FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » XV əsr Azərbaycan tarixinin uğurlu bədii ifadəsi
18-06-2020, 09:10 | TƏDQİQATLAR-ANALITIKA
XV əsr Azərbaycan tarixinin uğurlu bədii ifadəsi

XV yüzillik Azərbaycan tarixində yeni keyfiyyətləri ilə fərqlənən bir mərhələdir. Sözügedən yüzildə bütün Azərbaycanda Şirvanşah İbrahim və onun övladlarının, Qaraqoyunlu və Ağqoyunlu hökmdarlarının hakimiyyəti altında siyasi-tarixi, sosial-mədəni və iqtisadi həyatda müəyyən uğurlar qazanılır. Dövrün ümumi vəziyyəti bütün cəmiyyətə, xüsusən də hakim təbəqələrə öz təsirini göstərir.

Professor O.Əfəndiyevin fikrincə, "XV əsrin ciddi, mürəkkəb hadisələri haqqında tarixi həqiqətlər hansı yolla olur-olsun Türk dünyasına çatdırılmalıdır".

Bədii ədəbiyyatda yazıçılarımız həmin proses və hadisələri necə əks etdirmişdir? Bu suala cavab axtarmaq üçün Tahir Kazımovun 4 kitabdan ibarət epopeyasını oxumaq lazım gəlir. Yazıçı o hadisələri mötəbər mənbələrdən oxuyaraq bədiiləşdirib.

Biz Tahir Kazımovu, onun çoxsaylı kitablarını dəyərləndirərkən özünəməxsus düşüncə tərzi ilə romançılığını bir-birindən ayırmırıq.

Birinci kitab "Hiylə və zəka" adlanır. Bu kitab 508 səhifədən ibarətdir. XV yüzilin 50 illik bir mərhələsi bu səhifənin əsasını təşkil edir. Burada iki tayfa - Qaraqoyunlu və Ağqoyunlu dövlətləri arasındakı münasibətlər, əlaqələr, bu tayfalararası uzun sürən əqidə, məslək və dini çarpışmalardan, varislərin taxt-tac uğrunda apardığı ixtilaflardan söhbət gedir.

Birinci kitabın əsas obrazı Türkman elinin qəhrəmanı Qara Yusifdir. Qaraqoyunlu dövlətini yaradan igid sərkərdə, hərtərəfli bir insan, bütün insani keyfiyyətlərə sahib Qara Yusif yazıçı tərəfindən təkcə tarixi şəxsiyyət kimi deyil, eləcə də kamil və bütöv bir obraz kimi canlandırılır. Əmir Teymurun hücumlarının qarşısını uğurla alan və onun qoşunlarını ustalıqla məhv etmək bacarığı Qara Yusifin mübarizliyini, siyasi nüfuzunu, əzmini nümayiş etdirir.

Yazıçı gənc şahzadə Uzun Həsən kimi dövlətçiliyimiz tarixində az tanınan xadimi lazım olan səviyyədə təqdim edir, oxucuya tanıdır. Həsənin gəncliyindən hökmdar səviyyəsinə gedən yolu olduğu kimi əks etdirə bilir.

Kitablarda Şərqin ilk diplomat qadını Saray Xatun daha cazibəli və əsl Azərbaycan xanımına xas olan cəhətləri ilə verilir.

II kitab "Qardaşlar: əqidə mübarizəsi" adlanır. Həmin kitabda Ağqoyunlu hökmdarı Qara Yülük Osman oğlu Əli bəyin oğlanlarından, Cahangir Mirzə və Uzun Həsənin hakimiyyət uğrunda apardığı mübarizədən və Saray Xatunun qardaşlar arasında barış vasitəçiliyindən söhbət gedir. Müxtəlif əqidələr toqquşur, qarşılaşdırılır, kimin haqlı, kimin haqsız olduğu üzə çıxır.

