FACT-INFO.AZ » SİYASƏT » Maksim Qoən: Ermənistan: distant millətçilik təhlükəsi
15-11-2021, 09:10 | SİYASƏT
Maksim Qoən: Ermənistan: distant millətçilik təhlükəsi

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Ermənistan: distant millətçilik təhlükəsi” adlı məqalə Fransadakı “güclü” erməni lobbisi mifini darmadağın edir və əslində, erməni lobbisinin iç üzünü açıb göstərir. Erməni lobbisinin Ermənistanda vəziyyətin yaxşılaşmasında maraqlı olmadığını yazıb. Hər vəchlə Türkiyə və Azərbaycanla sülh müqaviləsi bağlamasına mane olmağa çalışdıqlarını bildirib. Məqalədə erməni lobbisinin erməni xalqını necə rəzalətə sürüklədiyi qeyd edilib.

Məqalədə diaspor nümayəndələrinin əslində mənşə ölkələri ilə əlaqələri olsa da, erməni lobbisinin isə ölkə ilə əlaqəsi olmadığını, Ermənistanın inkişafında maraqlı olmadığı qeyd edilib. Ancaq xaricdə erməni diasporunun bütün səylərinə baxmayaraq, Azərbaycanın ötən il torpaqlarını azad etdiyi vurğulanıb.

Məqalənin tam mətnini təqdim edirik:

Diasporun mənşə ölkəsinin siyasətinə təsir etmək istəməsi (və ya belə hesab edənlər) yeni bir şey deyil. Tunis 2011-ci ildə dünyanın yerli əhaliyə nisbətdə xaricdən gələn və ikili vətəndaşlığı olanların parlamentdə ən çox təmsil olunduğu ölkə oldu. Fransadakı Seneqal diasporuna gəlincə, bu Afrika ölkəsində diaspordan prezidentliyə namizədlər daha nüfuzlu hesab edildi və 2018-ci ildə onların parlamentdəki təmsilçiliyi ikiqat artdı.

Bununla belə, çox unikal vəziyyət də mövcuddur: erməni diasporu. Erməni diasporunun Fransanın siyasi həyatına simvolik və bəzən praktiki təsiri ilə sayı (təxminən 300 min nəfər, tam assimilyasiya olunmuşları çıxmaqla) və hətta Fransadakı erməni assosiasiyalarının üzvlərinin sayı ilə mütənasib deyil. 2009-cu ildən onların qəzetləri və hətta internet saytları oxucusu olmadığından bir-birinin ardınca bağlanır, 2007-ci ildən Parisdə təşkil etdikləri nümayişlər 300-dən yuxarı iştirakçı toplaya bilmir. Yuxarıda adları sadalanan diasporlardan fərqli olaraq, Fransada, eləcə də Amerika qitəsindəki erməni diasporu, əsasən əcdadları Osmanlı İmperiyasından və ya onun nəzarəti altında olmuş ölkələrdən, xüsusilə də Livandan gəlmiş bu insanların nə erməni vətəndaşlığı, nə də bu keçmiş sovet respublikası-Ermənistan haqqında dərin biliyi var.

Bununla belə, Ermənistanı ən pis vəziyyətə sürüklədikdən sonra erməni diasporu adından danışanlar çox vaxt seçkilərin nəticəsində hakimiyyətə gəlmiş Yerevan hökuməti ilə görünməmiş münaqişə vəziyyətində qalırlar və bu daxili münaqişədə seçki şantajına əl ataraq, Fransanın seçilmiş məmurlarından istifadə etməyə çalışırlar. 1992-ci ildə Ermənistan təkcə keçmiş Dağlıq Qarabağ muxtar respublikasını (əsasən Azərbaycan vətəndaşı olan etnik ermənilərin yaşadığı) deyil, həm də 1989-cu il sovet siyahıyaalmasında ermənilərin cəmi 1faizini təşkil edən digər yeddi rayonu da işğal edərək, qonşusu Azərbaycana təcavüz etdi. Qarabağın ayrı-ayrı şəhərlərində olduğu kimi, blok kimi götürülən işğal olunmuş bütün ərazilərdə də işğal ərəfəsində ermənilər azlıq təşkil edirdi. Azərbaycanlılar və ümumiyyətlə müsəlmanlar qovulmaq və kütləvi şəkildə öldürülməklə bu ərazilərdən silindilər. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə, eləcə də 2008-ci ildə Baş Assambleyanın qəbul etdiyi qətnamədə erməni işğalçı qüvvələrin dərhal çıxarılması tələb olunurdu, lakin bu heç bir nəticə vermədi. Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası 2015-ci ildə Ermənistanı azərbaycanlı kürd ailəsini didərgin saldığına görə məhkum edib.

