FACT-INFO.AZ » SİYASƏT » “Qərb ilk dəfə belə bir oyunçu ilə rastlaşıb: onun gedişlərini öncədən təxmin edə bilmir”
1-05-2024, 16:00 | SİYASƏT
“Qərb ilk dəfə belə bir oyunçu ilə rastlaşıb: onun gedişlərini öncədən təxmin edə bilmir”

Milli Məclisin deputatı, Azərbaycan-Kuzey Kıbrıs Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Cavanşir Feyziyev

Globalinfo.az -a müsahibə verib.

Fact-info.az həmin mənbəyə istinadən müsahibəni təqdim edir.


– Son illər Azərbaycanın Çinlə münasibətlərində yüksəliş, yaxınlaşma müşahidə edilir. Çin Orta Dəhliz layihəsində əsas maraqlı tərəfdir. Orta Dəhlizin vacib komponentlərindən biri də Zəngəzur koridorudur. Pekin-Bakı yaxınlaşması yalnız bu amillə çərçivələnir, yoxsa bu münasibətlərdə daha dərin qatlar, daha aktual məqamlar var? ABŞ-ın Çinlə siyasi-iqtisadi, eləcə də hərbi rəqabəti fonunda ölkəmizin Çinlə bu qədər yaxınlaşması riskli sayıla bilərmi? Bu iki gücün geopolitik savaşında bizi hansı perspektiv gözləyir?

– Çin hazırda dünyada de-fakto formalaşmış geosiyasi və geoiqtisadi qütblərdən biridir və son illərdə qlobal siyasət arenasında baş verən bütün hadisələrdə Çinin mövqeyi bütün güc mərkəzləri tərəfindən, o cümlədən ABŞ tərəfindən nəzərə alınır. İqtisadiyyatının həcminə görə dünyada ikinci yerə çıxan Çin planet miqyaslı iqtisadi ekspansiya siyasəti yürüdür. Azərbaycanın Qərb və Şərq dünyaları arasında geostrateji mövqeyi onun istənilən güc mərkəzi ilə əlverişli münasibətlər yaratmağına imkan verir. Azərbaycan hakimiyyəti malik olduğu bütün üstünlüklərdən məharətlə istifadə edir. Qərbin də, Şərqin də marağında olduğu Orta Dəhliz konsepsiyası Azərbaycan və bütövlükdə Türk dünyası üçün həyati əhəmiyyət kəsb etdiyi kimi, həm də Çinin maraqları ilə üst-üstə düşür. Bu baxımdan Zəngəzur dəhlizinin açılmasında Çinin də maraqlı olmasını təmin etmək və lazımi məqamda bu layihənin reallaşması üçün Çin tərəfindən də müvafiq addımların atılmasına nail olmağı hazırda Azərbaycan xarici siyasətinİn gündəliyində duran vacib məsələ kimi görürəm. Çinin həm siyasi, həm də iqtisadi təsir mexanizmlərindən faydalanmaq bizim üçün zəruridir. Ona görə də son zamanlar Azərbaycanla Çin arasında intensivləşən əlaqələri yalnız pozitiv trend kimi qiymətləndirmək olar. O ki, qaldı ABŞ-Çin rəqabətinə, bu da üçüncü ölkələr üçün çox maraqlı bir paradiqmadır. Baş-başa gələnlər qlobal nəhənglərdir. Nəhənglərin barışmaz rəqabəti fonunda bütün digər ölkələr üçün bu rəqabətdən maksimum fayda götürmək əsil siyasi məharət sayıla bilər. Azərbaycan belə bir siyasəti çox yaxşı apara bilir, ona görə də ABŞ-Çin rəqabətindən ölkəmiz üçün heç bir risk görmürəm..

– Qərbin Azərbaycanla bağlı son vaxtlar tutduğu mövqe nə ilə bağlıdır? Bu daha çox Ermənistanın dəstəklənməsi, Azərbaycanın təklənməyə çalışılması kontekstindən izah edilir. Bəs arxa planda nələr olur? Bu, sırf sivilizasiyaların toqquşması, rəqabəti kimi dəyərləndirilməlidir, yoxsa geosiyasi prosesin tərkib hissəsi kimi qəbul edilməlidir?

– Vətən müharibəsinə qədər Qərb Azərbaycanı saxta istiqanlılıqla qəbul edir, dinləyir, amma problemlərinin həlli üçün heç nə etmirdi. Bütün bu oyunların arxasında problemin heç zaman həll olunmaması və bölgədə hər zaman Qərbin dəstəyinə ehtiyac hissinin, yəni Qərbdən asılılığın qorunub saxlanması və bu yolla bütün bölgə dövlətlərindən istənilən vaxt istədiyini ala bilmək arzusu dayanırdı. Lakin Azərbaycanın uğurlu Vətən müharibəsi bu oyunu pozdu. Qərb dövlətləri gözlənilmədən yeni bir hərbi-siyasi vəziyyətlə üzləşdilər. Yaranmış yeni reallıqlar şəraitində oyunçuların yeri dəyişdi. İndi Azərbaycan heç kimdən heç nə istəmir və ummur. Əksinə, Ermənistan və onun havadarları, o cümlədən Qərb Azərbaycandan nəyinsə onların istədiyi kimi həll olunmasını istəməyə başladılar. Azərbaycan tərəfindən bu qlobal oyunun belə dramatik şəkildə dəyişdirilə biləcəyini nə Qərb, nə də Rusiya təxmin edə bilərdi. İlham Əliyevin şəxsində Qərb ilk dəfə elə bir oyunçu ilə rastlaşıb ki, onun gedişlərini öncədən təxmin edə bilmir. Ona görə də Qərb çox qəzəblidir. Burada heç bir sivilizasiya toqquşması və ya rəqabəti axtarmaq lazım deyil. Burada sadəcə Qərbin Realpolitik konsepsiyası ilə Şərq siyasi müdrikliyinin toqquşmasını görə bilərik.





Baxış sayı: 145
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30