FACT-INFO.AZ » AKTUAL » Dastan-rəvayətlərdə yaşayan Dədə Ələsgər
1-10-2021, 07:20 | AKTUAL
Dastan-rəvayətlərdə yaşayan Dədə Ələsgər

XIX əsr aşıq yaradıcılığının ustadlarından olan Aşıq Ələsgər ozan-aşıq sənətinin inkişafında müstəsna xidmətləri ilə sayılıb-seçilən şəxsiyyətlərdəndir. İndiyədək ustad aşığın 150 və 175 illiyi Azərbaycanda dövlət səviyyəsində və geniş şəkildə qeyd olunub. Ümummilli lider Heydər Əliyev bu istiqamətdə də müstəsna fəaliyyət göstərib və onun tarixi xidmətləri sonrakı onilliklər üçün örnəkdir. Ulu öndərin bu ənənəsinin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi ilə bağlı bu ilin 18 fevralında Sərəncam imzaladı.

Sərəncam əsasında Azərbaycan Mədəniyyət Nazirliyi, Milli Elmlər Akademiyası, Azərbaycan Aşıqlar Birliyi, Azərbaycan Təhsil Nazirliyi səviyyəsində gərəkli işlər görülməkdədir. AMEA Ədəbiyyat İnstitutu ilə Aşıqlar Birliyinin birgə nəşrə hazırladığı "Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər" (Bakı, Aşıqlar Birliyi, 2021, 400 s.) kitabı ustadın anadan olmasının 20 illiyinə dəyərli töhfədir. Toplama-tərtibin elmi məsləhətçisi AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Əməkdar elm xadimi, akademik İ.Həbibbəyli, hazırlayanlar Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor M.Qasımlı, filologiya elmləri doktoru, professor M.Allahmanlı, filologiya üzrə fəlsəfə doktoru, dosent A.Xəlilova, redaktoru filologiya üzrə fəlsəfə doktoru A.Məmmədlidir.

Dədə Qorquddan üzü bəri gələn ənənəni daha da ucaldan Aşıq Ələsgər öz poetik irsi ilə əbədiyaşarlıq qazanıb. "Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər" kitabına ön söz yazmış Əməkdar elm xadimi, professor M.Qasımlı və professor M.Allahmanlı ustadın yaradıcılığının incəliklərinə xüsusi elmi həssaslıqla yanaşaraq, bu barədə qiymətli fikirlər qələmə alıblar. "XIX əsrin tarixi-mədəni axarında bir dədəlik və ali mərtəbə meyarı olaraq özünün zirvə məqamına yüksəlir. Onun ömür yolu, sənət həyatı, yaratdığı misilsiz poetik örnəklər, eləcə də öz dönəmində və özündən sonra tarixi gedişatda oynadığı tarixi rol həqiqətən də heyrət doğuracaq qədər zəngin və cahanşümuldur. O, özünün zəngin poetik irsi ilə Azərbaycan aşıq sənətinin tarixi kimlik göstəricisi statusunu qazanmışdır". Ustad haqqında yaranan dastan-rəvayətlər də məhz bu böyüklüyə sevgidən doğub. Həmin dastan-rəvayətlərin, söyləmələrin qaynağında da dədə sənətkarın əvəzsiz söz xəzinəsi, məclis ədəb-ərkanı, "mərifət elmində kamil" olması, "kəlməsindən ləlü-gövhər süzülməsi" dayanır.

Onun şeirlərinin mühüm bir qismi ustadın qarşılaşdığı hansısa hadisə, əhvalatla bağlı olmuş, təbii axarda meydana gəlmişdi. Həmin əhvalat isə şeirin bədii dəyərini, ekspressivliyini, poetik məna qatını daha da artırır. Bədii mətnin arxasında dayanan hadisə, əhvalat isə unudulsa da, onun özü dillər əzbərinə çevrilib. Xalq ədəbiyyatı bilicilərinin çox az bir qismi həmin hadisəni yaddaşında qoruyaraq saxlayıb. Bədii mətnlə onun arxasında dayanan əhvalatın birgə söylənməsi ona əlavə çalar qatır. Aşıq Ələsgər şeirlərinin də müəyyən bir qismi bu xüsusiyyəti ilə daha çox səciyyəvilik qazanır. Ustadla bağlı yaranmış dastan-rəvayətlərdə bu, bütün tərəfləri ilə özünü göstərə bilmək gücündə görünür.

