FACT-INFO.AZ » XƏBƏR » Dünyaya örnək olan Azərbaycan təcrübəsi
3-09-2021, 13:05 | XƏBƏR
Dünyaya örnək olan Azərbaycan təcrübəsi

Bu sindrom Ermənistanın faktiki olaraq uçuruma aparılmasına, böhrana və müstəqilliyinin asılı vəziyyətə salınmasına düçar edən acı sonluqla nəticələnməsini qaçılmaz etmişdir. Həqiqət isə budur ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması kimi əzab-əziyyət nə qədər davam etdisə, Ermənistanın müstəmləkəçiliyin qurbanına çevrilməsi bir o qədər dərinləşdi.

Bunu Milli Məclisin deputatı Əminə Ağazadə deyib.

Deputatın qeyd edib: “Azərbaycanın atdığı addımların, əslində, regionu belə siyasi riyakarlığın, zərərli ideologiyanın təsirindən xilas etmək siyasətinə söykəndiyi qarşı tərəfin havadarlarına o zaman agah oldu ki, artıq Ermənistan bütün beynəlxalq, regional layihələrdən təcrid edilib, iqtisadi cəhətdən sarsılıb, çökməyə məruz qalıb. Açıq-aşkardır ki, Azərbaycanın çox ağıllı və düşünülmüş, balanslaşdırılmış siyasi kursu Ermənistanda fəaliyyət göstərən xunta rejiminin iflasını qaçılmaz etmişdir. Bu siyasət heç də təsadüfün nəticəsi deyil, siyasi məharətin və mütərəqqi baxışların reallıqdan doğan təzahürü idi. Ölkəmizin irəli sürdüyü mütərəqqi təşəbbüsləri Ermənistanın dərk etməməsi, aqressiv mövqeyi, siyasi naşılığı Azərbaycanın bölgədə yeni reallıqları bərqərar etməsi ilə bağlı iradəsini ortaya qoymasına zərurət yaratdı. Neçə illərdir Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi öz təşəbbüsləri ilə BMT Baş Assambleyasının iclaslarında, digər çoxsaylı beynəlxalq tədbirlərdə dünyanın millətçilik və işğalçılıq meyillərindən imtina edib yeni dünya nizamında ədalətin, bərabərliyin, insan haqlarının, demokratiyanın tərəfdarlarını sözdən əməli işə çağırırdı. Çox təəssüflər olsun ki, beynəlxalq siyasətin söz sahiblərinin milyonlarla insanların taleyinə, tapdanmış hüquqlarına münasibəti “qara qüvvələrin” əlində vasitəyə çevrilərək idarə olunması özünü göstərdi”.

Əminə Ağazadə bildirib ki, beynəlxalq güc mərkəzlərinin fəaliyyətinə olan inamın itməsi təbiidir. Tam elmi əsaslıdır ki, Azərbaycanın belə həssas məqamda bəşəriyyətin taleyinə yanaşma konsepsiyası birmənalı olaraq yeni reallıqların bərqərar olması üçün həm stimul, həm də zərurətdir. Bir faktı qeyd etmək yerinə düşür ki, Vətən müharibəsinin nəticələrindən sonra işğaldan azad olunmuş ərazilərdə 30 ilə yaxın hökm sürmüş acınacaqlı vəziyyət vandalizmin və erməni vəhşiliklərinin analoqunun olmadığını göstərir. Bəs belə özbaşınalığa göz yumulmasının izahı hansı anlama gəlir? Deməli, erməni faşizmi və onların havadarlarının dünyanı hansı fəlakətlərlə üz-üzə qoyması faktı açıqca görünən həqiqətlərdir. Müharibədən sonra terrorçu, təxribatçı hərəkətlərə cəhdlər isə Ermənistanı yenə də faciəyə düçar edən təfəkkürdən ayılmamasının göstəricisindən başqa bir şey deyil. Bu gün Azərbaycan ictimaiyyətində və xarici dövlətlərin bəzi dairələrində səslənən Azərbaycanın Vətən müharibəsindəki hərbi-geosiyasi-ideoloji gücünə dair təhlillərin mahiyyət baxımından hələ uzun illər müzakirə obyekti olacağı tam əsaslıdır. Lakin bu proses mahiyyət və nəticə baxımından dəqiq və əsaslı qənaətlərin olmasını tələb edir. Məsələn, bir sıra revanşist dairələrin “Dağlıq Qarabağın statusu tam olaraq müəyyənləşmədən bu müharibə heç vaxt bitməz” kimi iddiaları köhnə xülyalara söykənir. Belə yanaşma aydın məsələdir ki, münaqişə haqqında uzun illər formalaşan “nə sülh, nə müharibə” formatının təsiri altına düşməyin təzahürüdür. Azərbaycanın ərazi bütövlüyünə qarşı edilən cəhdlər Azərbaycanın iradəsi ilə heç vaxt müzakirə mövzusu olmayıb. Azərbaycan dünyaya isbat etdi ki, xalqın mövcudluğu onun Vətən təəssübkeşliyindən bilavasitə asılıdır və xalqlar bu həqiqətdən doğan nicat yolunu tutmalıdır. Ötən 30 ildə Azərbaycanın apardığı balanslaşdırılmış siyasət onu göstərdi ki, həyata keçirilən beynəlxalq layihələr, iqtisadi-siyasi əməkdaşlıq kursu xalqların inteqrasiyası üçün elə bir doğru yoldur ki, onların milli inkişafını şərtləndirən mühüm amildir”.

Azərbaycanın öz mövqeyində xalqların müqəddəratlarının önəmini tolerant və multikulturalizm ənənələrində artıq təsdiq edən dövlətlərdən biri olduğunu söyləyən deputat deyib: “Bu gün Azərbaycanın dünyaya örnək olan təcrübəsini öyrənmək və tətbiq etmək mütərəqqi konsepsiya kimi çox önəm kəsb edir. Bu siyasətin kökündə dayanan birgəyaşayışın inkişaf üçün yeganə düzgün yol olduğunu inkar etmək mümkün deyil. Ona görə də Ermənistanın işğalçı timsalında Qafqaz regionunda münaqişənin həll olunmamasında maraqlı dövlətlərin fəaliyyətsizliyi və onun acı nəticələrini bir çox dünya dövlətləri etiraf etməkdə və onu qınaq obyektinə çevirməkdə tam haqlıdırlar”.




Baxış sayı: 706
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30