FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » İslahatlar yolunda əhəmiyyətli addım
10-10-2016, 10:45 | TƏDQİQATLAR-ANALITIKA
İslahatlar yolunda əhəmiyyətli addım

Nəhayət, Azərbaycanda sentyabrın 26-da Konstitusiyaya əlavə və dəyişiklikləri nəzərdə tutan ümumxalq səsverməsi baş tutdu! Seçicilərin aktivliyi kifayət qədər yüksək oldu. Səs verənlərin 92 faizi "hə" dedi. 
Bu, cəmiyyətin ölkə rəhbərliyinin fəaliyyətinə verdiyi yüksək dəstəyin göstəricisidir. Bunlarla yanaşı, referendum vacib siyasi hadisədir. Onun daxili və geosiyasi təsirləri vardır. Ekspertlər bununla bağlı təhlillər aparır və proqnozlar verirlər. Gəlinən nəticələr Azərbaycanda milli dövlət quruculuğu prosesinin uğurla davam etdiyini tam sübut edir. İndi həyata keçirilən islahatlar cəmiyyəti gücləndirir və eyni zamanda, Azərbaycanın dünyada nüfuzunu artırır. Bakı beynəlxalq proseslərdə getdikcə daha aktiv iştirak edir. Onun geosiyasi rolu barədə fikirlər irəli sürülür. Bu müddəalar prizmasından referendum Azərbaycan xalqının islahatlar yolunda atdığı mühüm addımdır. Onun ən qabarıq əlamətlərindən biri xalq-hakimiyyət birliyinin yeni səviyyəyə yüksəlişidir. Bütövlükdə bu hadisənin siyasi və geosiyasi əhəmiyyəti üzərində geniş dayanmağa ehtiyac vardır.

Xalqın dəstəyi: səsvermənin siyasi və geosiyasi aspektləri

Azərbaycanda sentyabrın 26-da keçirilmiş referendumun nəticələrini dünya ictimaiyyəti maraqla gözləyirdi. Tədbir öncəsi yanaşmalar müxtəlif olsa da, əksəriyyət bu hadisənin milli dövlətçiliyin inkişafında yeni mərhələnin əsasını qoyacağına əmin idi. Əvvəlcə onu vurğulayaq ki, bütün aspektlərdə referendum baş tutub! Azərbaycan xalqı aktivliyi ilə yanaşı, dövlət başçısının həyata keçirdiyi islahatlara "hə" cavabını da verib. Ekspertlər belə bir nəticəni proqnozlaşdırırdılar. Ancaq əsas məsələ referendumda alınan nəticənin siyasi, geosiyasi, hüquqi və idarəetmənin daha da demokratikləşdirilməsi aspektlərində əhəmiyyətinin dərk edilməsi ilə bağlıdır.

Bu kontekstdə bir sıra vacib məqamlar üzərində geniş dayanmağa ciddi ehtiyac vardır. Statistik məlumata görə, referendumda ölkə üzrə qeydiyyata alınmış 5 milyon 276 min 111 seçicinin 69,7 faizi səs verib. Onların 92 faizi nəzərdə tutulan Konstitusiya dəyişikliklərinə "hə" deyib. Deməli, cəmiyyət ölkə rəhbərliyinin apardığı siyasətə ən yüksək səviyyədə dəstək verib, reallaşdırılan islahatların milli, müstəqil və demokratik dövlət quruculuğu üçün çox əhəmiyyətli olduğunu təsdiqləyib. Avropalı müşahidəçilər referendumun beynəlxalq standartlara uyğun keçirildiyi barədə bəyanat veriblər (bax: Azərbaycanda referendum beynəlxalq standartlara uyğun keçirilib / AZƏRTAC, 27 sentyabr 2016).

Böyük dövlətlərin bu hadisəyə reaksiyası da müsbətdir. Rusiya, Türkiyə, Avropa İttifaqı ölkələri və ABŞ referendumun nəticələrini tanıyıblar. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi keçirdiyi brifinqdə deyib ki, Amerika "Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır və dövlət başçısının səlahiyyət müddəti ilə bağlı məsələyə müdaxilə etmək fikrində deyil" (bax: Dövlət Departamenti: ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır / "Report.az", 28 sentyabr 2016).

