FACT-INFO.AZ » CƏMİYYƏT » Hadrut əməliyyatı həm strateji, həm də mənəvi-psixoloji baxımdan böyük əhəmiyyət kəsb edirdi - Kamaləddin Qafarov
13-10-2021, 08:35 | CƏMİYYƏT
Hadrut əməliyyatı həm strateji, həm də mənəvi-psixoloji baxımdan böyük əhəmiyyət kəsb edirdi - Kamaləddin Qafarov

Bu sözləri mətbuata verdiyi açıqlamada Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev Hadrut qəsəbəsində yeni məscidin təməlini qoymaqla Azərbaycan xalqının özünün milli və dini dəyərlərinə hər zaman xüsusi ehtiramla yanaşdığını bir daha təsdiq edib: “Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həqiqətən də möhtəşəm bərpa-quruculuq işləri həyata keçirilməkdədir. Erməni işğalı dövründə tamamilə dağıdılmış, yerlə yeksan edilmiş şəhərlərimiz, qəsəbə və kəndlərimiz yenidən qurulur, bu torpaqlara həyat təkrar qayıdır. Artıq məlumdur ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində yeni salınan kəndlər ən müasir texnologiyaların tətbiqi ilə qurulacaq. Ağıllı kənd və qəsəbələr artıq sadəcə bir layihə deyil, kommunikasiya və infrastrukturları qurulan, gerçək simaları sürətlə formalaşdırılan real yaşayış məskənləridir. Əlbəttə ki, bu ərazilər tezliklə məskunlaşdırılacaq, insanlarımız öz dədə-baba yurdlarına qayıdacaqlar. Azərbaycan xalqı yeniliyə, müasirliyə açıq olduğu qədər öz tarixinə, adət-ənənələrinə, milli və dini dəyərlərinə də son dərəcə bağlılığı ilə seçilən bir xalqdır. Məhz bu baxımdan Prezident İlham Əliyevin oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə etdiyi səfər çərçivəsində yerli əhali üçün inşa ediləcək məscidin təməlini qoyması xüsusi əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndirilməlidir. Eyni vaxtda 250 nəfərin ibadəti üçün nəzərdə tutulan məscidin ikinci mərtəbəsində qadınların ibadət otağı yerləşəcək. Məscidin fasadında xüsusi bəzək elementlərindən istifadə olunacaq. Maraqlıdır ki, Vətən müharibəsi başa çatandan dərhal sonra artıq bəzi Qərb dövlət liderləri Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri ilə bağlı məsələ qaldırırdılar. Onları guya ki, bu məbədlərin aqibəti narahat edirdi. Əlbəttə ki, belə davranış daha çox xristian məbədlərinə dair narahatlıqdan deyil, öz cəmiyyətlərində və dünyada islamofob hissləri qızışdırmaq məqsədilə sərgilənirdi. Prezident İlham Əliyevin öz çıxışlarında dediyi kimi, bu kimi məsələ qaldıranlar çox zaman müsəlman məbədlərinin talan və təhqir edilməsinə, dağıdılmasına göz yuman və hətta bu əməlləri törədənlərə bəraət qazandıranlar olublar. Onların qaldıırdıqları məsələlər barədə danışmağa ümumiyyətlə haqqları yoxdur. Azərbaycan dövləti, Azərbaycan xalqı hər zaman ölkəmizin ərazisində olan bütün məbədləri tarixi sərvətimiz hesab edib. Bundan sonra da bütün dini konfessiyaların nümayəndələri ölkəmizdə dostluq, qardaşlıq şəraitində yaşayacaqlar.”

Kamaləddin Qafarov Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastruktur layihələrinin icrasının müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayaraq bunları deyib: “Bu gün işğaldan azad edilmiş ərazilərimizdə gedən bərpa-quruculuq işlərinin yüksək səviyyədə icrası, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafı baxımından həmin ərazilərdə həyata keçirilən yol-infrastruktur layihələrinin icrası müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan Ölkə Prezidentinin oktyabrın 9-da Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işlərinin gedişi ilə tanış olması da bir daha bu işlərin dövlət tərəfindən xüsusi diqqət mərkəzində saxlandığını göstərir. Xüsusilə Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun öz başlanğıcını Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməsi Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun əhəmiyyətini daha da artırır. Məlumat verildiyi kimi, yolun uzunluğu 39,7 kilometrdir. Yol 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilir. Hazırda bu yolda torpaq işləri və qurğuların inşası prosesi gedir. Bundan əlavə, yol boyunca 7 yeni avtomobil körpüsünün inşası davam edir. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq. Görülən işlərə paralel olaraq, tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri də aparılır. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək. Həmçinin layihəyə görə, Füzuli-Hadrut avtomobil yolu da öz başlanğıcını Zəfər yolundan götürməklə Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşəcək. Bundan əlavə, hazırda uzunluğu 18 kilometr olan Tuğ-Hadrut avtomobil yolunun da tikintisi davam edir.”

Kamaləddin Qafarov Vətən müharibəsinin gedişində Hadrut əməliyyatının həm strateji, həm də mənəvi-psixoloji baxımdan çox böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, məhz bu səbəbdən Ermənistan hökumətinin bir müddət öz xalqını Hadrutun onların nəzarətində qalması ilə bağlı yalanlarla aldatmağa çalışdığını vurğulayıb: “Ölkə Prezidenti cənab İlham Əliyevin oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı etdiyi çıxışında dediyi kimi, Hadrut əməliyyatı ilə bağlı Ermənistan mətbuatında yalan informasiyalar kifayət qədər çox idi. Biz artıq Hadrutun ətrafında yerləşən bütün dağları işğalçılardan təmizləyəndən sonra aydın oldu ki, qəsəbənin götürülməsi, sadəcə olaraq, müəyyən zaman tələb edir. Azərbaycan məhz az itkilərlə qəsəbəni götürmək əzmində idi və ordumuz buna da nail oldu. Ermənistan rəhbərliyi və Ermənistan Müdafiə Nazirliyi isə həmin vaxt bəyan edirdi ki, Hadrut ermənilərin əlindədir. Guya ki, onlar növbəti dəfə taktiki geriləmə ediblər və indi Hadruta qayıdıblar, Azərbaycan əsgərlərini Hadrutdan çıxarıblar. Halbuki, açıq-aydın idi ki, Hadrut artıq bizdədir. Yalnız Ali Baş Komandanın əmri ilə Hadrutda Azərbaycan bayrağı qaldırıldıqdan sonra artıq Ermənistan rəsmi təbliğatı etiraf etdi ki, Hadrut Azərbaycan Ordusunun nəzarətindədir. Bu, bir daha onu göstərir ki, Ermənistanın təbliğatı da, tarixi də, keçmişi də, dövlətçiliyi də saxtadır və tamamən yalanlar və uydurmalar üzərində qurulub.”




Baxış sayı: 1 301
“İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Bu gün, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Bu gün, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Bu gün, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031