FACT-INFO.AZ » XƏBƏR » Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın suveren hüququdur
24-04-2023, 21:00 | XƏBƏR
Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın suveren hüququdur

Bu fikirləri AŞPA yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov nümayəndə heyətimizin qış sessiyasında hazırladığı bəyannamə haqqında məlumat verərək deyib. Bildirib ki, İran Avropa ölkəsi deyil və onun birbaşa Avropa Şurasına aidiyyəti yoxdur. Amma İran getdikcə daha artıq dərəcədə təhlükə kəsb etməkdədir və bu təhlükələr həm birbaşa bir sıra Avropa ölkələrinə, həm də dünyaya yönəlibdir.

O, belə arzuolunmaz hadisələr və addımlardan sonra Avropa Şurasının belə hərəkətləri qınayan bəyanatlarının olmasını təqdirəlayiq hesab edərək bildirib ki, deputatlar belə hadisələrə sadəcə passiv müşahidəçi kimi qalmamalıdırlar. Belə fəlakətlərin qarşısını almaq üçün qabaqlayıcı addımların olmasının vacibliyini qeyd edib. Məhz buna görə də region ölkələri, Avropa və dünya üçün getdikcə daha artıq təhlükə mənbəyinə çevrilən belə təhlükələrlə bağlı Avropa Şurasının daha ciddi və təxirəsalınmaz tədbirlər görməsi, xüsusi qətnamənin qəbul edilməsi ilə nəticələnəcək ayrıca müzakirələr təşkil etməsinə ciddi ehtiyac olduğunu deyib.

Azərbaycanlı deputat son günlərin ən əlamətdar hadisəsi – Laçın-Xankəndi yolunun girişində Azərbaycanın nəzarət buraxılış məntəqəsi qurması məsələsindən söz açaraq, əvvəlcə bu qərarın verilməsini şərtləndirən mühüm amilləri açıqlayıb. R. Hüseynov bildirib ki, 2022-ci ilin avqustundan etibarən Ermənistandan Laçın yolu vasitəsilə Azərbaycan ərazisinə 2700-dən artıq piyada əleyhinə minalar gətirilib və onların hamısı 2021-ci ildə Ermənistanda istehsal edilib. Bu addımlar Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci ilin noyabrında bağlanmış üçtərəfli müqavilədən xeyli sonra baş verib.

Ötən il dekabrın 12-dən etibarən Azərbaycan vətəndaş cəmiyyəti fəallarının həmin yolda keçirdiyi ardıcıl aksiyalar Ermənistana oradan minaları keçirərək, Azərbaycan ərazisində yerləşdirmək imkanını məhdudlaşdırdığından gizli yollardan istifadə edilib. Onların bu cəhdləri Azərbaycan Müdafiə Nazirliyinin apardığı video çəkilişlərlə qeydə alınmışdır. Bütün bunları nəzərə alaraq Azərbaycan bütün mümkün təhlükələrin qarşısını almaq üçün Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış keçid məntəqəsinin yaradılmasını qət etmişdir. Ərazisində belə bir qərar qəbul etmək Azərbaycanın suveren hüququdur.

Rafael Hüseynov Ermənistan Xarici İşlər Nazirliyinin aprelin 23-də həmin nəzarət-buraxılış keçid məntəqəsinin yaradılması ilə bağlı verdiyi bəyanatı və Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvünün çıxışına toxunaraq bildirib: “Ermənistan Xarici İşlər Nazirliyinin, eləcə də Ermənistanın buradakı nümayəndə heyətinin çıxışını mahiyyəti etibarilə rədd edir, bunu Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndiririk. Belə bir nəzarət-buraxılış keçid məntəqəsini yaratmaq Azərbaycanın haqqıdır, 5 kilometrlik bu sahə Azərbaycan ərazisidir və heç bir təxribatçı çıxış və bəyanatlar Azərbaycana öz ərazisində vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz hərəkəti üçün müəyyənləşdirdiyi qaydaları tətbiq etməsindən çəkindirə bilməz”.




Baxış sayı: 196
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30