Beynəlxalq ictimaiyyətin referendumun nəticələrinə bu cür reaksiyası əhəmiyyətlidir. Bu o deməkdir ki, dünyanın böyük dövlətləri Azərbaycan rəhbərliyinin həyata keçirdiyi islahatları dəstəkləyirlər. Onlar rəsmi Bakının müstəqil siyasi xətdən imtina etməyəcəyinə tam əmindirlər. Xüsusilə Qərb dövlətlərinin referendumun nəticələrini müsbət qiymətləndirməsi ayrıca əhəmiyyət kəsb edir. Məlumdur ki, bir sıra dairələr Azərbaycana qarşı böhtan kampaniyasına start verməyə cəhd ediblər. ABŞ rəsmi surətdə səsverməni beynəlxalq qaydalara uyğun hesab edibsə, antiAzərbaycan kampaniyasının elə bir mənası qalmır. Deməli, indi Qərbin özü Azərbaycana qarşı tutduğu mövqeyə düzəlişlər etməli olacaq. Bunun bir sıra səbəbləri vardır.

Prezident İlham Əliyev Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə həmin bağlılıqda əsas səbəbi ifadə edib. Dövlət başçısı deyib ki, "Bu gün istənilən beynəlxalq forumda Azərbaycan öz sözünü deyir, öz yolu ilə gedir, müstəqillik, ləyaqət yolu ilə gedir, heç kimin qarşısında gözükölgəli deyil, heç kimin diktəsi ilə oturub-duran deyil. Bu siyasət xalq tərəfindən dəstəklənir, bəyənilir və beynəlxalq aləmdə bizə çox böyük şöhrət qazandırıb" (bax: Prezident İlham Əliyev: Azərbaycan heç kimin diktəsi ilə oturub-duran deyil / AZƏRTAC, 28 sentyabr 2016).

Müstəqil siyasətin bəhrələri: böyük dövlətlərin etirafları

Azərbaycana olan münasibətin məzmununu məhz rəsmi Bakının yeritdiyi müstəqil daxili və xarici siyasət müəyyənləşdirir. Xarici qüvvələr də dəfələrlə şahidi olurlar ki, cəmiyyət ölkə rəhbərliyinin siyasətini dəstəkləyir. Prezident, parlament seçkiləri bunu nümayiş etdirmişdi. İndi də referendumun nəticələri həmin reallığı bir daha göz önünə gətirməkdədir. Deməli, bu gün dünyanın böyük dövlətləri Azərbaycanda səsvermənin beynəlxalq standartlara uyğunluğunu etiraf edirsə, bunun başlıca səbəbi dövlət başçısının qətiyyətlə həyata keçirdiyi müstəqil, alternativsiz siyasi kursdur.

Məsələnin digər aspekti Konstitusiyaya dəyişikliklərin məzmunu ilə əlaqəlidir. Bu islahat Azərbaycanda idarəetməyə daha demokratik məzmun verəcək. Əlbəttə, demokratiyadan danışanlar bu prosesin qarşısında dura, ona maneə törədə bilməzlər. Görünür, artıq bir sıra QHT-lərin, xaricdən idarə olunan "5-ci kolon"un səsi də batacaq. Onlar illərdir yaratdıqları süni gərginliyə bu dəfə nail ola bilməyəcəklər. Çünki ABŞ və Avropanın rəsmi dairələri referendumun nəticələrini tanıdıqlarını açıq bəyan ediblər.

Yuxarıda vurğulanan səbəblərlə yanaşı, referendumun geosiyasi aspektdə daha bir vacib nəticəsini də unutmaq olmaz. Biz Cənubi Qafqazda milli dövlət quruculuğu prosesinin dinamika və məzmununu nəzərdə tuturuq. Diqqət etsək, görərik ki, bu regionda başlıca olaraq Azərbaycan sürətli islahatlar vasitəsilə demokratik dövlət quruculuğu prosesinə yeni məzmun verməkdədir.

Ermənistan bu istiqamətdə heç bir addım atmır. S.Sarkisyan iqtidarının Konstitusiyaya etdiyi dəyişikliklərin xüsusi maraqlara xidmət etdiyini hətta erməni ekspertlər vurğulayırlar. Orada əsas məqsəd Respublika Partiyasının hakimiyyət ömrünü uzatmaqdan ibarətdir. Bir sıra müşahidəçilər hesab edirlər ki, bu vəziyyət Ermənistanda siyasi gərginliyi yüksəldəcək. Hazırda özünü göstərən proseslər bu proqnozun əsaslı olduğunu təsdiqləməkdədir.

Gürcüstanda isə idarəetmədə islahatlar, demək olar ki, dayanıb. İndi orada daha çox hansı qruplaşmanın üstünlük qazana biləcəyindən söhbət gedir. Qərbpərəstlərlə Rusiyaya meylilər arasında ziddiyyət getdikcə kəskinləşir. Bu haqda Gürcüstanda açıq danışmağı sevməsələr də, reallıq göz önündədir. Həmin səbəbdən yaxın perspektivdə qonşu və dost Gürcüstanda siyasi proseslərin alacağı məzmun haqqında dəqiqi fikir söyləmək çətindir.

