FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Ermənistandakı Metsamor (AES) dünya üçün niyə təhlükəli sayılır?
31-05-2016, 08:45 | TƏDQİQATLAR-ANALITIKA
Ermənistandakı Metsamor (AES) dünya üçün niyə təhlükəli sayılır?

Gürcüstanın Terror və Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Tbilisi Dövlət Universitetinin müəllimi, politoloq Badri Natçkebia Azərbaycanın Report-a açıqlamasında deyib ki, “MAQATE və digər nüfuzlu beynəlxalq təşkilatlar Cənubi Qafqaz regionuna nəzarəti gücləndirməlidir. Çünki Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası təkcə Cənubi Qafqaz regionu üçün deyil, bütövlükdə dünya üçün ciddi təhlükə mənbəyidir.”
Son illər Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının gələcəkdə doğura biləcək fəsadlar barədə müxtəlif məlumatlar dünyanın kütləvi informasiya vasitələrinin səhifələrini zəbt edib.
Bu məsələ bir çox nüfuzlu Beynəlxalq Təşkilatlarda müzakirəyə çıxarılsada, məsələnin həlli, nəinki  ilbəil uzanır, problemin həll variantı hətta əlçatmaz görünür.
Onda belə bir haqlı sual ortaya çıxır, Ermənistandakı Metsamor  (AES) dünya üçün doğurdanda  təhlükəli syılırsa onda niyə bu stansiyanın bağlanması müşkülə çevrilib?
Belə bir qlobal məsələnin həlli üçün nədən dünyanın supergücləri Ermənistana təziq etməkdən çəkinirlər?

 Mesamor AES Haqqında bilmədiklərimiz
Metsamor Atom Elektrik Stansiyasının gələcəkdə doğura biləcək fəsadlardan dünya mətbuatında gen-bol danışılsada tədqiqatlarımız göstərdi ki, bu atom stansiyası haqqında hələ bilmədiklərimiz çox şeylər var. Belə ki, keçən əsrin ortalarından Ermənistanın enerji asılılığından xilas etmək üçün, SSRİ Nazirlər Soveti qarşısında Ermənistanda AES tikintisinə icazə verilməsi barədə dəfələrlə məsələ qaldırılırdı. Hər dəfə rədd cavabı alan erməni lobbisi, inadından əl çəkməyərək SSRİ Hökuməti ilə açıq mübarizə apmağa başladı. Nəhayət avqust 1966/69-cu illərdə  SSRİ Nazirlər Sovetində baxılaraq Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının tikilməsi üçün təqdim olunan layihə qəbul edildi. Layihənin ilkin variantı  İ.V.Kurçatov adına Atom Enerjisi və Leninqrad İstilikelektiriklayihə İnstitututları tərəfindən hazırlansada, AES-in baş layihəçisi Qorki adına “Atomistilikelektrolayihə” İnstitutu idi.
Ermənistanda AES tikintisini getgələ salan və problem yaradan başlıca səbəb Metsamorun seysmik ərazidə yerləşməsi idi.
SSRİ Hökuməti bu ərazidə böyük Atom Elektirik Stansiyasının tikilməsini mümkünsüz sayırdı. Ermənilər isə inad edirdilər ki, nəinki Ermənistanı enerji asılılığını ləğv etmək, hətta qonşu dövlətlərə də enerji satmaq üçün Ermənistanda güclü bir atom elektrik stansiyası tikmək vacibdir. Bu müzakirələrdə erməni lobbisinin təziqləri qarşısında duruş gətirə bilməyən  SSRİ Nazirlər Soveti başqa kompramis variant irəli sürərək,  Rusiyanın İjorsk, Uralmaş, Kirov maşınqayırma zavodlarından hər hansı birinin enerji tələbatı həcmində Ermənistanda bir AES-in tikintisinə icazə veridi. Bununla da 1970-ci ildə Ermənistanın Metsamor qəsəbəsi yaxınlığında bir  Atom Elektrik Stansiyasının tikintisinə hazırlıqlar başladı. O zaman AES-n direktoru R.S.Qaleçyan, tikinti rəisi isə A.Q.Meliksetyan təyin edildilər.
