FACT-INFO.AZ » XƏBƏR » Parisdə Zəfər Tağı altında ölkəmizin şəhidlərinin xatirəsi ehtiramla yad edilib
24-06-2025, 10:00 | XƏBƏR
Parisdə Zəfər Tağı altında ölkəmizin şəhidlərinin xatirəsi ehtiramla yad edilib

Parisin məşhur Yelisey Çölləri xiyabanındakı Zəfər Tağı altında Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi hörmət və ehtiramla yad edilib.  Fact-info.az xəbər verir ki, əvvəlcə döyüş musiqisi sədaları altında Azərbaycan və Fransanın Dövlət bayraqları əraziyə gətirilib. "Zəfər Tağı altında məşəl, Milli məşəl" təşkilatının generalı Pol Moro (Paul Moreau), Azərbaycan səfiri Leyla Abdullayeva, səfirliyin hərbi attaşesi, polkovnik-leytenant Cavid Abdullayev, UNESCO yanında daimi nümayəndə Elman Abdullayev və tədbirin fəxri iştirakçılarına buradakı naməlum əsgər və əbədi məşəl haqqında məlumat verib.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva naməlum əsgərin məzarı önünə əklil qoyub və həlak olanların xatirəsinə şərəf meydanında əbədi məşəli alovlandırıb. Vətən uğrunda canlarından keçənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Orkestrin ifasında Azərbaycan və Fransanın Dövlət himnləri səsləndirilib.

Leyla Abdullayeva Zəfər Tağı altında fəxri kitaba ürək sözlərini yazıb. Səfir bayraqdarlara, eləcə də tədbirin iştirakçılarına təşəkkürünü bildirib və onlarla səmimi söhbət edib.

Tədbirdə Fransada Birinci və İkinci Dünya müharibələri qəhrəmanlarının xatirəsini əbədiləşdirən assosiasiya, federasiya və fondların rəhbərləri və nümayəndələri, fransız generallar, Parisdəki azərbaycanlı diplomatlar, UNESCO yanında daimi nümayəndəliyimizin diplomatları, Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Qeyd edək ki, “Zəfər Tağı altında məşəl, Milli məşəl” təşkilatı 1901-ci il qanunu ilə idarə olunan assosiasiyalar birliyidir və 500 yaxın assosiasiyanı birləşdirir. Könüllü əsasda fəaliyyət göstərən təşkilatın təşəbbüsü ilə keçmiş döyüşçülərin xatirəsinə yaradılmış 150 assosiasiyanın rotasiyası formatında hər axşam rəsmi şəkildə Vətən uğrunda həlak olanların xatirəsi anılır.




Baxış sayı: 85
Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30