NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının Haaqa Sammitinin birinci günündə liderlər əsasən Rusiyaya qarşı təzyiqin gücləndirilməsi məsələsini müzakirə ediblər.
Fact-info.az “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Almaniyanın Kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer Sammitdə Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinin vacibliyini qeyd ediblər. Lakin ABŞ Prezidenti Donald Trampın hələlik Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə razı olmadığı bildirilib.
NATO-ya üzv olan 32 ölkənin liderləri Sammit çərçivəsində təhlükəsizlik və müdafiə sahəsində genişmiqyaslı planları müzakirə ediblər. Müzakirələr iyunun 25-də davam etdiriləcək. ABŞ Prezidenti Donald Tramp “Soyuq müharibə”dən sonra ən böyük silahlanma proqramını müttəfiqlərlə birlikdə qəbul etdirmək niyyətindədir. Plana əsasən, 2035-ci ilə qədər müdafiə xərclərinin ümumi daxili məhsulun (ÜDM) 5 faizinə çatdırılması nəzərdə tutulur. Bunun ən azı 3,5 faizi bilavasitə hərbi xərclərə, 1,5 faizinin isə hərbi məqsədlə istifadə oluna bilən infrastruktur layihələrinə ayrılması planlaşdırılır. Qeyd edək ki, hazırda NATO-nun hədəfi 2 faizdir.
Baxış sayı: 100
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
