İclası açan Baş nazir Əli Əsədov 2020-ci ilin düşmən üzərində parlaq Qələbə nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə əlamətdar olduğunu bildirdi. 44 günlük Vətən Müharibəsinin dövlət başçımızın rəhbərliyi, sərkərdəlik məharəti, xalqın Prezidentə birmənalı dəstəyi və onun ətrafında sıx birləşməsi, Azərbaycan Ordusunun rəşadəti və yüksək döyüş qabiliyyəti nəticəsində təmin edildiyi xüsusi vurğulanıb.
Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işlərinin aparılması, müasir iqtisadi sahələrin yaradılması, infrastrukturun qurulması, əsas fəaliyyət sahələri kimi, kənd təsərrüfatı, turizmin formalaşdırılması, regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpası istiqamətində işlər ən əsas prioritetlər sırasındadır və bu məsələ gələn ilin dövlət büdcəsində öz əksini tapıb.
Qeyd edilib ki, 2022-ci ildə ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika və silah-sursatla təchizatı, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi, müdafiə sənayesinin təkmilləşdirilməsi və digər tədbirlər üçün maliyyə təminatının yaradılması əsas prioritet xərc istiqamətlərindən biri olacaq.
Baxış sayı: 733
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

