FACT-INFO.AZ » XƏBƏR » Nağdəli Zamanov: “Ümummlli lider Heydər Əliyev bütün zamanların fövqündə duran şəxsiyyət idi”
12-06-2021, 10:05 | XƏBƏR
Nağdəli Zamanov: “Ümummlli lider Heydər Əliyev bütün zamanların fövqündə duran şəxsiyyət idi”

Həmin dövrdə dahi şəxsiyyətin dönüşündən sonra Azərbaycan dövlətçiliyi böyük fəlakətlərdən xilas olaraq inkişaf yoluna qədəm qoydu. Heydər Əliyev böyük siyasət və dövlətçilik memarı olaraq Azərbaycanın strateji hədəflərinin, inkişaf istiqamətlərini çox dəqiqliklə, peşəkarcasına müəyyən etdi. Məhz indi davam edən inkişaf tendensiyası Heydər Əliyevin müəyyən etdiyi yolun davamldır. O, böyük şəxsiyyət bu yolla bütün sahələrə töhfə verdi. Ümummlli lider Heydər Əliyevin nitq mədəniyyətini tədqiq edən, “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” monoqrafiyasının və bir sıra kitabların müəllifi Azərbaycan Tibb Universitetinin dosenti Nağdəli Zamanovun yazısını Fact-info.az saytı təqdim edir.

2009-cu ildən etibarən Ulu öndər Heydər Əliyevin nitqinin araşdırılması ilə məşğul oluram. 2017-ci ildə AMEA Dilçilik İnstiutunun Elmi şurasında elmlər doktorluğu hazırlığı üzrə elmi iş "Heydər Əliyev nitqinin arxitektonikası, ekspressivliyi və üslubi-qrammatik xüsusiyyətləri" mövzusu təsdiqlənmişdir. Mövzu AMEA humanitar bölmədə, eləcə də filologiya sahəsində koordinasiya şurasında yekdilliklə öz təsdiqini tapmışdır. Keçən müddət ərzində 50-dən yuxarı məqalə vətən və xarici elmi jurnallarda nəşr olunaraq mövzunu əhatə etmişdir

“Ölkə Prezidenti İlham Əliyevin AMEA-nın 70 illiyində söylədiyi çıxış gözəl nitq nümunələrindən biridir. Bu nitqdə öncə dilimizin qiyməti, rolu auditoriya üçün aydınlaşdırılır. Prezident dillə bağlı narahatlığını bildirir, dilə münasibətdə ciddi mövqe açıqlayır, ana dilimizə olan sonsuz sevgisini ortaya qoyur: “Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Ona görə, bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da çox narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq, ilk növbədə, öz ana dilini bilməlidirlər. Digər tərəfdən, imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun. Buna ehtiyac yoxdur. Ancaq biz bunu görürük. Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur. Əlbəttə, mən bu sahədə mütəxəssis deyiləm, ancaq bir vətəndaş kimi, hesab edirəm ki, yeni kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır”.

Prezident İlham Əliyevin yuxarıda söylədiyi fikirlər mənim “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” monoqrafiyasının III cildindəki “Dil etikası” yarımfəslindəndir. Ümumilikdə 3 cilddən, 55 fəsil və yarımfəsildən, 1500 səhifədən ibarət olan bu monoqrafiya Azərbaycan nitq mədəniyyətinin inkişafından bəhs edir. Müqayisəli şəkildə aparılmış araşdırma müəllif olaraq mənim Heydər Əliyev nitqinə sonsuz marağımdan xəbər verir.

Azərbaycan xalqının əsrlərlə formalaşdırıb bu günə gətirib çıxartdığı etik dəyərlər Heydər Əliyevin dilində ciddi elmi-tədqiqata cəlb olunmuşdur. Zəngin siyasi natiqlik təcrübəsinə malik Heydər Əliyevin nitqində etik və estetik dəyərlərin araşdırılması bu yolda irəliyə doğru atılmış mühüm addımdır. Müəllif kimi düşünürəm ki, şifahi nitqdə etik və estetik mətnləri dinləyici şüuruna çatdıra bilmək Heydər Əliyev dühasına xasdır.