Bundan sonra yazıçı XV əsr Azərbaycan ictimai-siyasi tarixinə qısa ekskursiya edir. Bu səyahətdə "Türkman" etnik qrupunu, oğuzların Bayandır və Yivə boylarından çıxan Ağqoyunlu, Qaraqoyunlu tayfa əmirliklərinin məhz 15-ci əsrdə törətdikləri olayları bədiiləşdirir. "Bu tayfalar Azərbaycanda bir-birini əvəz edə-edə müstəqil dövlətlərin əsasını qoydular. Tayfa birlikləri arasında qədimdən hər zaman düşmənçilik davam etmiş, XV əsrdə isə daha yüksək siyasi məcraya çatmışdır. Tarixən düşmənçiliyə səbəb əqidə ayrılığı, ərazi ixtilafları və kim-kimə üstün gəlmək uğrunda mübarizə olmuşdur..." Yazıçı tarixi hadisə və faktları oxucuları ilə elə bölüşür ki, sonra onu bütöv biçimdə bədilləşdirə bilir. "Qaçmaq xilas yolu deyil, vəzifəniz düşməni dəf etməkdir" fikri əsər boyu təlqin edilir.

III kitab "Həsən Paşa Bayandır" adlanır. Həsən Paşa Bayandır məşhur Azərbaycan sərkərdəsi və dövlət xadimidir. Kitabda onun keçdiyi həyat və mübarizə yolu, dövlətçilik fəaliyyəti bədii-estetik tərzdə əks olunur.

IV kitab "Azərbaycan-Ağqoyunlu imperiyasının süqutu" məsələlərini əhatə edir. Ağqoyunlu hökmdarı Uzun Həsəndən sonra onun oğlanları Xəlil, Yaqub və Rüstəm arasında saray ixtilafları, imperiyanın süqutu - başa çatması həmin kitabın əsasında dayanır. 1503-cü ilə qədər - yəni Səfəvilər dövləti formalaşana qədərki hadisələrin təsviri burada diqqəti çəkir.

Kitablarda hadisələrin keçdiyi, baş verdiyi yer, hadisələr içərisində yer alan çoxsaylı tarixi şəxsiyyətlər elə incələnir ki, bu xüsusda dövrün sosial və iqtiqadi şərtləri həqiqətin işığında təsbit edilir, sonra yeni bir cəmiyyətə istiqamətlənən əsas əlamətlər hiss etdirilir. Romanın fikir ağırlığını özündə qoruyub saxlayan tarixilik sağlam sayıla biləcək fikirlərlə zəngindir. Bu romanların ana cizgiləri yazıçının tariximizin qaranlıq səhifələrinə, eləcə də bədii sözə, dilimizin zəngin ifadə imkanlarına bələd olma səviyyəsini də ortaya qoyur.

T.Kazımov əsərdə əsas hadisələrlə ikinci dərəcəli hadisələri uğurla əlaqələndirə bilir. Tarixi şəxsiyyətləri və epizodik surətləri inkişafda verir, onların əsas xarakterik cizgilərini ortaya qoyur və beləliklə də, günümüzün və gələcəyimizin insan talelərinə işıq tutur. Romanların təməl dinamizmi ana və yardımçı hadisələrlə bütünləşir və oxucuya təsir edir.

Bizə elə gəlir ki, T.Kazımov oxuculara bu əsərləri ilə tarix dərsi keçmir, bu "dərs"in içində obyekt seçdiyi tarixi dövrü, o dövrün insanları arasındakı münasibətləri meydana çıxarır. Tarixi mövzuları işləmək çətinliyini nəzərə alsaq, T. Kazımov həm öz düşüncəsini, həm də "düşünən özü" hərəkətə gətirmişdir. Tip və xarakterlərdən söz etmək istəsək, Tahirin romanlarında klassik romanın özəlliyinə müvafiq olaraq bir "insan bolluğu" vardır. Qələbə eşqilə mübarizə aparan əqidə qəhrəmanları, dəfələrlə üzərlərinə düşən vəzifələri yerinə yetirirlər və sonra yenidən həyatın girdablarına, dərinliklərinə, bilinməzliklərinə dönürlər. Belə olan halda obraz və xarakterlər öz hərəkət tərzinə, düşüncə mədəniyyətinə görə bir-birindən fərqlənirlər. Fərqlilik olan yerdə dövrün mənzərəsi güzgüdə olduğu kimi görünür. Fərqli çalarlar olmayan yerdə hadisələr, insanların, tarixi şəxsiyyətlərin dramları ya da xarakterlər lazımınca əhəmiyyət kəsb etməz. Tarixi mövzuları işlədiyi romanlarında qəhrəmanların düşüncələrini də aydın əks etdirən Tahir Kazımov qəhrəmanların bəzilərini yerində canlandırarkən bəzilərini də mövzu ilə bağlantılı olaraq gerçək-real tiplərdən seçib.

