Ukrayna Ali Radası ABŞ Prezidenti Donald Trampa, Konqresə və ABŞ xalqına müraciət edib.
Fact-info.az xəbər verir ki, Ali Radanın saytında dərc olunan müraciətdə qeyd olunur ki, Ukrayna xalqı sülhü hamıdan çox istəyir və Trampın rolunun, onun sülhməramlı səylərinin hərbi əməliyyatların tezliklə dayandırılması üçün həlledici olacağına inanır.
Rada Trampın danışıqlar prosesinə başlamaq və sülhə nail olmaq yollarını tapmaq təşəbbüslərini alqışlayır. ABŞ ilə xüsusilə faydalı qazıntıların işlənməsi sahəsində strateji tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanır.
“Ukrayna böyük Amerika xalqının Birləşmiş Ştatların qlobal liderliyinin hərtərəfli bərpası istiqamətindəki istəklərinə dərin hörmətlə yanaşır. Eyni zamanda, biz qəti şəkildə inanırıq ki, ABŞ-ın beynəlxalq aləmdə rəhbərliyi azadlıq və demokratiya ideallarının müdafiəsi, beynəlxalq müqavilələrə sadiqlik, müttəfiqlər və dostlarla münasibətlərdə etibarlılıq ilə ayrılmaz şəkildə bağlıdır”, - deyə müraciətdə qeyd edilir.
Sənəddə daha sonra bildirilir: “Əminik ki, xalqımızın təhlükəsizliyi və sabit inkişafı Birləşmiş Ştatların sarsılmaz dəstəyi ilə təmin edilir və milyonlarla ukraynalıya ilham verən Amerikanın tarixi uğurunun təməli olan dəyərləri əks etdirir. Hazırda bu dəstək Ukrayna xalqı və Ukraynanın Təhlükəsizlik və Müdafiə Qüvvələri, eləcə də bütün Avropa qitəsində təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün həmişəkindən daha vacibdir”.
Müraciətdə, həmçinin vurğulanır ki, Ukrayna müstəqil və suveren dövlət olaraq qalmalıdır, Ukrayna xalqı isə azad olmalıdır.
Baxış sayı: 140
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
