FACT-INFO.AZ » SİYASƏT » AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Cenevrədə keçirilən beynəlxalq konfransda Ermənistan tərəfinin əsassız iddialarına cavab verib
9-06-2023, 19:30 | SİYASƏT
AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Cenevrədə keçirilən beynəlxalq konfransda Ermənistan tərəfinin əsassız iddialarına cavab verib

Sessiyada postpandemiya dövründə mühüm qlobal sosial məsələlər müzakirə edilir. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti, millət vəkil Səttar Möhbalıyev və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev iştirak edir.

İyunun 7-də Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sessiyada çıxış edərək mürəkkəb siyasi-iqtisadi proseslərin regional və qlobal miqyasda mənfi təsirlərinə baxmayaraq, Azərbaycanda yüksək inkişaf göstəricilərindən, DOST konsepsiyasının nailiyyətlərindən, “Əmək və Məşğulluq” altsisteminin mühüm faydalarından bəhs edib. O həmçinin Azərbaycanın Ermənistan işğalından azad edilmiş ərazilərində aparılan abadlıq-quruculuq işləri haqqında da məlumat verib.

Bildirilib ki, Azərbaycan ərazisi minalarla ən çox çirkləndirilmiş ölkələr sırasındadır. Ermənistanın mina terroru nəticəsində 302 Azərbaycan vətəndaşı həyatını itirib və ya yaralanıb. Minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesinə və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışına mane olur.

İyunun 9-da tədbirdə AHİK sədri Səttar Möhbalıyev geniş məruzə ilə çıxış edib. O, Azərbaycanın davamlı sosial-iqtisadi inkişafından, uğurlu iqtisadi göstəricilərindən, əhalinin sosial müdafiəsinin gücləndirilməsi aspektində hökumət tərəfindən atılan addımlardan, bütün sahələri əhatə edən effektli islahatlardan və həyata keçirilən proqramlardan danışıb. Bildirib ki, 2021-ci ildə qəbul olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli prioritetlər” adlı sənədin əsas məqsədi ölkə iqtisadiyyatının gücləndirilməsi zəminində əhalinin rifah səviyyəsinin yüksəldilməsi, yoxsulluğun minimuma endirilməsi, işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı, xarici bazarlara çıxışın liberallaşdırılmasıdır: “Bu istiqamətdə Azərbaycanda həyata keçirilən mühüm tədbirlərdən biri kimi, işğaldan azad olunmuş ərazilərimizdə əhalinin məskunlaşması prosesinin stimullaşdırılması məqsədilə dövlət tərəfindən “Ağıllı kənd” layihəsi hazırlanıb və uğurla həyata keçirilir. Dünya təcrübəsi göstərir ki, bu cür kəndlərin yaradılması texnologiyası mövcud yoxsulluq səviyyəsini 50 %-dək azaltmağa imkan yaradır. Bu proqramın həyata keçirilməsi Avropa Sosial Xartiyasına uyğun olaraq üzərimizə götürdüyümüz öhdəliklərin yerinə yetirilməsinə zəmanət verir”.




Baxış sayı: 189
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30