Etika və estetikanı siyasi lider nitqində haqlı olaraq ümumfəlsəfi qanunlara tabe olan ayrı-ayrı fənlər səviyyəsində təqdim olunub. Kitabın “Etika” bölməsində Aristotelin, Kantın və siyasi xadim Heydər Əliyevin etik kredolarını müqayisəli şəkildə oxucunun diqqətinə çatdırır. Elə bu kredoları müəllifin apardığı təhlillərlə təqdim edirik: “Aristotelin etik kredosunda ümumetik dəyərlərə (ləyaqət, xeyirxahlıq, təhsil) xüsusi əhəmiyyət verilir. Əxlaqi təkmilləşmə yolunda insan üçün hədd olmadığını söyləyir. Kantda isə birbaşa antietik dəyərlərə (nifrət, lovğalıq, qeybət, kinayə) qarşı çıxışlar səslənir. Kantda da əxlaqdan yüksək zirvə olmadığı diqqətə çatdırılıb.

Burada çalışdıq ki, XXI əsr insanının qarşısında duran mənəvi borcu Heydər Əliyev dilində təqdim edə bilək. Aristotel və Kantın etik kredolarından fərqli olaraq Heydər Əliyev dilində səslənən yuxarıdakı etik kredolar müasirlik baxımından seçilir, bugünkü dünya insanında etiraz yeri qoymur.

Etik dəyərlər sırasında ədalət, dostluq kimi əxlaqi dəyərlərə xüsusi diqqət yetirilmişdir. Heydər Əliyevin nitq və çıxışlarında səslənən etik anlayışların, kateqoriyaların qloballaşma dövründə dərindən öyrənilməsi zərurəti meydana çıxır. Böyük natiqin bu sahədəki çıxışları etik dəyərlər, hüquq normaları və dövlətçilik dialektik vəhdətinin inkişafı baxımından çox vacibdir.

"Heydər Əliyevin nitqində poetik duyğular", "Heydər Əliyevin nitqində dini üslub", "Heydər Əliyevin nitqində səmimiyyət, qətiyyət, nikbinlik, fəlsəfilik, proqnozlar", "Heydər Əliyevin nitqində müqayisələr", "Heydər Əliyevin nitqində antroponimik sıralanmalar", "Heydər Əliyevin nitqində əsas və köməkçi nitq hissələrinin üslubiyyat yaratması", "Heydər Əliyevin nitqində sinonimlər", "Heydər Əliyevin nitqində frazeologizmlər" kimi fəsil və yarımfəsillər, eləcə də frazeologizmlər lüğəti heç bir siyasi natiqlikdə, nitq mədəniyyəti rəhbərliklərində təsadüf olunmur.

Kitabın I cildin I fəslini Ulu öndərin Azərbaycan dilinin müdafiəsinə həsr etmişdir. Bu fəsildə "Azərbaycan dilinin hakim mövqe tutması yolunda Heydər Əliyev qətiyyəti tam ciddiyyəti ilə işə düşür". Heydər Əliyev nitqinə daxilən xas olan məntiqi ardıcıllıq müxtəlif üslublarda və müxtəlif çeşidli auditoriyalarda özünü göstərir.

"Heydər Əliyevin nitqlərində girişlər və sonluqlar", "Heydər Əliyevin nitqlərində məntiqi ardıcıllıq" fəsilləri ilə böyük natiqin nitq arxitektonikasını açıqlaya bilmişdir.

Nağdəli Zamanov

Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru,

AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı,

AJB-nin üzvü




Baxış sayı: 1 536
“İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Bu gün, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Bu gün, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Bu gün, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031