi, eləcə də qonşu xanlıqların və digər Azərbaycan xanlıqlarının tarixi ilə bağlı əsaslı və etibarlı mənbədir. Əldə olunan məktublar nəinki İrəvan xanlığının, həm də digər Azərbaycan xanlıqlarının Türkiyə ilə saxladıqları diplomatik əlaqələrin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.

Kitab Qərbi Azərbaycanın - İrəvan xanlığının tədqiqi ilə məşğul olan tədqiqatçılar, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.




Baxış sayı: 145
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30