FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Avropa İttifaqı-Türkiyə zirvəsi:Yaxın Şərqdə qüvvələr nisbəti dəyişirmi?
30-03-2016, 10:20 | TƏDQİQATLAR-ANALITIKA
Avropa İttifaqı-Türkiyə zirvəsi:Yaxın Şərqdə qüvvələr nisbəti dəyişirmi?

Baş verənlər müxtəlif aspektlərdən təhlil olunur. Bir sıra mütəxəssislər Avropa İttifaqı (Aİ) ilə Türkiyənin miqrant məsələsini tənzimləmə mexanizmlərini dəqiqləşdirdiklərini vurğulayırlar. Mütəxəssislər arasında Brüsselin Ankara qarşısında təslim olduğu fikrini bildirənlər də vardır. Bunlara cavab olaraq Almaniyanın kansleri “biz balans axtarırıq”, – deyə bildirib. Bir başqa dairələr əldə edilən razılıqların “Avropaya terrorçu axını”na yeni təkan verəcəyini bəyan edir. Aİ rəsmiləri isə müsbət mövqedədirlər. Onlar Aİ-yə qanunsuz köçün dayandırıldığını bildirirlər. Bütün bunların fonunda Brüssel zirvəsinin geosiyasi təsirləri məsələsi aktualdır.

Avropanın xilası, yoxsa Ankara-Brüssel əməkdaşlığında yeni səhifə?

Avropa İttifaqı miqrant probleminin həllinə böyük diqqət yetirir. Mütəxəssislər bu problemin qurumu çökdürə biləcəyini belə söyləyirlər. Vəziyyət iki cəhətdən mürəkkəbdir. Birincisi, demoqrafik problemlərini həll etmək üçün Aİ-nin əlavə əhali kütləsinə ehtiyacı var. Avropa cəmiyyətlərinin özləri bunu həll edə bilmirlər – insanların, xüsusilə gənclərin sayı getdikcə azalır. İkincisi, Qərbə “yeni enerji”, əsasən, fərqli mədəni dəyərlərin daşıyıcıları vasitəsi ilə axın edir. Bu da Avropa cəmiyyətlərində bir sıra ziddiyyətlərin meydana çıxmasına səbəb olur. Burada əsas məsələ İslam aləmində baş verən ixtilaflar nəticəsində Aİ ölkələrinə kütləvi axının tənzimlənməsindən ibarətdir. Son zamanlar isə Suriyadan olan miqrantların Qərb ölkələrinə köçməsi Avropa üçün təcili həll edilməli problemə çevrilib.

Vəziyyət o dərəcədə mürəkkəbləşib ki, Şengen sazişinin qüvvədən düşməsi kimi təhlükə ortaya çıxıb. Miqrant məsələsi hətta Aİ-ni bir təşkilat kimi parçalaya bilər. Bütün bunların fonunda Avropa-Türkiyə münasibətləri Brüssel üçün böyük əhəmiyyət daşımağa başlayıb. Qərb hesab edir ki, məhz Türkiyə miqrant probleminin uğurlu həllində Aİ-nin mühüm tərəfdaşı ola bilər. Niyə məhz Türkiyə? Bu sual ona görə yaranır ki, Suriya böhranının həll edilməsində ABŞ, Rusiya, İran, Səudiyyə Ərəbistanı və Aİ daha fəal rol oynamağa çalışırlar. Məntiqlə Suriyanı tərk edən insanların problemlərini də hər kəsdən öncə onlar həll etməlidirlər. Lakin real vəziyyət başqa cürdür.

Məsələ ondan ibarətdir ki, böhran nəticəsində öz evlərini tərk edən suriyalıların böyük əksəriyyətinə Ankara sahib çıxıb. İndi Türkiyədə onların sayı 3 milyona yaxınlaşıb. Rusiyanın son hərbi zərbələri nəticəsində yeni qaçqın dalğasının yaranması təhlükəsi meydana gəlmişdi və nə qədər qəribə də olsa, böyük dövlətlər Türkiyədən tələb edirdilər ki, miqrantları qəbul etsin və öz ərazisindən kənara çıxmağa qoymasın. Ancaq nəyə görə geosiyasi dividenti başqaları almalı, qaçqınların qayğısını isə Türkiyə çəkməli idi?

Rəsmi Ankara məhz bu sualı kəskin şəkildə qaldırdı və Qərb qarşısında problemin bir yerdə həll olunması tələbini qoydu. Ankaranı ilk olaraq Almaniya rəhbərliyi başa düşdü. Berlin və Ankaranın başladığı proses nəhayət ki, Brüsselin də ona dəstək verməsi ilə nəticələndi. Bu səbəbdən Əhməd Davudoğlunun Brüsselə son səfərinə çox böyük maraq vardı.

Türkiyə bu dəfə miqrant problemini daha kəskin şəkildə Aİ qarşısında qoydu. Ankara Moskvanın qaçqın axını vasitəsi ilə Aİ-ni çətin vəziyyətə salmağa çalışdığını ifadə etdi. Məsələni həll etmək üçün isə siyasi, maliyyə, iqtisadi, hüquqi və hərbi aspektlərdə sistemli fəaliyyət göstərilməsi şərtini irəli sürdü (bax: Brüksel'de kıyasıya pazarlık! / "Habertürk", 8 mart 2016).

