FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Reallığın və bədiiliyin vəhdəti
14-10-2021, 08:40 | TƏDQİQATLAR-ANALITIKA
Reallığın və bədiiliyin vəhdəti

Ürəyi Vətən sevgisi ilə çırpınan, otuz il müddətində yağı düşməndən, torpaqlarımızı işğal altında saxlayan Ermənistandan qisas gününü gözləyən adamlar bu suala bir tərəfdən haqq edirlər, digər tərəfdən onu da nəzərə almalıdırlar ki, bu cür hadisələrin bədii sənətdə öz əksini tapması müəyyən zaman tələb edir. Lev Tolstoy kimi dahi bir yazıçının 1812-ci il Rusiya Vətən müharibəsini "Hərb və sülh" romanında bədii sənət nümunəsi kimi ortaya qoyması həmin müharibədən keçən uzun illərdən sonra mümkün oldu...

Əlbəttə, bu da bir təsəlli deyil və əlbəttə, bizim sənətkarlarımız düşmənin otuz illik işğalçılıq siyasətini, xalqımızın otuz illik Qarabağ nisgilini, qaçqın və köçkünlərimizin ötən ağır illərini və nəhayət, bütün bunlara son qoyan Vətən müharibəsini bütün detalları ilə hekayələrə, povest və romanlara, dram əsərlərinə və bəlkə də mükəmməl bir epopeya, trilogiyaya çevirməlidirlər. Və bu yerdə ən çox səmərə verə biləcək vizual sənətə - kino sənətinə diqqət artırılmalıdır. Heç inkar etmək olmaz ki, Qarabağın işğal mövzusu sənət əsərlərimizdə özünü göstərmir. Belə əsərlərimiz xeyli mövcuddur. Təkcə istedadlı yazıçımız Aqil Abbasın "Dolu" romanını və bu roman əsasında yaradılan və bu gün də aktuallığını saxlayan "Dolu" filmini, Vaqif Mustafayevin ssenarisi əsasında, mərhum Ceyhun Mirzəyevin rejissorluğu ilə çəkilmiş "Fəryad" filmini qeyd etmək yerinə düşər. Bu və Qarabağ savaşını əks etdirən digər əsərlərin əsasını qarşıdakı mübarizə əzmi, xalqın öz torpaqları üçün keçirdiyi nostalji hisslər, erməni xislətinin iç üzü və s. məsələlər təşkil edir və hələ qabaqda olan, qələbə müjdəsi yalnız müəlliflərin estetik ideallarında təqdim edilir. Bu əsərlərin mahiyyəti xalq, millət nisgili motivləri ilə bağlıdır. 44 günün zəfər yürüşü, düşməni diz çökməyə məcbur edən rəşadətli ordumuz, bu ordunun "birinci əsgəri" (Mir Şahin), Ali Baş Komandanın başçılığı ilə qazanılan müqəddəs qələbə isə bədii sənətə tamamilə yeni format, yeni tematika verir. Yazıçı və şairlərimizin, kinematoqrafiyamızın tamamilə yeni bir sürətlə bu mövzuya girişmələri artıq göz qabağındadır. Bu mənada kino işçilərimizin getdikcə artan bədii filmləri bizi çox sevindirir. Və məni bu fikirlərə sövq edən bir film haqqında söhbət açmaq istəyirəm. "Beşatılan"! Bu filmi Azərbaycan televiziyası istehsal edib. Film iki hissədən ibarət olub hər biri bir saat həcmindədir.

İlk növbədə qeyd edim ki, "Beşatılan" bizim ilkin zəfər filmlərimizdəndir. Filmin bütün məzmununda xalqımızın Vətən uğrunda qalib mübarizəsinin təməli dayanır. Burada "beşatılan" sözünün iki mənası var: birincisi, beşatılan xalq silah nümunəsi kimi, ikincisi, beş nəfər dostun əlində silah torpaqlarımızın azadlığı uğrunda Şuşaya qədər getmələri və müqəddəs bayrağımızı azad edilmiş torpaqlarımızın uca bir zirvəsinə sancmaları.

