FACT-INFO.AZ » XƏBƏR » Günahsız edam olunan şairin doğum günü
5-06-2023, 11:40 | XƏBƏR
Günahsız edam olunan şairin doğum günü

Son bir neçə ildə repressiya tarixini tədqiq etməyə çalışıram. Bu gün Mikayıl Müşfiqin doğum günündə  Müşfiqlə bağlı bəzi məqamlara qısa nəzər salmaq istərdim.

Azərbaycan poeziyasının ən güclü nümayəndələrindən olan Mikayıl Müşfiq 1908-ci ildə  anadan olub. 1937-ci ildə hələ 30 yaşı olmayan günahsız şairin qətlinə fərman verilib. 

Dəyərli araşdımaçı Aslan Kənanın “XX əsrdə repressiyaya məruz qalanlar” kitabını hər zaman oxuyarkən  müəllifə gördüyü işlərə görə ehtiramımı bildirirəm.  Belə kitablar İbrət dərsi üçün oxunmalıdır.

Əlqərəz Müşfiqin üzünə vicdanını itirmiş çoxları durur. Tanınmışlar da, tarixin zibilliyinə düşüb tanınmayanlarda olub.

Onlardan biri diqqətimi cəlb etdi. Müşfiqə qarşı çıxanların arasında Hacıkərim Sanılı kimi günahsız bir ziyalı da vardı. Təsəvvür edin, bu vicdanlı adama o dərəcədə dəhşətli işgəncələr verirlər ki, ağrılardan xilas olmaq üçün məcbur qalıb Müşfiqin əleyhinə ifadə verir:

“Mikayıl Müşfiq qatı millətçi olub. Mənim iştirakımla hər dəfə Müşfiq həvəslə əks-inqilabi fikirlərlə çıxış edərək deyirdi: “Azərbaycan əhalisi başqa millətlərdən fərqli olaraq gözdən salınmışdır. Başqa millətlər –rus və ermənilər- Azərbaycana öz mədəniyyətini inkişaf etdirməyə imkan vermədikləri səbəbindən son  nəticədə gözdən düşən xalq olub”.

Bu ifadələrdən sonra Sanılıya verilən işgəncə səngiyir. Lakin aldığı zədələr çox keçmir ki, onun həyatına son qoyur.

Bu cür danosların  sayəsində 1938-ci ildə qısa müddətli davam edən sorğu-sualdan sonra Müşfiq güllələnir. 1938-ci ilin 5 yanvarında saat 11:20-də başlanan məhkəmə 20 dəqiqədən sonra- saat 11:40-da bitir. Qərar isə aydındır.

Bundan sonra isə Müşfiqin ruhunu rahat buraxmırlar. Özü  güllələnsə də, təqib növbəsi  bacısı və həyat yoldaşına keçmişdi.

Müşfiqə görə çox keçmir ki, müəllimə işləyən bacısını işdən çıxarırlar. İşdən azad olduğunu bilən Balacaхanım İsmayılzadə (Şükürlü) həmin gün Voroşilov rayon (indiki Səbail) хalq maarif şöbəsinin müdiri olmuş Aхundovaya müraciət edir. Lakin ondan bir müsbət cavab ala bilməyən müəllimə Voroşilov (Səbail) rayon partiya komitəsinin katibi Ankişeviçə müraciət edir. Ankişeviç müəllimənin M.Müşfiqin bacısı olduğunu bilib, onu хalq düşməni, əksinqilabçı, antisovetçi kimi təhqir edib, kabinetindən qovur. Bu azmış kimi bir qrup öyrədilmiş şəхsi yanına çağırıb Balacaхanım Şükürlüyə qarşı akt tərtib etdirir. Həmin şəхslər tərəfindən rayon polis şöbəsinə müəllimənin “хuliqanlığı” barədə  müraciət edilir.

Aslan Kənanın “XX əsrdə repressiyaya məruz qalanlar” kitabında Müşfiqin bacısının həbsi ilə bağlı məqamlara  diqqət yetirilib.

“13 sentyabr 1937-ci ildə 3 saylı şəhər polis şöbəsi belə bir nəticəyə gəlir ki, doğrudan da 1906-cı ildə Bakı şəhərində anadan olmuş, bitərəf, evli, orta təhsilli müəllimə İsmayılzadə (Şükürlü) Balacaхanım Qədir qızı Ankişeviçi təhqir etmiş, əksinqilabi, antisovet sözlər deməklə kifayətlənməmiş, mürəkkəbqabını onlara tərəf atmışdır. 

Bunu nəzərə alaraq qərara alınır ki, Balacaхanım İsmayılzadə (Şükürlü) həbs edilsin”.

Məhz “İttihamnamə”də də İsmailzadə (Şükürlü) əvvəlcə “sestroy razoblaçennoqo vraqa naroda İsmailova Mikaila” yazmaqla B.İsmayılzadəni хuliqanlıq üstə yoх, məhz хalq düşməni Mikayıl İsmayılzadənin bacısı olduğuna görə həbs edildiyi bir daha aydın olur. Məhkəmə Balacaхanım Qədir qızı İsmayılzadəni (Şükürlü) altı il müddətində azadlıqdan məhrum edilməsi üçün qərar çıхarır.

 5 iyun 1954-cü ildə bəraət alan Balacaхanım İsmayılzadə (Şükürlü) haqqında H.Abramova, S.Hüseynov, Q.İ.Qolusi tərəfindən verilən şahid ifadələrindən məlum olur ki, müəllimə atılan böhtanlardan biri də “doşlo do takoqo stepeni çto razbila qrafin” ifadəsi olmuşdur. Guya müəllimə həmin şəxslərə qrafin atmış, lakin istənilən nöqtəyə dəyməmiş və nəticədə sınmışdı”.

Əkrəm Bəydəmirli




Baxış sayı: 250
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30