"Ələsgərlə Səhnəbanı", "Aşıq Ələsgər və Növrəs İman", "Aşıq Ələsgərin Türkiyə səfəri", "Aşıq Ələsgərin yaylaq səfəri", "Aşıq Ələsgərin Qaraqoyunlu səfəri", "Aşıq Ələsgərlə Dəli Alı", "Aşıq Ələsgər Yanşaqda", "Aşıq Ələsgərlə Həcər xanım", "Aşıq Ələsgərlə Aşıq Nəsibin əhvalatı", "Aşıq Ələsgərlə Şəmkirli Aşıq Hüseynin görüşü", "Aşıq Ələsgərlə Mir Məcid ağanın görüşü", "Aşıq Ələsgərin Qarabağ səfəri", "Aşıq Ələsgərin Şəril səfəri", "Aşıq Ələsgərin Gəncə səfəri", "Aşıq Ələsgərin İrəvan səfəri", "Aşıq Ələsgərin Qılışlı səfəri", "Aşıq Ələsgərin Şınıq səfəri", "Bəşirin Molla Rəhimi vurması", "Aşığın qocalığı", "Dəyirmançı aşıq", "Aşıq Şenliklə Aşıq Ələsgərin görüşü" və başqa dastan-rəvayətlər dədə sənətkarın dövrü, mühiti, ailə çevrəsi, qarşılaşdığı tipik hadisələr, şəxsiyyəti, ədəb-ərkanı, olacaqlara münasibəti haqqında dolğun təsəvvür yarada bilmək imkanları ilə nəzər-diqqəti cəlb edir. "Pərvazlanıb Qafdan-Qafa uçardın, Keçən günü yada sal, qoca baxtım" deyən el sənətkarının hər misrasında, hər bəndində həyatının müxtəlif an və məqamları yer alır. Daha doğrusu, bu nümunələrdə Aşıq Ələsgərin acılı-şirinli həyat hekayətləri əksini tapır. Haqqında yaranan söyləmələr, dastan-rəvayətlər bunun bariz örnəyi kimi əvəzsizlik qazanır. M.Qasımlı və M.Allahmanlı da məhz bu məqamlara xüsusi diqqət yetirirlər. "Aşıq Ələsgərlə bağlı dastan və rəvayətlər də məhz ustadın həyatının bir hissəsi olub ömür yolunu, yaradıcılığının ümumi mənzərəsini aydınlaşdırmaq üçün əsaslı material verə bilmək xüsusiyyəti ilə diqqət önünə gəlir. Bununla belə, folklor üçün səciyyəvi olan epik təxəyyül imkanlarını, xalqın arzu və istəklərindən doğan səfər hadisələrini və həmin coğrafiyalarda rast gəlinə biləcək sənət qarşılaşmalarını da nəzərə almaq lazımdır".

