FACT-INFO.AZ » XƏBƏR » Vyanada “Humanitar minatəmizləmə - çağırışlar və innovativ həllər” adlı dəyirmi masa təşkil olunub
26-04-2023, 09:55 | XƏBƏR
Vyanada “Humanitar minatəmizləmə - çağırışlar və innovativ həllər” adlı dəyirmi masa təşkil olunub

Fact-info.az xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə keçirilən tədbirdə Avstriyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, BMT-nin Vyana Bölməsindəki daimi nümayəndəliklərinin rəsmiləri və diplomatlar, eləcə də beynəlxalq qurumların nümayəndələri iştirak ediblər.

Dəyirmi masanın keçirilməsində məqsəd humanitar minatəmizləmə əməliyyatları, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə, mina qurbanları, xüsusilə onların cəmiyyətə reabilitasiya və reinteqrasiyası, davamlı sülh, təhlükəsizlik və inkişaf üçün əhəmiyyəti, habelə bu istiqamətlərdə çağırışlar və innovativ həllər üzrə mövzuların müzakirəsi olub.

Dəyirmi masada çıxış edən səfir Rövşən Sadıqbəyli 30 il ərzində Ermənistan işğalı altında olan ərazilərimizin Ermənistan tərəfindən məqsədli şəkildə mina və partlamamış sursatlarla çirkləndirildiyini, bu xüsusda Azərbaycanın dünyada mina təhlükəsindən ən çox əziyyət çəkən ölkələrdən biri olduğunu vurğulayıb. Diplomat hazırda da davam edən mina təhlükəsinin doğma yurdlarında dayanıqlı və təhlükəsiz məskunlaşmaq arzusunda olan insanlar, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən yenidənqurma işləri üçün təhdidlər yaratdığını bildirib. R.Sadıqbəyli humanitar minatəmizləmə fəaliyyətinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) hər biri ilə bu və ya digər qaydada əlaqəli olduğunu, bu xüsusda Azərbaycan tərəfindən mövzu üzrə 18-ci DİM-in elan edildiyini bildirib.

ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov və Azərbaycan Respublikasının Azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyinin rəhbərinin müavini Sultan Hacıyev ölkəmizin işğaldan azad edilmiş ərazilərdə kütləvi şəkildə minalanma, çirklənmənin miqyası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında dayanıqlı və təhlükəsiz məskunlaşması məqsədilə hökumətin apardığı genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti, eləcə də əlaqəli şəkildə icra olunan bərpa və yenidənqurma işləri barədə geniş məlumat veriblər.

Bosniya və Herseqovinanın Mina Təmizləmə Agentliyinin rəhbəri Saşa Orbadovic, UNDP-nin eksperti Essen Stainerç, Sloveniyanın İnsan Təhlükəsizliyinin Gücləndirilməsi təşkilatının rəhbəri Tomas Lovrencic, Böyük Britaniyanın MAG (Mines Advisory Group) qeyri-hökumət təşkilatının Şərqi Avropa üzrə regional idarəsinin direktoru Cesika Haylan və Marşal İrsi İnstitutunun nümayəndəsi Elise Beker geniş təqdimatlarla çıxış edib və minatəmizləmə fəaliyyəti istiqamətində keçirilən beynəlxalq tədbirlər, o cümlədən Azərbaycan ilə əməkdaşlıq və ölkəmizdə keçirilən layihələr barədə danışıblar.

Tədbir çərçivəsində mina təhlükəsi ilə mübarizədə beynəlxalq səviyyədə səylərin və öhdəliklərin birləşdirilməsi, təmizləmə fəaliyyətində mövcud innovativ inkişaflar, qazanılmış təcrübə, eləcə də yeni nailiyyətlərin əldə edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

İnnovativ həllərin mina təhlükəsi ilə mübarizə istiqamətində effektivliyin artırılmasında, təsirə məruz qalan ərazilərdə davamlı sülhə, təhlükəsizliyə və inkişafa töhfə verməkdə mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Tədbir çərçivəsində, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə minalarla çirklənməni, bu ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətini və mina qurbanlarını əks etdirən müvafiq fotolar və videolar nümayiş etdirilib




Baxış sayı: 197
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30