Metsamorda  VVER – 440, V – 213 tipli iki enerji bloku tikilməsi qərarlaşdırıldı. Lakin bu erməniləri qane etmirdi onlar daha böyük çoxbloklu Atom stansiyasına malik olmaq istəyirdilər, amma zamanın gedişi onların bu arzularının üzərindən xətt çəkdi.
Belə ki, Armeniya – 1 adlı birinci enerjibloku 1976-cı ilin dekabırında, Armeniya – 2 adlı ikinci blok isə 1980-ci ilin yanvarında sınaqdan keçirilərək istifadəyə verildi.
Lakin az sonra SSRİ Hökumətinin narahatlığının əsassız olmadığı üzə çıxdı. Beləki, görülən bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq,15 oktyabr 1982-ci ildə stansiyanın birinci blokunda yanğın baş verdi. 110 yanığısöndürən 7 saat ərzində stansiyadakı yanğını söndürsələr də stansiyaya bir milyon rubl dəyərində zərər dəydi. Stansiyada yanğının baş verməsinə Stansiyanın tikintisi zamanı yol verilmiş nöqsanlar səbəb olmuşdu. Yanğından sonra stansiyanın birinci blokunun fəaliyyəti dayandırıldı, blokun ərazisində təmir bərpa işlərinə start verildi.
1986-cı ildə Ukraniyanın Çernobıl ASC məlum partlayışdan sonra, Metsamor ərazisində aparılan bütün tikinti bərpa işlərinin dayandırılması haqqında SSRİ Hökuməti tərəfindən qərar verildi.
Bundan cəmi iki il sonra (7 dekabr 1988-ci ildə) Ermənistanın Spitak rayonu ərazisində 7 ballıq zəlzələ baş verdi. Bu zəlzələ
Ermənistanda güclü dağıntılara və böyük sayda insan tələfatlarına yol açdı. Ümumilikdə bu zəlzələ Ermənistanda 26 min insanın həyatına ciddi zərər yetirdi.
Zəlzələdən dərhal sonra Ermənistan SSR Nazirlər Soveti 15 yanvar 1989-cu il, 24 saylı sərəncamla Metsamorun ikinci blokunun fəaliyyəti də dayandırıldı. Sərəncama uyğun olaraq stansiyanın bütün işçi heyəti stansiyanı tərk etdilər.
 Zəlzələ o zaman stansiya ərazisində Rixter cədvəli ilə 6,25 ballıq təkanlarla qeydə alınmışdı.
Bu təkanlar nəticəsində  Stansiyanın içərisindəki avadanlıqların bir çoxu yerlərində laxlamış, bir çoxları isə yüngül zədələnmişdilər. Halbuki belə bir hadisə baş verməməliydi çünki bu stansiyanın tikintisi Rixter cədvəli ilə 9,5 bala hesablanmışdı. Bu hadisədən qorxuya düşən Ermənistan rəhbərliyi təcili olaraq Stansiyanın içərisinin yenidən möhkəmləndirilməsi işlərinə başladılar. Stansiyada möhkəmləndirilmə işlərinin tamamlanması üçün ABŞ və Avropa ölkələri 200 milyon dollar Ermənistana yardım etdilər.
Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti mövcud olduğu bütün illərdə mütəxəsislər tərəfindən daim həyəcanla izlənmişdir.
Stansiyanın seysmik zonada yerləşməsi və stansiyanın tikintisində ciddi qüsurlara yol verilməsi və bu səbəbdən də stansiyanın birinci blokunun inşaasından bir neçə il sonra sıradan çıxması, bu baxımdan stansiyanın mühafizəsinin etibarsızlığı mütəxəsislərin narahatlığına səbəb olan amillərdir.
Bu da onu göstərir ki   Metsamor Atom Elektrik Stansiyası mövcud olduğu gündən region üçün ciddi təhlükə mənbəyi olmuşdur.
