26-6-2025 15:46
FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Polad Bülbüloğlu sənətinin daha bir təntənəsi
16-07-2015, 10:05 | MƏDƏNİYYƏT
Polad Bülbüloğlu sənətinin daha bir təntənəsi

Belarus Prezidentinin "İncəsənət vasitəsilə sülhə və qarşılıqlı anlaşmaya doğru" xüsusi mükafatı laureatlarının Ulduzlar Xiyabanında artıq 11-ci ulduzunun təntənəli açılışı bu gün "Slavyan bazarı Vitebskdə" festivalının əsas konsert meydanının - Yay Amfiteatrının yanında olub. 
Bu il bu şərəfə "Vitebsk-2015" XXIV Beynəlxalq estrada mahnısı müsabiqəsinin münsiflər heyətinin sədri, Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu layiq görülüb.

P.Bülbüloğlu deyib: "Mən 70 illiyimdə belə bir hədiyyə aldığıma görə təşəkkür edirəm və həyəcan içindəyəm. 
Yaradıcılığıma və yubileyimə göstərdiyi diqqətə görə Belarus Prezidenti Aleksandr Lukaşenkoya təşəkkür edirəm. 
Çox sevinirəm ki, ulduzum məhz Belarusda açılıb. Biz əvvəllər bir ölkədə yaşamışıq, Böyük Vətən müharibəsində bir yerdə zəfər qazanmışıq. Bu da bizim ümumi yaddaşımızdır, bizim nəslin qırıb ata bilməyəcəyi bir əlaqədir.
 "Slavyan bazarı Vitebskdə" narahat dünyamızda sabitlik, firavanlıq, mədəniyyətin, musiqinin və ifaçılığın çiçəkləndiyi bir adadır. Biz bir neçə gün ərzində dünyanın 41 ölkəsindən istedadlı ifaçıların çıxışlarına tamaşa etdik. Belə tədbirin öhdəsindən hər dövlət, hər şəhər gələ bilməz. 
Buna görə təşkilatçılara, yerli hakimiyyət orqanlarına təşəkkür edirəm. Vitebsk sakinlərinin istənilən hava şəraitində konsertə gəlib artistləri hərarətlə alqışlamaları, onlara çiçək bəxş etmələri məni heyran qoyub". O əlavə edib ki, hətta dəvət olunmasa da, festivala baxmaq, öz ulduzuna baş çəkmək üçün hər il Vitebskə gələcək.

 

Səfir etiraf edib ki, mahnılarının xatırlandığını və hələ də ifa olunduğunu bilmək onun üçün xoşdur. Axı, artıq çoxdandır ki, çıxış etmir. Uzun illərdir diplomatik fəaliyyətlə məşğul olur.
 Daha əvvəl isə Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışıb. Buna görə də ulduzun açılışında Vitebskin gənc ifaçılardan ibarət "Yeqoza" ansamblı onun mahnılarından ibarət popurri oxuyanda məmnuniyyətlə onlarla birlikdə zümzümə edib. 
O, səmimi qəbula və beynəlxalq müsabiqənin münsiflər heyətinin sədri olmaq şərəfinə layiq görüldüyünə görə mərasimdə iştirak edən Belarusun mədəniyyət naziri Boris Svetlova təşəkkür edib.

 



Baxış sayı: 2 163
İran Səhiyyə Nazirliyi: İsrail zərbələri nəticəsində ölənlərin sayı 627-yə çatıb Bu gün, 11:00 Birinci vitse-prezident Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib Bu gün, 10:32 Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib Bu gün, 10:30 Birinci vitse-prezident Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib Bu gün, 10:30 Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib - SİYAHI Dünən, 21:30 Türkiyə mediası: Ermənilərin Anadoluda 550 min dinc sakini qətlə yetirmələrinə dair arxivlərdə sübutlar var Dünən, 21:00 Ərdoğan: Türkiyənin mövqeyi dünya miqyasında nəzərə alınır Dünən, 17:30 “Qərbi Azərbaycan Kuboku” minifutbol turnirinin bağlanış və mükafatlandırma mərasimi keçirilib Dünən, 17:00 Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar Dünən, 15:30 Güclü ordu müstəqilliyin təminatıdır Dünən, 14:30 Zelenski: Ukraynanın müdafiə sənayesi il ərzində 8 milyon PUA istehsal edə bilər Dünən, 09:30 “Diplomatic World Sweden” saytında Orta Dəhlizin formalaşmasında Azərbaycanın əsas rolu haqqında məqalə dərc olunub Dünən, 09:00 NATO-nun Haaqa Sammitində “Soyuq müharibə”dən sonra ən böyük silahlanma proqramının qəbul edilməsi gözlənilir Dünən, 08:30 İranla sərhəd ərazilərdə radiasiya artmayıb Dünən, 07:30 Türk Mədəniyyəti və İrsi Fondu ilə “İpək yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi arasındakı əməkdaşlıq genişlənir 24-06-2025, 21:30 Ərdoğan: Türkiyə İran və İsrail arasında atəşkəs razılaşmasına əməl olunmasına çağırır 24-06-2025, 19:30 Victims and legal successors testify at Ruben Vardanyan’s trial 24-06-2025, 18:30 “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi olub 24-06-2025, 18:30 Prezident İlham Əliyev: "Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var" 24-06-2025, 16:00 Özbəkistanın nazir müavini: Azərbaycan Mərkəzi-Asiya və Çinin energetika planlarında mühüm rola malikdir 24-06-2025, 15:00 Səssiz qəhrəmanlıq 24-06-2025, 11:00 Yağıntılı və küləkli hava müşahidə olunur - FAKTİKİ HAVA 24-06-2025, 10:44 Prezident İlham Əliyev: “8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək 24-06-2025, 10:00 Parisdə Zəfər Tağı altında ölkəmizin şəhidlərinin xatirəsi ehtiramla yad edilib 24-06-2025, 10:00 Müharibə dövründə Azərbaycanın cəbhə xəttindən uzaq şəhərlərinin bombalanması əmrinin Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən verilməsi məhkəmədə bir daha təsdiqlənib 23-06-2025, 19:30 MEDİA könüllüləri üçün növbəti peşəkar inkişaf təlimi keçirilib 23-06-2025, 18:30 XİN: Ermənistanın tarixi faktları saxtalaşdırmaq cəhdi onun sülh prosesinə xələl gətirmək səylərinin daha bir nümunəsidir 23-06-2025, 18:00 “Resurs” Analitik İnformasiya Mərkəzi İB Salyan rayonunda tədbir keçirdi- FOTOLAR 23-06-2025, 17:00 Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq tədbir təşkil edilib 23-06-2025, 16:30 Müdafiə Nazirliyində media və QHT nümayəndələri ilə görüş keçirilib 23-06-2025, 14:30
Köşə yazarları
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30