Erməni diasporu adından çıxış edənlər Ermənistanın daha çox millətçi ünsürlərini dəstəkləyib, onları barışmazlığa sövq edib və yuxarıda qeyd olunan bütün qərarlara məhəl qoymayıblar. Qaçılmaz nəticə baş verdi: daha çox əhalisi olan, daha zəngin olan, Türkiyənin, həm də İsrail, Ukrayna, Gürcüstan və Macarıstan tərəfindən dəstəklənən Azərbaycan ötən il beynəlxalq səviyyədə tanınmış ərazilərini geri aldı. Ermənistanın baş naziri Nikol Paşinyan bununla da özünün, eləcə də sələflərinin səhvləri və günahlarının miqyasını qiymətləndirə bildi. Tamamilə fərqli bir xətt üzrə o, ötən ilin iyununda keçirilən qanunvericilik seçkilərində qalib gəldi...

Bununla belə, Atlantik okeanının o tayında olduğu kimi Fransadakı erməni assosiasiyalarının əksəriyyəti Paşinyana təkamülünə görə ona düşmən münasibət bəsləyir və Parisdən, Liondan və ya Marseldən rahat danışan diaspor üzvləri üçün deyil, məhz Ermənistanın özü üçün fəlakətli olacaq yeni müharibədən danışırlar. Fransa Erməni Assosiasiyaları Koordinasiya Şurasının (CCAF) həmsədri Frank “Murad” Papazyan “sülh olarsa, Türkiyə və Azərbaycan Ermənistanda sənayeni inkişaf etdirəcəklər. Çox saylı yerli işsizlər işlə təmin olunacaq (Radio AYP FM, 26 dekabr 2020)” perspektivindən narahatlığını bildirməsi ilə vəziyyət kulminasiya nöqtəsinə çatdı. O, həmin vaxtdan fikrini hələ də dəyişməyib və Fransada Ermənistan hökuməti əleyhinə nümayişlər keçirməyə çağırışlar edir.

Fransadakı erməni diasporu Ermənistandakı ermənilərdən çox vətənpərvərlik göstərməsindən başqa, bu kiçik erməni millətçilərinin göstərdiyi son dərəcə kəskin aqressivlik daha çox təəccübləndirir.

TF1 televiziya kanalının rəhbərləri və bu kanalın jurnalisti Lizeron Budul keçən il ölümlə təhdid edildi, onu öldürməyə çağırış edənlərdən biri açıq şəkildə onu Samuel Pati kimi qətlə yetirməyi təklif etdi. Səbəb? Televiziyada gedən reportajdan xoşları gəlmədi. “Liberation” ilə əməkdaşlıq edən, Orli hücumu ilə tanınan Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusunun (ASALA) yenidən qurulması haqqında danışan jurnalistlər fanatiklərin hücumları ilə təhdid edildi (səkkiz ölü; bomba uçuş zamanı partlamalı və 117 nəfəri öldürməli idi): bu jurnalistlərin erməni tərəfdə vuruşan neonasistlərdən danışırdılar...

Hətta bu yaxınlarda, ötən ilin aprelində politoloq Bruno Tertre Ermənistanla Azərbaycan arasındakı münaqişə ilə bağlı müəyyən həqiqətləri söyləməyə cəsarət etdiyinə görə Facebook-da “Yerkir” erməni assosiasiyasının rəhbəri Armen Ghazaryan tərəfindən təhqir edildi. Şərhçilərdən biri Tertreyə qarşı qətl törətmək terrorizmini dəstəklədi. Aidiyyəti şəxsin ifşası olunması bu dəhşətlərin nümayişi bir neçə gün çəkdi. Bu, heç kəsi təəccübləndirməməlidir, çünki tam cəzasız qalan Lissabon kamikadze terrorçularına (1983-cü ildə Erməni İnqilab Ordusu tərəfindən Türkiyənin Portuqaliyadakı səfirliyinə qarşı hücum) hər il Fransa torpaqlarında anım mərasimləri keçirilir.

Ancaq bu cür anım mərasimlərini təşkil edənlər bu gün Fransada yerli və milli seçilmiş rəsmilər tərəfindən mütəmadi olaraq qəbul edilir, sanki özlərini deyil, başqa bir şeyi təmsil edirlər. Bu qəbullar Fransanın milli maraqlarına, eləcə də müqavilələrin və iş yerlərinin itirilməsi ilə zərər vurur, həm də sülhə və barışığa ehtiyacı olan Ermənistanın özünün də İran mollalarından asılılığını azaltmasına da mane olur.

İqtisadi məsələlərdə normal münasibətlərin qurulması üçün İrəvan Azərbaycan və Türkiyə ilə müqavilələr imzalama mərhələsindədir. Bu imzalama regionu sabitləşdirəcək və bütün xoş niyyətli insanlar üçün faydalı olacaqdır.




Baxış sayı: 633
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Bu gün, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Bu gün, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Bu gün, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Bu gün, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Bu gün, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031