Cənubi Qafqazın sadalanan iki dövlətindən fərqli olaraq, Azərbaycan sivil formada islahatlar həyata keçirir. Konstitusiyaya təklif olunan dəyişiklik və əlavələr məzmunca demokratikdir və cəmiyyət bunu aydın dərk edir. Bu səbəbdən Azərbaycan yalnız iqtisadi, hərbi, sosial və enerji sahələrində regionun lideri deyil, həm də demokratikləşmənin vüsətinə görə birincidir. Təbii ki, bu hal Azərbaycan vətəndaşlarını çox sevindirir!

Bəs belə bir vəziyyətin mümkün geosiyasi nəticələri nədən ibarət ola bilər? Şübhəsiz ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu yeni səviyyəyə yüksələcək. Bakının beynəlxalq layihələrdə iştirakı daha aktiv fazaya keçəcək. Dünyanın böyük geosiyasi gücləri regionla bağlı məsələlərdə rəsmi Bakı ilə daha sıx əməkdaşlığa can atacaqlar.

Azərbaycanın demokratikləşmə yolunda atdığı bu addımlar, eyni zamanda, böhtançı erməni təbliğatını heçə endirir. Dünya artıq Azərbaycanın timsalında regionun ən demokratik ölkəsini görür. Şübhə yoxdur ki, bu proses də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli həllinə müsbət təsir göstərəcək.

Ən nəhayət, referendum bir daha təsdiq etdi ki, Azərbaycan əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu vətəndaş cəmiyyəti quruculuğu yolunda inamla irəliləyir. İdarəetmə daha demokratik olduqca, cəmiyyətin potensialı da daha qabarıq şəkildə üzə çıxır. Dövlətin güclənməsi prosesi cəmiyyətin güclənməsi ilə harmoniya təşkil edir. Prezident İlham Əliyevin peşəkar və uzaqgörən siyasəti ilə ölkənin bundan sonra da yeni zirvələr fəth edəcəyinə böyük əminlik yaranır! Bu mənada Konstitusiyaya dəyişikliklərlə əlaqədar referendum həm də Azərbaycan xalqına gələcəyə nikbinliklə baxmaq imkanı verdi. Bu isə əhəmiyyətli strateji məqamdır!

Newtimes.az




Baxış sayı: 1 582
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir Bu gün, 16:30 Səfir: Azərbaycan ABŞ-dan minatəmizləmə texnologiyaları sahəsində dəstək gözləyir Bu gün, 15:00 II Qareginin məhkəməsi qaranlıq həqiqətlərə işıq salacaqmı? Bu gün, 12:30 “Euronews” Qəbələ musiqi festivalından reportaj hazırlayıb Bu gün, 10:00 Bu gün Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür Bu gün, 09:30 Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük Bu gün, 08:30 Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır Bu gün, 08:00 Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu Dünən, 18:30 Azərbaycan və ABŞ rəsmiləri Strateji Tərəfdaşlıq Xartiyasının icrasını müzakirə ediblər Dünən, 18:30 Joint Statement of U.S., Armenia and Azerbaijan in spotlight of Turkish media Dünən, 16:30 Süni intellekt insanların oxu vərdişlərini anlayan yeni model yaradıb Dünən, 15:30 DİN onlayn alış-verişdə kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib Dünən, 15:30 Xalq şairinin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlanıb Dünən, 15:00 Tarixi şəxsiyyətə şəxsi maraqların kölgəsindən baxmaq olmaz Dünən, 11:30 Bakıda növbəti “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə sərgisi keçiriləcək Dünən, 11:00 ABŞ, Ermənistan və Azərbaycan Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yayıb Dünən, 10:00 BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib Dünən, 09:30 Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin qarşısı alınıb - DTX məlumat yaydı 10-08-2026, 21:00 Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib 10-08-2026, 18:30 Azərbaycanın strateji valyuta ehtiyatları 87 mlrd. dollara yaxınlaşıb 10-08-2026, 18:00 UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub 10-08-2026, 16:00 Azərbaycanın xarici siyasəti müdafiə diplomatiyasından strateji təşəbbüskarlığa keçidlə xarakterizə olunur 10-08-2026, 16:00 Strateji obyektlərin kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları hazırlanacaq 10-08-2026, 15:30 Dünya bəzi xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır 10-08-2026, 10:30 İşğaldan azad olunmuş bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur 10-08-2026, 10:00 ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir 10-08-2026, 09:30 Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir 10-08-2026, 08:00 Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir 9-08-2026, 11:00 Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu 9-08-2026, 10:30 Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb 9-08-2026, 07:30
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31