Layihə çərçivəsində 44 gün ərzində Reza Deqati Qarabağda çəkdiyi fotolar haqqında hekayələrini danışacaq, həmçinin onun çəkdiyi şəkillər təqdim ediləcək.
Süjetlərdən birində Reza Deqati işğaldan azad edilən əraziləri qoruyan Azərbaycan əsgərindən qürur duyduğunu söyləyir. Tamaşaçılar Murovdağda dayanan Azərbaycan əsgərinin qorxmaz, cəsur obrazı ilə tanış olurlar.
Başqa bir süjetdə isə dünya şöhrətli fotoqraf deyir: “Ermənilər bir vaxt “Ohanyan səddi” ilə çox öyünürdülər. Guya dünyada indiyə qədər belə güclü istehkam olmayıb. Yerə də çoxlu minalar basdırmışdılar. Özlərini də günə verib yatırdılar ki, onlara heç nə olmayacaq. Onda ayıldılar ki, PUA-lar alıb başlarının üstünü. Gözləri göydə qaldı. Azərbaycan əsgəri onların 30 ildə qurduğunu bir həmləyə dağıdıb keçdi. Qalan bir əyri dirəklər oldu, bir də paslı məftillər”.
Layihə çərçivəsində təqdim edilən digər bir süjetdə topçu olmağın çətinliyi, bu sahədə dəqiq və sərrast olmağın, atəşin təzyiqinə tab gətirməyin vacibliyi bildirilir. Topçunun və əsgərin şücaətinin məqamlarını fotolara həkk etmək isə Reza Deqati üçün çox önəmlidir.
Layihə ilə bağlı süjetləri bu linklərdən izləmək olar: https://www.youtube.com/watch?v=YA2E9Bz-kSQ
https://www.youtube.com/watch?v=bRGYmi566Bw
https://www.youtube.com/watch?v=Vsez_GQbeLs
Baxış sayı: 944
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