Bütün bu narahatlıqlara baxmayaraq Stansiya mövcud olduğu dövrdə ondan 48 446 milyon kvt saat enerji istehlak edilmişdir. Deməli öz xidməti ilə ömrünü başa vurmuş indi öz xəstə halını yaşayan bu stansiyanın tarixə qovuşmasının tam zamanıdır. Bu stansiyanın saxlanması səmərəlilik baxımından da əhəmiyyətsizdir, çünki 1989-cu ildə stansiyanın gücü 3-4 dəfə aşağı düşərək, Ermənistanın enerjiyə olan tələbatının yalnız 20-25%-ni ödəyə bilir.

Niyə Ermənistandakı Metsamor AES təhlükə mənbəyi sayılır?
İstismar müddəti başa çatmış Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti təkcə Cənubi Qafqaz xalqlarını deyil, eləcə də dünya ziyalılarını narahat etməyə başlayıb.
Artıq sözügedən AES-in bəşəriyyət üçün təhlükə olduğunu anlayan tanınmış şəxslər həyəcan təbili çalır. Qazaxıstanın UNESCO yanında daimi nümayəndəsi, anti-nüvə hərəkatının qabaqcıllarından biri, İctimai-siyasi xadim və diplomat Oljas Süleymenov demişdir: -    “Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasında baş verəcək qəza Cənubi Qafqazla yanaşı, Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz ölkələrinin əhalisi üçün də böyük təhlükə yaradacaq.  Öz əhalisinə və qonşu ölkələrə yaratdığı ciddi təhlükəni nəzərə alaraq Ermənistan köhnəlmiş, istismar müddəti bitmiş atom elektrik stansiyasının fəaliyyətini dərhal dondurmalıdır”.
Sovet dövründən qalma avandanlıqlarla fəaliyyətini davam etdirən Metsamor AES-də qəza baş verəcəyi təqdirdə, Ermənistanın özü də daxil olmaqla, geniş coğrafiyada yerləşən  bir çox ölkə nüvə qəzasının yaratdığı digər fəsadlarla üz-üzə qalacaq. 
Beləki, AES-in ətrafında 5 tektonik qırılma (çat) mövcuddur ki, onlardan da ən yaxını stansiyadan cəmi 500 ən uzağı isə 34 km məsafədə yerləşir.  "Metsamor” AES Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km, İran sərhədindən 60 km, Türkiyə sərhədindən 16 km aralıda yerləşir. Əgər stansiyada qəza baş verərsə radioaktiv tullantıların və digər fəsadların Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz hövzəsi ölkələrinin əhalisi üçün böyük təhlükə yaradacağı şübhəsizdir
Göründüyü kimi seysmoloji bölgədə yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının yaratdığı təhlükənin coğrafiyası Ermənistan ərazisindən yüz dəfələrlə böyükdür. Öz dövlət ənənələri olmayan Ermənistanın stansiyadakı radioktiv maddələri qara bazarlarda satışa çıxarması, bu maddələrin  qaçaqmalçıların əlinə keçməsi təhlükəsini yaradır. Bu isə yaşadığımız  dünyanın təhlükəyə atılması deməkdir. Nüvə tullantılarının terror qruplaşmalarının əlinə düşməsi dünyanın bir çox ölkələrinin ciddi fəlakətlə üzləşəcəyi riskini yaradır. Bütün bu faktlar Metsamor Atom Elektrik Stansiyasının təkcə region üçün deyil, bütün dünya üçün də təhlükə mənbəyi olduğunu  ortaya qoyur. Müasir AES-nin tikintisi üçün Ermənistana 5 milyard dollar lazımdır. Halbuki Ermənistanın büdcəsi belə bu qədər  deyil. Bu məbləği isə heç bir maliyyə qurumu Ermənistana  verməyəcək. Bütün bunları nəzərə alan işğalçı ölkə çıxış yolunu dünyanı təhlükələrlə hədələməkdə görür. Metsamor AES-sı 25 il istifadə üçün nəzərdə tutulsa da, Ermənistan müxtəlif ölkələrdək kompensasiyalar almaq məqsədi ilə yalan və bəhanələrlə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik vastəsiylə və Rusiyanın dəstəyi ilə stansiyanın istismar müddətini artırmaqda davam edir. Artıq 2016-ci ildə stansiyanın fəaliyyəti üçün əlavə edilən vaxt bitsə də, Ermənistan rəhbərliyi bu stansiyanın fəaliyyətini yenidən  azı 10 il uzatmağa cəhd göstərilir.  Belə olan halda stansiyanin ömrünün uzadılmasına verilən qərar, dünyanı təhlükəyə sürükləmək deməkdir. Türkiyənin Avropa Birliyi üzrə tanınmış eksperti, İstanbuldakı Sabancı Universitetinin Avropa Birliyi Araşdırmaları Mərkəzinin direktoru, dosent Cengiz Aktar deyib ki, mövcud durumu ilə Metsamor AES, Ermənistan, Türkiyə, Gürcüstan, Azərbaycan üçün ən ciddi təhlükədir. Stansiyanın yaşaması ilk növbədə bu ölkələri daha çox narahat etməlidir.

