FACT-INFO.AZ » XƏBƏR » QHT-lər Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ediblər
29-04-2023, 19:55 | XƏBƏR
QHT-lər Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ediblər

Fact-info.az xəbər verir ki, Beynəlxalq Əməkdaşlıq Mərkəzinin sədri Azay Quliyev aprelin 28-də Tərtər rayonunda mina partlayışı nəticəsində həlak olan 3 mülki vətəndaşımıza Allahdan rəhmət diləyib, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Azay Quliyev Ermənistanın mina terrorunun qurbanlarının durmadan artdığını, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyədək ümumilikdə 301 nəfərin mina qurbanı olduğunu, onlardan 57-sinin həyatını itirdiyini bildirərək deyib: “Tərtərdə baş verən mina partlayışının əsas səbəbi Azərbaycana yararlı və düzgün mina xəritəsi təqdim etməyən Ermənistanın beynəlxalq konvensiyalara, o cümlədən üçtərəfli Bəyanatın 6-cı bəndinə əməl etməməsi, öhdəliklərini kobud şəkildə pozmasıdır. 2022-ci ilin avqustundan etibarən Ermənistan 2021-ci ildə, yəni, müharibə başa çatandan sonra istehsal etdiyi 2700-dən çox minanı Laçın yolundan sui-istifadə etməklə Qarabağa gətirib və onları ərazilərimizdə basdırıb. Məqsəd postmünaqişə dövründə Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmalarına və öz yerlərində dinc yaşamalarına maneə yaratmaqdır”.

Azay Quliyev diqqətə çatdırıb ki, beynəlxalq ictimaiyyət və aparıcı dövlətlər hələ də Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə və xüsusilə Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi müharibə cinayətlərinə göz yummaqda israr edir.

Çıxış edən QHT sədrləri Azər Allahverənov, Nurəddin Mehdiyev, Günel Səfərova, Hafiz Səfixanov, Novella Cəfərova, Səltənət Qocamanlı, Vüsalə Hüseynli, Hafiz Həsənov, Rey Kərimoğlu, İlqar Hüseynli, Telman Qasımov, Elşad Məmmədli, Şəmsəddin Əliyev, Cəsarət Hüseynzadə, Əkrəm Bəydəmirli, Səadət Bənanyarlı, Rafiq İsmayılov və Ramil İskəndərli beynəlxalq ictimaiyyətin Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinə laqeyd qalmasını pisləyib, bu cür ikili yanaşmadan ciddi narahat olduqlarını bildiriblər. “Biz təkcə müraciət etməklə kifayətlənməməli, eyni zamanda, Ermənistanın cəzalandırılması üçün real hüquqi mexanizmlərdən yararlanmalı, Ermənistanın mina terrorunu dayandırmaq üçün yerli və beynəlxalq səviyyələrdə ən müxtəlif məlumatlandırma kampaniyaları və tədbirləri təşkil etməliyik”, - deyə QHT sədrləri vurğulayıblar.

Mətbuat konfransında Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli qeyd olunan təkliflər əsasında beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatı səsləndirib.

Bəyanat QHT-lər tərəfindən imzalanıb.

Tədbir iştirakçıları bundan sonrakı fəaliyyətin daha sistemli, ardıcıl və effektiv şəkildə qurulması məqsədilə 15 nəfərdən ibarət İşçi Qrupunun yaradılması haqqında qərar qəbul ediblər.




Baxış sayı: 183
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30