FACT-INFO.AZ » CƏMİYYƏT » Azərbaycanlı alimin məqaləsi Rusiya nüfuzlu məcmuəsində dərc edilib
22-06-2020, 08:40 | CƏMİYYƏT
Azərbaycanlı alimin məqaləsi Rusiya nüfuzlu məcmuəsində dərc edilib

Azərbaycan Universitetinin professoru Asif Hacıyevin M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (МГУ) Asiya və Afrika Ölkələri İnstitutunun keçirdiyi ənənəvi “Dmitriyev oxuları” XXVII Beynəlxalq konfransına təqdim etdiyi “Ahıska türklərinin sürgün folklorunun folklor-ədəbiyyat sinkretizmi və janr tipologiyası” mövzusunda geniş həcmli məqaləsi bu tədbirin materiallarını əhatə edən “Türk filologiyası məsələləri” məcmuəsinin XIII buraxılışında dərc edilib.

Müxtəlif ölkələrdən türkoloq alimlərin iştirak etdiyi bu beynəlxalq elmi tədbirə konfrans təşkilatçılarının şəxsi dəvəti ilə qatılmış Asif Hacıyevin məqaləsində türk sürgün folkloru və ədəbiyyatı xüsusi ədəbi-estetik anlayış və aktual elmi məsələ kimi ilk dəfə irəli sürülərək əsaslandırılıb. Ahıska türklərinin sürgün folklorunun tarixi-siyasi və ədəbi-estetik qaynaqları, funksional, semantik, struktur xüsusiyyətləri, janr tipologiyası, mövzu və məzmun, təhkiyə və üslub özünəməxsusluğu araşdırılıb.

Məqalədə, Ahıska türklərinin etnik mədəniyyəti və folkloru haqqında ilk məqalə və kitabların müəllifi olan Asif Hacıyevin 1980-ci illərin ortalarından başlayaraq topladığı Ahıska türklərinin folklor və ədəbi mətnləri təhlil edilib.

Məruzəçi göstərib ki, 1944-cü ildə sovet rejimi tərəfindən öz vətənlərindən deportasiya edilmiş, hazırda dünyanın ondan çox ölkəsində məskunlaşmış Ahıska türklərinin sürgün folkloru bu toplumun milli kimlik şüurunun, tarixi yaddaşının, etnik mədəniyyətinin qorunmasında həlledici rol oynayır. Lakin deportasiya şəraitində folklorda köklü evristik, funksional, tipoloji, poetik dəyişikliklər baş verib, şifahi və yazılı yaradıcılıq, folklor və ədəbiyyat meyarları qovuşub, xalq yaradıcılığının ədəbi-estetik, sosial-psixoloji, etnik-mədəni, etnik-pedaqoji və digər funksiyaları xeyli genişlənib.

Azərbaycanda yaşayan Ahıska türklərinin xalq yaradıcılığında sürgün reallıqları ilə yanaşı, Azərbaycan gerçəkliyi, xüsusən Qarabağ savaşı ilə bağlı mövzular, Azərbaycan ədəbiyyatını təsiri də əhəmiyyətli yer tutub. Ahıska türklərinin sürgün folklorunun funksional aspektlərini, poetik özəlliyini, ideya-tematik, janr, üslub, təhkiyə, kompozisiya xüsusiyyətlərini təhlil və təsnif edən müəllif, deportasiyaya məruz qalmış digər türk xalqlarının, o cümlədən, Azərbaycan və Krım türklərinin, qaraçay və balkarların, urumların oxşar mətnlərinin müqayisəli tədqiqi üçün nəzəri-metodoloji müddəalar təqdim edib.




Baxış sayı: 1 449
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30