FACT-INFO.AZ » CƏMİYYƏT » “HorraPress”: Azərbaycanın mədəniyyət diplomatiyası və Mehriban Əliyevanın gözəl işləri
12-03-2021, 08:35 | CƏMİYYƏT
“HorraPress”: Azərbaycanın mədəniyyət diplomatiyası və Mehriban Əliyevanın gözəl işləri

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalə Azərbaycan rəhbərliyinin, xüsusən Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi mədəniyyət diplomatiyasına həsr edilib.

Materialda qeyd olunur ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva öz “Instagram” səhifəsində qədim Qarabağ torpağındakı dini abidələrin və məscidlərin bərpası layihəsinin işə salınması barədə paylaşım edib. “HorraPress” Mehriban Əliyevanın həmin paylaşımını sitat gətirir: “Bu günlər biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qürurunu və sevincini yaşayırıq. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir.

Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır.

Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır!”

“HorraPress” oxucuların diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkənin xaricdə populyarlaşmasına, habelə sosial siyasətin həyata keçirilməsinə, elmin, təhsilin, mədəniyyətin və idmanın inkişafına mühüm töhfələr verir. Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr milli dəyərlərin qorunub saxlanmasına və möhkəmlənməsinə, humanizm prinsiplərinin təbliğinə yönəlib.

Mehriban Əliyevanın Heydər Əliyev Fondu ilə UNESCO arasında əlaqələrin inkişafına yönəlmiş fəaliyyəti xüsusi vurğulanır, qeyd olunur ki, bu fəaliyyət Azərbaycan mədəniyyətinin və mədəniyyətlərarası dialoqun beynəlxalq səviyyədə təbliği üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanın birinci xanımının fəaliyyətinin etirafı kimi 2004-cü ildə o, qeyri-maddi mədəni irsin təbliğinə və qorunmasına görə xoşməramlı səfir seçilib.

Bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən işlənib hazırlanmış siyasətin həyata keçirilməsi və Birinci vitse-prezident Mehriban Əliyevanın xoşməramlı səfir kimi fəaliyyəti nəticəsində Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, ənənəvi Azərbaycan xalçaçılıq sənəti, ənənəvi çövkən at oyunu, kəlağayı qadın baş örtüyünün hazırlanması və geyim mədəniyyəti və simvolikası, Lahıc misgərlik sənəti, Novruz bayramı, lavaş, katırma, jupka, yufka – nazik çörək növlərinin hazırlanması, dolmanın hazırlanması ənənələri UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2019-cu ildə Azərbaycanın qədim Şəki şəhərinin tarixi mərkəzi və Şəki Xan Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunub.

Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu mədəniyyətlərarası və dinlərarası münasibətlərin inkişafına, digər ölkələrlə humanitar sahədə ikitərəfli münasibətlərin dərinləşməsinə kömək edir. Məqalədə qeyd olunur ki, 2009-cu ildə Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində XIV əsrə aid Strasburq Kafedral Kilsəsinin beş vitrajının bərpası üçün maliyyə vəsaiti ayırıb. 2012-ci ildə Fond Müqəddəs Marçelini və Piyetro katakombalarını bərpa edib.

“HorraPress” yazır ki, tolerantlıq və dialoq sahəsində görülmüş işlər nəticəsində 2016-cı ildə Papa Fransisk Azərbaycana səfəri zamanı Müqəddəs Bakirə Məryəm məbədində olub, Azərbaycanı sivilizasiyalar arasında körpü adlandırıb.

Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bütün layihələr bir daha göstərir ki, “Bakı prosesi”nin təşəbbüskarı olan Azərbaycan müxtəlif xalqlar və mədəniyyətlər arasında əməkdaşlığın möhkəmlənməsi və səmərəli dialoqun təbliği sahəsində işi ilə bütün dünyada sülhə və təhlükəsizliyə töhfə verir, mədəni müxtəliflik dəyərlərini irəlilədir, sivilizasiyalar arasında qarşılıqlı anlaşma, multikulturalizm və dialoqun inkişafında mühüm rol oynayır.

Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti fəal və dünyəvi Azərbaycan qadını imicinin formalaşmasında əvəzsiz rol oynayır.




Baxış sayı: 1 069
Şəfa verən əllər – Kamil Bəkirov Bu gün, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Bu gün, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031