Filmin quruluşçu rejissoru Elçin Məmiyev, ssenari müəllifləri Firudin Məhərrəmov, Nurəddin Ədiloğlu bu sənət əsərində reallığın və bədiiliyin sintezindən məharətlə istifadə edərək bizə otuz ilin həsrətindən, 44 günün qürurundan doğan mükəmməl bir sənət nümunəsi təqdim etmişlər. "Beşatılan" torpaqlarımızın düşmən tapdağından azadlığı uğrunda canından keçməyə hazır olan, bu yolda heç bir düşmən atəşindən qorxmayan beş dostun xarakterində xalqımızın Vətən sevgisini ümumiləşdirmişdir.

Filmin çəkilişində kollektivin hansı çətinliklərlə üzləşdiyinin bəzi məqamlarına mən də bələdəm. Lakin bu kollektivin səyi, peşəkarlığı və ən əsası, vətənpərvərliyi hər cür çətinliyə qalib gəlir. Bu kollektivin, xüsusilə rejissorun və ssenari müəlliflərinin seçdikləri çəkiliş məkanları, döyüş səhnələri, dağlar, dərələr, gecəli-gündüzlü hava şəraiti reallıqla çox uyğunlaşır və tamaşaçı bütün epizodlarda özünü milli mediamızın, telekanallarımızın müharibənin gedişində təqdim etdikləri reportajlardakı əyani məkanlarda hiss edir.

"Beşatılan"ın əsas qəhrəmanları - beş dostun bədii obrazları ordumuzun qəhrəman əsgərlərinin real xarakterinə çox yaxındır. Və belədə, Qarabağ uğrunda döyüşlərin real və bədii təfəkkür birləşməsi sənədliliyin bədiiliklə birgəliyinə zəmin yaradır.

Xüsusi vurğulamaq istərdim ki, rolların ifaçıları - Qarabağ döyüşlərinin xarakterini, Vətənə, millətə sevgisini peşəkarlıqla ortaya qoyurlar. Və bu məqamda rolların əsas ifaçıları - Elçin Məmiyevin, Anar Şuşalının, Vaqif Kərimovun, Əliqulu Səmədovun, Lətifə xanım Əliyevanın, Flora Hüseynovanın, Fidan Axundovanın və digərlərinin peşəkarlıq səviyyəsini xüsusi vurğulamaq lazımdır.

Filmin sonunda tamaşaçı Qarabağ döyüşlərində cəsarətlə vuruşan beş dostu qəhrəman əsgərlərimizin, kəşfiyyatçılarımızın ümumiləşdirilmiş obrazları kimi qəbul edir. Beş dostun rollarında olan Elçin Məmiyev, Rövşən Kərimduxt, Habil Xanlarov, Rauf Ağakişiyev, Ümid Abbas yüksək peşəkarlıq və özlərinə məxsus xarizmaları, empatiyaları ilə tamaşaçının rəğbətini qazanmışlar. Müzəffər ordumuz, onun əsgərləri döyüşdə heç nədən qorxmadan vandal düşmənin sonuna yetdilər. Filmdəki beş dost - müharibənin gedişində çox vacib bir fakt olan kəşfiyyatçılar ən qorxulu yerlərdən keçib döyüşən əsgərlərimizin komandanlığına dəqiq informasiyalar ötürürlər. Onlar bu informasiyaları bəzən düşmənin lap gözünün önündən əldə edirlər ki, bu da qəhrəman əsgərlərimizin reallıqlarından biridir. Filmin uğurlu alınmasında ssenari, rejissor işi nə qədər vacib keyfiyyət olsa da, aktyor peşəkarlığı bu faktorlardan heç də geri qalmır.

Filmin kompozisiyası ustalıqla qurulub. Filmin lap əvvəlində öz kəşfiyyatçı vəzifələrini yerinə yetirmək üçün avtobusda hərbi hissəyə yollanan beş dostun xarakteri elə bu andan başlayaraq filmin sonunda düşmənin murdar bayrağını külə döndərib yerində Azərbaycan bayrağını dalğalandıran aktyorların bizə təlqin etdikləri Vətən sevgisi birə-beş artaraq milyonların amalına çevrilir. "Beşatılan"ın əsas məqsədi isə bu amaldan ibarətdir.

Cahangir MƏMMƏDLİ

BDU Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının müdiri, filologiya elmləri doktoru, professor




Baxış sayı: 1 082
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30