Bizə elə gəlir ki, yazıçı təkcə hadisələrin məzmununu verməklə "canını qurtarmır", o, eyni zamanda, "yazı dilində yaşayır". Çünki üslubu, dilə münasibəti və ondan bəhrələnməsi uğurludur. Akademik T.Hacıyevin belə bir fikri burada tam yerinə düşür: "Dil bədii məzmunun ən mühüm çatdırıcı vasitələrindəndir, yeganə deyilsə də, ən başlıcasıdır". Yəni demək istəyirik ki, T.Kazımovun bu kitablarının bədii gücü, enerjisi bir tərəfdən də onun dil və üslubundadır. Yazıçı rəngarəng süjetləri səliqəli, cilalı, lakonik, aydın, nüfuzedici məzmunla yüklənmiş bitkin cümlə formaları ilə ifadə edir. Sultan Yaqubun dilindən verilən bu cümlələrə diqqət edək: "Baş əymək bəzən boynunun salamat qalmasıdır. Baş əy, itaət et, müttəfiq ol ki, boynun vurulmasın... "Qurani-Kərim"ə və dünyalarını dəyişmiş ulu babalarımın və digər əzizlərimin ruhuna and içirəm ki, siz əyanların, ali divan üzvlərinin köməkliyi ilə imperiyanın bütövlüyünü qoruyacaq, rəiyyət arasında güzəran və əmin-amanlıq yaratmağa çalışacağam. Ölkədə birlik, həmrəylik olsun, əhali arasında narazılıq olmasın deyə Xoy döyüşündə Sultan Xəlilin tərəfindən mənə qarşı döyüşmüş və əsir götürülmüşləri günahsız sayıram".

Yazıçı dövr haqqında mövcud qaynaqlara müraciət edir, onun qurduğu "ssenari" reaksiyaları tez qəbul edə bilir. Üslub bitkinliyi formalaşır. Biz bu bitkinliyi əldə etməyi, qazanmağı yazıçının uğuru sayırıq. Oxucu razı qalır ki, T.Kazımov tarixi mövzulu bu kitablarında sözləri israf etmir, o tarixizmlərə bələb olması ilə heç də təşəxxüs satmır, məhz mətləbin tələbi ilə istifadə edir, bununla belə, o dövrün çətin anlaşılan ərəb-fars kəlmələri əsərləri dərketməyə əsla mane olmur.

T.Kazımovun yaratdığı obrazlar (Sultan Yaqub, Səfəvi şeyxi Şeyx Heydər, Fərrux Yasar, Osmanlı Sultanı II Bəyazid və b.) uğurlu obrazlardır, məqamına uyğun şəkildə hərdən "fikirlərin burulğanında itib-batırlar". Obrazların, tarixi şəxsiyyətlərin dialoqları, mükalimələri, fərdi nitq təzahürləri, real danışığı dövrün danışığına uyğundur, təbiidir, həyatidir, hadisə içərisində yeni hadisələrin verilməsi oxucunu hadisə bolluğundan psixoloji zənginlik sferasına çəkir.

Bu tarixi romanlarda hər təbəqə, hər insan yazıçının özünə roman dili olaraq seçdiyi və məhəlli dil olmaqdan çıxaraq roman üslubuna uyğuladığı Azərbaycan dili ilə danışır.

Təsvir etdiyi dövrün düşüncə mühitini, fikir həyatını da incələmək baxımından bu kitablar çox əhəmiyyətlidir. T.Kazımovun uzaq keçmişimizə və yaxın tariximizə yenidən baş vurma ehtiyacı hiss etməsi çox dəyərli cəhətdir.

