FACT-INFO.AZ » XƏBƏR » "QATİL VƏ QƏTLLƏR" – erməni cəlladlarının əsl simasını göstərəcək filmin çəkilişinə başlandı
29-10-2021, 20:20 | XƏBƏR
"QATİL VƏ QƏTLLƏR" – erməni cəlladlarının əsl simasını göstərəcək filmin çəkilişinə başlandı

Rejissor bildirib ki, sənədli-bədii filmdə erməni şovinisti, özünü yazıçı adlandırmasına baxmayaraq, murdar qəlbinə humanizm duyğularının heç vaxt yol tapmadığı, əksinə, qəddarlığın kök saldığı, əli və qələmi minlərlə günahsız insanın qanına batan qatı cinayətkar Zori Balayanın Birinci Qarabağ müharibəsində millətimizə - qadınlara, qocalara, körpələrə tutduğu divanlar, etdiyi şərəfsizliklər əks olunacaq.

Erməni quldurları tərəfindən əsir alınmış qadın və qızlarımızın işgəncələrə məruz qalması, zorlanması, körpələrin diri-diri yandırılması və digər tükürpədici faktlar öz əksini tapacaq:

“Uzaq-yaxın keçmişimizdən, zaman-zaman rastlaşdığımız ikili standartlardan, düşmənin bizə qarşı amansız, qeyri-insani, beynəlxalq konvensiyalara zidd plan və əməllərindən, igid Vətən övladlarının bütün bunlara qəhrəman müqavimətindən bəhs edən belə ekran əsərlərini ərsəyə gətirmək bir vətəndaş olaraq borcumuzdur. Qoy bütün dünya görsün ki Azərbaycan xalqının başına necə, hansı müsibətlər gətirilib?!

Erməni saxtakarlarının mövcud olmayan tarixlərini şişirtmək cəhdlərinə, “əzabkeş keçmişləri” barədə uydurmalarına, digər xalqlara yönəlmiş böhtanlara isə son qoymaq lazımdır.

Film 3 dildə - Azərbaycan, rus və ingilis dillərində olacaq. Çünki təbliğat, eləcə də gerçək faktların aşkarlanıb dünya ictimaiyyətinə təqdimatı daha geniş arealda, sənədli şəkildə həyata keçirilməlidir.

Filmdə oğurlanmış, yalandan erməni adına çıxarılmış musiqimiz, etnoqrafiyamız, mətbəximiz və digər məsələlərə də yer veriləcək”.

Ümid Amin həqiqətlərin gələcək nəsillərə çatdırılması, onların daim Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatını öyrənmələri, bilmələri üçün sözügedən filmin böyük təkan verəcəyinə əminliyini ifadə edib: “Təəssüf ki, cəmiyyət, xüsusən də gənclərin beyni, mənəvi dünyası keyfiyyətsiz verliş və filmlərlə zəhərlənir.

Kino, televiziya insanlar üçün bir güzgüdür.

Vətən müharibəsində cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasəti, Azərbaycan ordusunun, şəhidlərimizin, qazilərimizin rəşadəti, canı, qanı bahasına bir daha bütün dünyaya sübut olundu ki, istənilən halda ərazilərimizi işğaldan azad etmək gücündəyik.

Film haqqında çox şey demək olar, inşallah tez bir zamanda layihə ərsəyə gələcək.

Əlbəttə, hər şeyin öz vaxtı, məqamı var, həqiqət gec-tez yerini tapacaq.

Gün gələcək Ermənistanın başıpozuq, cinayətkar rəhbərləri müxtəlif illərdə xalqımızın başına gətirdikləri soyqırımlara görə məhkəmə, qanun qarşısında cavab verməli olacaqlar.

Ölkəmizin vətəndaşları, xüsusilə də gənc nəsil erməni faşistlərinin, şovinistlərinin tarix boyu törətdikləri cinayətləri, vəhşilikləri, vandalizmi heç vaxt yaddan çıxarmamalı, tarixi unutmamalıdırlar”.

Rejissor-ssenarist daşnak uydurmalarına əsaslanan filmlərin ən nüfuzlu beynəlxalq festivallara ayaq açmasından da narahatlığını vurğulayıb: “Emənilərin tarix boyu istər Türkiyə, istərsə də Azərbaycanda törətdikləri soyqırımlar, vəhşiliklər “Dənizdən-dənizə böyük Ermənistan” xülyası, fantaziyasından qaynaqlanıb. Və uydurduqları yalanlar, iftiralar havadarlarının köməkliyi ilə əvvəllər ayaq tutub yerisə də, bu gün prezident İlham Əliyevin apardığı güclü xarici siyasət nəticəsində artıq dünyanın heç bir ölkəsində belə illüziyalara inanmaq istəmirlər. Lakin, təəssüflər olsun ki, “timsahın göz yaşları”na bilərəkdən göz yumanlar da tapılır.

Kino dünya dövlətlərinin ixtiyarında təsiredici gücə malik təbliğat maşını olub və daim təsir gücünü itirməyib. Sovet dövründə ermənilərə təbliğat maşınından istifadə üçün əlverişli imkan yaradılmışdı. Məsələn, erməni kino işçiləri 1960-90-cı illərdə, yəni sovet ideologiyasının hakim olduğu dövrdə dövlətin vəsaiti ilə saxta “erməni soyqırımı” haqqında 9 bədii, 1 animasiya, 1 bədii-sənədli və 1977-95-ci illərdə onlarla sənədli film istehsal ediblər. Həmin təbliğat maşını Ermənistanda bu gün də dayanmadan işləyir. Xüsusilə 1988-ci ildən sonra ermənilər Qarabağın guya onların dədə-baba yurdları olması barədə xeyli yalançı filmlər çəkiblər".

Rejissor Ümid Amin qeyd edib ki, Azərbaycanda da Qarabağ mövzusunda xeyli filmlər istehsal olunub. Lakin onların əksəriyyəti beynəlxalq festivallara çıxış əldə edə bilməyib:

“Məsələn, Qarabağ mövzusunda ”Fəryad", “Haray”, “Ümid”, “Hər şey yaxşılığa doğru”, “Nabat”, “Girov”, “Sarı gəlin”, “Biz qayıdacağıq”, “Arxada qalmış gələcək”, “Dolu”, “Qala” və sair filmlərimiz var. Lakin “Hər şey yaxşılığa doğru” və “Nabat” filmlərindən başqa digərləri beynəlxalq kinofestivallara gedib çıxa bilməyib. Ola bilsin ki, festivala çıxıb, lakin nəticəsi olmayıb.

Bu il ermənilər xarici ölkələrlə müştərək hazırladıqları və utanıb çəkinmədən Qarabağ məsələsində Azərbaycanı həyasızcasına suçladıqları bir neçə irihəcmli bədii filmi Kann kinofestivalına çıxara bildilər. İnformasiya müharibəsində geriliyə son qoymaq gərəkdir.

Azərbaycan həqiqətlərini əbədiləşdirən filmlərin istehsalı və ən nüfuzlu beynəlxalq festivallarda təmsil olunması üçün çalışmalıyıq."

Qurban Məmmədli




Baxış sayı: 644
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30