Fact-info.az APA-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "1-ci Alman-Azərbaycan Dayanıqlılıq Forumu 2021" tədbirində çıxış edən "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədrinin müavini Rafiq Aslanov deyib. Onun sözlərinə görə, gələn ilin sonunda bu anbarlarda bütün təmir-bərpa işləri başa çatacaq və həmin sulardan tam şəkildə istifadə olunacaq.
"Hazırda Qarabağ və Şərqi Zəngəzurda 618 mln. kubmetr tutumu olan 9 su anbarı mövcuddur. Təkcə Suqovuşan su anbarından 183 mln. kubmetr su götürülüb. Aşağı köndələn su anbarından təqribən 5 mln. kubmetr su götürülüb. Ağdam rayonu ərazisində Xaçınçay su anbarı mövcuddur ki, oradan da 4 mln. kubmetrə yaxın sudan istifadə olunub. Qeyd olunan anbarlarda bərpa işləri aparılmalıdır ki, bununla bağlı yaxın günlərdə tender elan olunacaq", - deyə R. Aslanov qeyd edib.
Baxış sayı: 836
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