Yazıçının vəzifəsi həqiqəti söyləməkdir. Yazıçı həqiqəti elə söyləməlidir ki, yadda qalsın, adamlar onu oxusunlar və konseptual olaraq dərk etsinlər. T.Kazımov bu 4 kitabı ilə sözün həqiqi mənasında biz oxuculara XV yüzillik Azərbaycan həqiqətlərini bədii təfərrüatlarla çatdıra bilir. Kitablarda təsvir olunan bütün hadisələr, əlbəttə, inandırıcıdır, yaddaqalandır və başa düşüləndir.

Söz yoxdur ki, kitablarda təsvir olunan insanların, tarixi şəxsiyyətlərin - Qara Yusifin, Qara Osmanın, Sara xatunun və başqalarının nəcib istək və arzuları, işıqlı əməlləri göyərmiş, zaman keçidikcə çətinliklərə qalib gəlmişdir. Bu epopeya müasir Azərbaycan insanını düz yola səsləyir, tarixi şəxsiyyətlərimizi sevməyə, əqidəcə sağlam olmağa, əmin-amanlığa çağırır, haqlı mübarizəyə, düşmənə qarşı birləşməyə, birliyə, insanları ayıq fikirli, düşüncəli, fəhmli, məntiqli hərəkət etməyə sövq edir.

Möhsün NAĞISOYLU, akademik İsmayıl KAZIMOV, professor




Baxış sayı: 1 561
Eşqin Abbasov – Qəhrəmanlıqla ucalan ömür Dünən, 18:00 Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür Dünən, 16:30 Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya yaradılıb Dünən, 10:30 Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var Dünən, 09:00 Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib Dünən, 08:00 Qazaxıstanın Orta Dəhliz strategiyası Azərbaycan üzərindən Pakistan üçün yeni imkanlar yaradır 15-08-2026, 11:00 Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində 15-08-2026, 10:30 Azərbaycanın mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub 15-08-2026, 09:00 Türkiyə mediası: Antiterror əməliyyatları zonasından hərbi bazaların çıxarılması müzakirə mövzusu deyil 14-08-2026, 21:00 Quba rayonunda zəlzələ baş verib 14-08-2026, 21:00 Washington hosts event on “Cholpon-Ata Summit and Next Steps for Trans-Caspian Cooperation” 14-08-2026, 17:00 “Azərbaycanla münasibətlərin yeni səhifəsini birgə yazmağa hazırıq” - Səfir 14-08-2026, 16:00 Мировые медиа широко осветили заявления Президента Ильхама Алиева, сделанные в Нахчыване 14-08-2026, 14:00 Kəlbəcərdə minanın partlaması nəticəsində yaralanan şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır 14-08-2026, 11:30 Pakistan səfiri: Regionda sülhün təmin olunması üçün səylərimizi davam etdiririk 14-08-2026, 11:00 “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib 14-08-2026, 10:30 Xankəndi, Ağdərə və Xocalı ilə Rumıniyanın şəhərləri arasında əlaqələr qurulur 14-08-2026, 10:00 Xankəndi şəhərinə növbəti köç yola salınıb 14-08-2026, 08:00 Ailə arxivləri miqrasiya və demoqrafik proseslərin öyrənilməsi baxımından mühüm mənbədir 13-08-2026, 21:00 Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb 13-08-2026, 19:00 Səhiyyə Nazirliyi və QHT Agentliyi QHT-lər üçün birgə infosessiya keçirib 13-08-2026, 17:00 Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb 13-08-2026, 17:00 President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan 13-08-2026, 15:00 Zelenski ABŞ-dən "Patriot" raketlərinin ən azı 5 faizini Ukraynaya satmağı xahiş edib 13-08-2026, 10:30 İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi 13-08-2026, 10:00 BDYPİ piyadalara müraciət edib: “Yol təhlükəsizliyi hər kəsin düzgün davranışından başlayır” 13-08-2026, 10:00 Türk dünyasında diasporun rolu müzakirə edilib 13-08-2026, 10:00 Türkiyə Prezidenti: Seçkilər fələstinlilər arasında barışığın təmin olunması üçün vacibdir 13-08-2026, 09:30 Xocavənddə buldozer minaya düşüb, 2 nəfər xəsarət alıb 12-08-2026, 21:00 "Onun adındakı işıq"  12-08-2026, 20:00
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31