XIX əsr yüksək sənət istedadı ilə seçilən bir-birindən maraqlı ustadların yaşayıb fəaliyyət göstərdiyi dövrdür. Aşıq Alı, Şair Məmmədhüseyn, Şəmkirli Aşıq Hüseyn, Molla Cuma, Aşıq Şenlik, Aşıq Nəsib, Aşıq Musa (Ağkilsəli), Aşıq Nəcəf, Aşıq Hüseyn Bozalqanlı, Şişqayalı Aydın, Aşıq Əsəd, Növrəs İman kimi zəngin söz, sənət adamları tarixi-mədəni axara öz töhfələrini vermişlər. Onların mühüm bir qisminin Aşıq Ələsgərlə bağlantıları olmuş və sənət meydanında birgə çalıb-çağırmışlar. Digər bir qismi ilə ulu sənətkar şəxsən qarşılaşmamışdı. Ancaq sonrakı çağların el sənətkarları təxəyyül hadisəsi olaraq onları görüşdürmüş, adlarına dastan-rəvayətlər düzüb qoşmuşlar. "Aşıq Ələsgərlə Şəmkirli Aşıq Hüseynin görüşü", "Aşıq Ələsgər və Növrəs İman", "Aşıq Ələsgərlə Aşıq Nəsibin əhvalatı", "Aşıq Ələsgərlə Aşıq Hüseyn Bozalqanlının görüşü" və digərləri ustadın sənət bağlantılarını, dövrünün aşıqları ilə əlaqə və təmaslarını aydınlaşdırmaq üçün əsaslı faktlarla səciyyələnir. Məsələn, "Aşıq Ələsgərlə Aşıq Hüseyn Bozalqanlının görüşü"ndə ustad nəsihəti, ustad sözü baxımından tipik bir epizod var. "Amma bir nəsihətimi heç vaxt unutmayın. Orda bir məşhur aşıq var. Aşıq Hüseyn Bozalqanlıdı. Yəqin eşitməmiş olmazsınız. Onun çox yaxşı söz demək qabiliyyəti var. Söz demək qabiliyyəti yaxşı olan adamın öz qabiliyyəti də yaxşı olar. Heyif, hələ görməmişəm üzünü. Amma haqqında çox eşitmişəm, sözlərini çox deyiblər. İndi ki, gedirsiniz, uğur olsun, gedin. Amma Aşıq Hüseyni taparsınız. Ondan icazə almamış sazlarınızı köynəkdən çıxarmayın. Onu çox təmkinli, ağıllı adam söyləyirlər. Bilirəm ki, elə, belə də olar. Öz qabiliyyətinə görə sizə bir plan çəkəcək. Sizi kəndlərnən, mahallarnan tanış edəcək. Çox yerlərə aparacaq. Ağır olun, batman gəlin. Gözünüzü tox tutun. Onun sözüynən oturun, sözüynən durun". Göründüyü kimi, bu təfsilat təkcə Aşıq Ələsgərin şagirdlərinə öyüd-nəsihəti deyil, bütünlükdə aşıq sənətindən, ustadların ədəb-ərkanından gələn bir mənəviyyat, əxlaq örnəyidir. Ustadlar öz şagirdlərini bu dəyərlər üzərində yetişdirmək yolunu tutmuşlar. Xalq arasında bunun kifayət qədər tipik nümunələri vardır. Məsələn, Aşıq Ələsgərlə ustadı Aşıq Alının deyişməsi timsalında olan əhvalat tərbiyəvi mahiyyəti ilə diqqətçəkicidir. Deyişmənin necə və hansı şəraitdə getməsi ilə bağlı əlimizdə tam təfsilat yoxdur. Ancaq söyləmələr, eləcə də Aşıq Ələsgərin "Bir şagird ki, ustadına kəm baxa, Onun gözlərinə ağ damar-damar" tərbiyəvi məzmunu ilə əvəzsizdir. Xalq məsəli səviyyəsində dillər əzbərinə çevrilmiş bir deyimdir.

Aşıq Ələsgərlə bağlı yaranan dastan-rəvayətlər informasiya zənginliyi ilə də diqqəti cəlb edir. Ustadın sənət bağlantılarını, dünyagörüşünü, həyatının ən səciyyəvi məqamlarını, ailə vəziyyətini, sosial çevrənin sənətə, sənətkara sonsuz sevgisini, etnosun məişət qayğılarını, elat həyat tərzinin qaynarlığını öyrənmək baxımından əvəzsizdir. "Aşıq Ələsgərin Qarabağ səfəri", "Aşıq Ələsgərin Şəril səfəri", "Aşıq Ələsgərin Gəncə səfəri", "Aşıq Ələsgərin İrəvan səfəri", "Aşıq Ələsgərin Qılışlı səfəri", "Aşıq Ələsgərin Şınıq səfəri", "Aşıq Ələsgərin Türkiyə səfəri", "Aşıq Ələsgərin yaylaq səfəri", "Aşıq Ələsgərin Qaraqoyunlu səfəri", "Aşıq Ələsgərlə Dəli Alı", "Aşıq Ələsgər Yanşaqda", "Aşıq Ələsgərlə Həcər xanım" kimi dastan-rəvayətlər hər birisi ustadla bağlı bir maraqlı hadisə və əhvalatı gələcəyə daşımaq məramına köklənir. Saysız-hesabsız məclislər aparmış sənətkar Azərbaycanın ayrı-ayrı mahallarını gəzib dolaşıb və sazı-sözü, məclis ədəb-ərkanı ilə dillərdə dastan olub. Bu səfərlərdə həm də müxtəlif hadisə və əhvalatlara şahidlik edib. Ustadın Qarabağ, Naxçıvan, Gəncə, İrəvan, Şınıq, Türkiyə, Qaraqoyunlu, Yanşaq və başqa ərazilərə səfərlərilə bağlı yaranan dastan-rəvayətlər bir istiqamətdə aşığın həyatının ayrı-ayrı maraqlı cizgilərini əks etdirirsə, digər baxımdan xalqın sənətə və sənətkara olan rəğbətini özündə daşıyır. Çünki bu səfərlər həmin mühiti öyrənmək və bağlantıları aydınlaşdırmaq baxımından gərəkli qaynaqdır. Məsələn, "Aşıq Ələsgərin yaylaq səfəri"ndə elat həyat tərzi, dağ-aran köçləri, toy-nişan adət-ənənələri haqqında maraq doğuracaq informasiya yer alır: "Qarabağ camaatı yayda Qonur, Söyüdlü, Göllər yaylağına çıxırdı. Payız gələnə qədər bu dağların cah-cəlalı dillə deyiləsi olmurdu. Hansı dərəyə baxsan, elə bil, bir kənd vardı; alaçıq alaçığa söykənirdi. Gecələr səhərə qədər toy səsi, saz səsi, aşıq səsi dağları başına götürürdü. Çoxları xeyir işlərini yaylaqda keçirirdi. Buranın camaatı Aşıq Ələsgəri çox yaxşı tanıyırdı. İstər aranda, istərsə də yaylaqda toy eləyəndə çox zaman Aşıq Ələsgəri aparırdılar. Əgər Aşıq Ələsgəri tapa bilməsəydilər, özgə aşıq çağırırdılar". Ümumiyyətlə, dastan-rəvayətlər dövrün, mühitin problemlərini, məişət mənzərəsini, qayğılarını, mərasim ənənələrini, etnik mədəniyyət təsəvvürlərini aydınlaşdırmaq baxımından mühüm qaynaqdır. Aşıq Ələsgərlə bağlı əhvalat və hekayətlərdə də bu, tam aydınlıqla özünü göstərir. Burada ulu sənətkarın bağlantıları, ustad kimi formalaşdırdığı təsəvvür, qarşılaşdığı hadisələr, baş vermiş olacaqlar əhvalat səviyyəsində yaşarılıq qazanır. "Aşıq Ələsgərlə Mir Məcid ağanın görüşü", "Bəşirin Molla Rəhimi vurması", "Aşığın qocalığı", "Dəyirmançı aşıq", "Aşıq Şenliklə Aşıq Ələsgərin görüşü" bunun parlaq örnəkləridir.