 "Metsamor'' AES fəaliyyəti nüvə qaçaqmalçılığına şərait yaradır 

Dünyada nüvə və radioaktiv materialların, nüvə yanacağı tullantılarının qaçaqmalçılığında Ermənistan xüsusi rol oynayır. Belə ki, qonşu dövlətlərin ərazilərində Ermənistan vətəndaşlarının iştirakı ilə dəfələrlə radioaktiv materialların qaçaqmalçılığı ilə məşğul olan qruplar ifşa olunub.
1999-ci il mayın 22-də Ukraynanın Bereqovo şəhərində iki erməni 20 kq U-235 az zənginləşdirilmiş uran filizi satmağa cəhd göstəriblər və bu ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.   
 2001-ci il dekabrın 19-da Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsində kəşfiyyat əməliyyatı zamanı 300 qram az zənginləşdirilmiş uran ələ keçirilib.  2003-cü il iyunun 26-da isə Ermənistan vətəndaşları qaçaqmalçılıq yolu ilə 170 qram yüksək zənginləşdirilmiş uran U-235-i Ermənistan-Gürcüstan sərhədindən (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) keçirməyə çalışıblar.  2003-ci il dekabrın 29-da Ermənistan-İran sərhədində Mehri nəzarət-buraxılış məntəqəsində Ermənistanın Metsamor AES-dən çıxarılan Stronsium-90 radioaktiv maddənin konteyneri saxlanılıb.
Spektral təhlil göstərib ki, obyekt yüksək radioaktivliyə malikdir. 2004-cü il martın 13-də isə Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Ermənistan vətəndaşı radioaktiv materiallarla saxlanılıb. 
 2007-ci il oktyabrın 24-də isə Gürcüstan-Türkiyə sərhədində (Sarpi nəzarət-buraxılış məntəqəsi) xüsusi düzəldilmiş qızıl konteynerdə 2,04 qram Lourensiy-103 maddəsi aşkarlanıb və buna görə 4 Ermənistan vətəndaşı saxlanılıb.
2009-cu il avqustun 26-28-də Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Ermənistanın Qerarkunik vilayətinin Noratus kənd sakininə məxsus olan avtomobildə Sezyum-137 maddəsinin izləri aşkarlanıb. 
2010-cu ilin martında Tbilisidə biznesmen Sumbat Tonoyan və İrəvan Fizika İnstitutunun əməkdaşı Qrant Ohanyan radioaktiv materialların alverində şübhəli bilinərək saxlanılıblar.
Onların üzərindən 89 faiz zənginləşdirilmiş 18 qram uran aşkar olunaraq götürülüb.
2010-cu il sentyabrın 16-da Tbilisi hava limanında bir üzvü erməni olan cinayətkar qrup saxlanılıb.
Saxlanılmış şəxslərin üzərindən 0,0004 kiloqram plutonium (Pu) və 0,00008 kiloqram az zənginləşdirilmiş uran aşkarlanaraq götürülüb.
2014-cü ilin avqustunda Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Gürcüstan gömrükçüləri tərəfindən Sezyum-137-ni Gürcüstana keçirməyə cəhd göstərən iki erməni həbs edilib.