Geosiyasi əks-səda: fərqli qiymətləndirmələr

Gərgin keçən danışıqlar nəticəsində Aİ və Türkiyə miqrantların qarşılıqlı razılaşma əsasında yerləşdirilməsində ortaq qənaətə gəliblər. Türkiyə təşkilatın ərazisindən çıxaracağı qaçqınları qəbul edəcək, əvəzində, eyni sayda suriyalı miqrantı Avropaya göndərəcək. Sonra Aİ Türkiyə üçün əlavə 3 milyard avro da ayıracaq ki, bununla da ümumi maliyyə yardımı 6 milyarda çatacaq. Bunlardan əlavə, türklərin Avropaya vizasız gedişi müddəti əvvəl nəzərdə tutulduğu kimi payızda deyil, iyun ayında gerçəkləşməlidir (bax: əvvəlki mənbəyə).

Aİ rəsmiləri əldə olunan razılaşmaları qısa olaraq belə qiymətləndiriblər: "Köç bitdi". Yəni artıq miqrantlar xaotik şəkildə təşkilat ərazisinə daxil ola bilməyəcəklər. Ankara və Brüssel prosesi tam nəzarətə götürəcək. Alınan qərarlardan daha çox məmnun olan Almaniya kansleri Angela Merkel olub. O, əvvəlcədən seçilən həll yolunun düzgün olduğunun təsdiqləndiyini deyib (bax: Меркель: миграционный кризис решается "в правильном направлении" / "РИА Новости", 8 mart 2016).

Onu deyək ki, bütün bunlarla yanaşı, NATO Egey dənizində öz hərbi qüdrətini əsas olaraq miqrant məsələsini tənzimləmək üçün artırmaq qərarına gəlib. Bununla onsuz da çox zəif olan Yunanıstanın növbəti qaçqın dalğasının altında əzilməsinin qarşısı alınıb. Artıq baş nazir Aleksis Tsipras yenidən Ankaraya səfər edib.

Geosiyasi kontekstdə ən maraqlı məqam Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılmasında Türkiyə ilə Aİ-nin ortaq fəaliyyət göstərəcəyi haqqında razılığın əldə olunması ilə bağlıdır. Çünki Ankaranın həmin tələbinə Qərb ehtiyatla yanaşırdısa, Rusiya və İran qətiyyən qəbul etmirdilər. İndi Brüsselin Moskvanın iradəsinə qarşı Türkiyə ilə birgə fəaliyyət göstərməyə razılıq verməsi bütövlükdə Suriya probleminin həllində əhəmiyyətli dəyişikliyə səbəb ola bilər.

Ancaq bütün bunlar Brüsseldə aparılan danışıqların nəticələrinin hər kəs tərəfindən avtomatik qəbul edildiyi anlamına gəlməməlidir. Məsələn, Macarıstan qəbul olunan qərarlara veto qoyub, Finlandiya tərəddüd edir, Fransa prezidenti isə bir qədər fərqli fikir bildirib (bax: Brüksel'de kıyasıya pazarlık! / "Habertürk", 8 mart 2016 və Hollande: Türkiye 72 kriteri yerine getirmeli / "Habertürk", 8 mart 2016).

Fransua Olland bəyan edib ki, Türkiyə vətəndaşlarının Şengen bölgəsinə vizasız daxil ola bilməsi üçün iyun ayına qədər Ankara 72 (!) şərti ödəməlidir. Bundan başqa, Fransa prezidenti Türkiyənin Aİ üzvlüyü üçün uzun yol qət etməli olacağını da ifadə edib (bax: Hollande: Türkiye 72 kriteri yerine getirmeli / "Habertürk", 8 mart 2016). Onu deyək ki, Almaniyanın kansleri də Türkiyənin üzvlük məsələsi ilə bağlı təqribən eyni fikri ifadə etmişdi. Cənubi Kiprin rəhbəri isə ümumiyyətlə, Türkiyənin quruma daxil olmasına imkan verməyəcəyini bildirib.

Bunların fonunda Moskvadan yayılan informasiyalar da maraq doğurur. Rusiya Dövlət Dumasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin sədri Andrey Klişas bildirib ki, Aİ ilə Türkiyə arasında miqrant məsələsi ilə bağlı əldə edilən razılıq "terrorçuların Avropaya yeni axını üçün şərait yaradacaq". Onun sözlərinə görə, "Avropa qatil və ekstremistlər ordusu qarşısında qapılarını açır" (bax: Клишас: план с Турцией по мигрантам вызовет поток террористов в ЕС / "РИА Новости", 8 mart 2016).

Belə təəssürat yaranır ki, Ankara ciddi diplomatik uğur əldə edib. Onun Brüssellə miqrant məsələsində əldə etdiyi nailiyyət müxtəlif sahələri əhatə etdiyindən, bütövlükdə, Suriya probleminin həllinə də öz töhfəsini verə bilər. Burada əsas məqamlardan biri Avropa ilə Türkiyənin ortaq fəaliyyət göstərməsidir. Həmin fakta Moskva müsbət yanaşmaqda çətinlik çəkir. Çünki regionda başqa dövlətlərin də proseslərə təsir edə bilməsi Ağ Evin və Kremlin ürəyincə deyil. Bundan başqa, qaçqınlar məsələsinin həlli bir çox oyunçuların əl-qolunu bağlayır.

Bunlara rəğmən, Aİ Türkiyəni öz sıralarına qatmaq fikrində deyil. Hələlik təşkilatı daha çox öz daxili problemləri maraqlandırır. Avropalılar Ankaranın getdikcə güclənməsinin də fərqindədirlər. Təbii ki, Aİ-nin böyük xristian dövlətləri çox güclü bir müsəlman ölkəsinin vahid bir təşkilatda onlara rəqib olmasını istəməzlər. Ancaq bu da faktdır ki, Türkiyə artıq qlobal miqyasda sözünü cəsarətlə deyən və maraqlarını qorumağı bacaran bir dövlətdir. Brüssel sazişini bunun təsdiqi kimi də qiymətləndirmək olar.

Newtimes.az

 

 

 




Baxış sayı: 2 375
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30