FACT-INFO.AZ » SİYASƏT » Ərdoğan: Türkiyə İran və İsrail arasında atəşkəs razılaşmasına əməl olunmasına çağırır
24-06-2025, 19:30 | SİYASƏT
Ərdoğan: Türkiyə İran və İsrail arasında atəşkəs razılaşmasına əməl olunmasına çağırır

Türkiyə İran və İsrail arasında əldə olunmuş atəşkəs razılaşmasına ciddi şəkildə əməl olunmasına çağırır. Fact-info.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etmək üçün Haaqaya yola düşməzdən əvvəl keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, münaqişələrin həlli üçün yeganə düzgün və rasional yol diplomatiyadır.

“İyunun 13-dən etibarən bölgədə gərginliyin artması müşahidə olunur. Türkiyə bu hadisələrin ilk saatlarından etibarən dialoqa çağırış edib. Bu gün atəşkəs razılaşmasını alqışlayırıq”, – deyə Ərdoğan qeyd edib və Ankaranın prosesləri diqqətlə izlədiyini vurğulayıb.

Dövlət başçısı, həmçinin ölkənin müdafiə potensialının daha da gücləndirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.

“Biz yerli hərbi-sənaye kompleksimizə xüsusi önəm veririk”, – deyə Prezident vurğulayıb və Türkiyənin NATO-da say baxımından ikinci böyük orduya malik olduğunu xatırladıb.

Ukraynada gedən müharibəyə münasibət bildirən Ərdoğan Ankaranın sülh perspektivinə səmimi şəkildə inandığını söyləyib.

“Bu istiqamətdə Türkiyənin atdığı addımlar hamıya məlumdur. Sülhə doğru atılan ən mühüm addımlardan biri İstanbulda keçirilmiş Kiyev–Moskva danışıqlarıdır”, – deyə o qeyd edib və Ankaranın Avropanın təhlükəsizlik arxitekturasına verdiyi töhfənin əhəmiyyətini vurğulayıb.

NATO sammitinin gündəliyinə toxunan Türkiyə Prezidenti bildirib ki, ölkəsi 2026-cı ildə Şimali Atlantika Alyansının növbəti sammitini keçirməyə hazırdır.

Qeyd edək ki, iyunun 24-ü axşam Haaqada keçirilən NATO sammiti çərçivəsində Türkiyə və ABŞ liderləri arasında görüş planlaşdırılıb.

 



Baxış sayı: 60
Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30