2016-cı ilin yanvarında Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Gürcüstan gömrükçüləri tərəfindən Sezyum-137-ni sərhəddən keçirməyə cəhd göstərən üç erməni həbs edilib.
2016-cı ilin aprelində isə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən üç Ermənistan vətəndaşı və üç Gürcüstan vətəndaşı 200 qram Uran-238-i satmaq cəhdinə görə həbs edilib. Müəyyən olunub ki, Ermənistandan olan üç nəfər əvvəllər Metsamor AES-də işləyiblər.
Metsamor AES-in Ermənistanda yerləşməsi nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar dəstələrin regiona diqqətini artırır.  Nüvə tullantılarının Əl-Qaidə və İŞİD kimi beynəlxalq terror qruplarının əlinə düşəcəyi təqdirdə "çirkli bomba”ların hazırlanması və istifadəsinin kütləviləşməsi riski kifayət qədər ciddiləşir.
Ermənistanın müdafiə naziri Seyran Ohanyanın, Ermənistanın sabiq baş naziri və Ermənistan Milli Konqres partiyasının deputatı Hrant Baqratyanın Ermənistanın xüsusi təyinatlı gizli silaha və ya "nüvə silahına” malik olmaları barədə açıqlamaları “çirkli bomba”ların Ermənistanın özündə də yaradıldığını sübut edir.
Ermənistan ərazisindən sərbəst şəkildə radioaktiv materiallar daşınır, Ermənistanın hüquq-mühafizə, sərhəd və gömrük orqanları buna xüsusi şərait yaradır. Bu isə Ermənistanda nüvə tullantılarının satışının təşkili dövlət səviyyəsində həyata keçirildiyi qənaətini yaradır.
Metsamor AES-in bağlanması üçün Beynəlxalq Koalisiyasının yaradılması, Ermənistanı beynəlxalq qınaq obyektinə çevirə bilərmi?
 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevin "Metsamor" AES-in bağlanması üçün Beynəlxalq Koalisiyasının yaradılması təklifi önəmlidir və bu məsələnin Beynəlxalq səviyyədə ictimailəşməsinə şərait yarada bilər.
Fikrimcə, formalaşan Beynəlxalq Koalisiya kampaniya xarakterli fəaliyyət daşımamalıdır. Bu Koalisiyaya daxil olan QHT-lərı ən azı öz ölkələrində ictimai rəyə təsir edə biləcək gücdə olmalıdır. Koalisiyada fəaliyyət göstərmək istəyən ekspertlərin Metsamor AES haqqında yüksək bilgisi, eyni zamanda mətbuat və informasiya orqanlarında çıxışları və məqalələri olmalıdır.
Koalisiya Beynəlxalq rəyə təsir mexanizmləri istiqamətində plan və proqramlara malik olmalı, ictimai rəyə hesablanmış ciddi düşünülmüş, təsirli təşviqat materialları hazırlamalıdır.
Koalisiyanın təşkil edəcəyi tədbirlərin təşkilində dünyada sınanmış effekti təbliğat üsullarından istifadə edilməli, təbliğat işlərinə xüsusi olaraq erməni millətindən olanlar da cəlb edilməlidirlər. Məsələn Azərbaycanda yaşaması iddia olunan 30 min ermənilərin nümayəndələri bu problemin həllinə laqeyid qalmamalıdırlar. Problemi nüfuzlu beynəlxalq təşkilatların müzakirəsinə çıxarılmasına xüsusi önəm verilməlidir.  Bundan başqa, Azərbaycan QHT-lərinə məxsus ənənəvi sosial çarxların hazırlanmasına xarici ölkələrdə flaşmobların keçirilməsinə də start verilməklə Metsamor AES-in bağlanması istiqamətində təbliğatın genişləndirilməsinə və Ermənistanı beynəlxalq səviyyədə qınaq obyektinə çevirmək mümkündür.
 Faiq İsmayılov
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı
ictimai birliyinin sədri.




Baxış sayı: 3 743
Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00 Müdafiə xərclərinin artması dövlətimizin təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməyə imkan verəcək - Cəlil Xəlilov 22-11-2024, 10:30 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb 22-11-2024, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930