Qüdrət UMUDLU

Filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Pedaqoji Universiteti




Baxış sayı: 731
US Foreign Policy Association highlights environmental consequences of colonial exploitation of France and other European countries Dünən, 21:00 “YAŞAT” Fondu şəhid övladları üçün “Bir uşaq - bir gələcək” layihəsinə başlayıb Dünən, 20:00 Türkiyədə “Şirvanşahların minilliyi” kitabının təqdimatı keçirilib Dünən, 17:30 Azərbaycan COP29 konfransını qlobal ortaq yanaşma platformasına çevirə bildi Dünən, 15:00 3300-dən çox namizəd dövlət qulluğu vəzifələri üzrə imtahan verəcək Dünən, 11:30 Ermənistan beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozub Dünən, 11:00 Azərbaycanın dahi şair və mütəfəkkirinin yubileyi Vyanada qeyd edilib Dünən, 11:00 Böyük Qayıdış: tarixi yaddaşın bərpasında maddi-mədəni irsin rolu və əhəmiyyəti Dünən, 10:00 Zelenski: Ukrayna NATO-dan yeni tip raketləri vura bilən hava hücumundan müdafiə sistemlərini alacağına ümid edir Dünən, 10:00 Polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsi qaziləri ilə görüşüb 27-11-2024, 20:00 COP29-da əldə olunan razılaşma Britaniyanın maraqlarına tam cavab verir 27-11-2024, 19:00 TDT-yə üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri bir araya gəliblər 27-11-2024, 13:30 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydalarına dəyişiklik edilib 27-11-2024, 11:00 Azərbaycan kəlağayısının UNESCO-nun siyahısına daxil edilməsinin 10 illiyi qeyd olunub 27-11-2024, 10:30 ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə razılaşıb 27-11-2024, 10:00 Moldovanın Aİ-yə üzv olmaq üçün real şansı var 27-11-2024, 09:30 “Azərbaycan kəlağayısı günü” 27-11-2024, 09:30 Özbəkistanda Türk dünyasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib 26-11-2024, 15:30 "Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər 26-11-2024, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib 26-11-2024, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub 26-11-2024, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq 26-11-2024, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir 26-11-2024, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib 26-11-2024, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib 26-11-2024, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” 25-11-2024, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır 25-11-2024, 14:00 Kəlbəcər - alınmaz qalamız 25-11-2024, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir 25-11-2024, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır 25-11-2024, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930