FACT-INFO.AZ » AKTUAL » AŞPA-nın qəbul etdiyi qətnamə Azərbaycanın mənəvi qələbələri siyahısına sanballı əlavədir
29-01-2016, 09:50 | AKTUAL
AŞPA-nın qəbul etdiyi qətnamə Azərbaycanın mənəvi qələbələri siyahısına sanballı əlavədir

-Vüqar müəllim, Strasburqda AŞPA-nın plenar iclasında ölkəmiz üçün çox əhəmiyyətli olan iki qətnamə üzrə səsvermə keçirildi. Siz həmin günü necə qiymətləndirirsiniz?

-Mən həmin günü son dərəcə uğurlu hesab edirəm. Praktiki olaraq eyni dərəcədə əhəmiyyətli, məzmunca faktiki olaraq bir-birini təkrarlayan iki qətnamədən biri qəbul edildi. Hər kəs özünə əziyyət verib qəbul edilmiş “Azərbaycanın sərhədyanı regionlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamənin mətnini oxusa (təəssüf ki, bəzi həmvətənlərimiz iki gündür öz başına kül ələyir, özümüzü söyür, həm AŞPA-da bizim parlamentin nümayəndə heyətinə, həm də Xarici İşlər Nazirliyinə hücum edir), onda aydın olar ki, həmin qətnamədə bizə lazım olan hər şey öz əksini tapıb. Britaniyalı deputat Robert Uolterin təqdim etdiyi “Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və işğal edilmiş digər ərazilərində zorakılığın eskalasiyası” adlı qətnamə qəbul edilməsə də həmin sənəddəki ifadələr heç də itirilməyib, onlar Militsa Markoviçin Sərsəng su anbarına dair təqdim etdiyi və AŞPA tərəfindən qəbul olunmuş qətnamədə öz əksini tapıb. Bu sözlər həmin ifadələrin hər birinə aiddir.

Axı bizə lazım olan ifadələrin həmin iki qətnamədən hansında təsbit olunmasının bizim üçün nə fərqi var! Bizim üçün əhəmiyyətlisi budur ki, bizə lazım olan qətnamələrin AŞPA kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən qəbul edilmiş rəsmi sənədlər kitabxanasına daxil olsun. Biz buna nail olduq. Missiya yerinə yetirildi.

-Yerli KİV-lərdə hesabın 1:1 olmasından bəhs edilir...

-Cəfəngiyatdır! Nə “heç-heçə”? Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal edən ölkə adlandırıldığı iki sənəddən biri qəbul edilib. Məgər onlardan birinin rədd edilməsi “bizim qapımıza qol vurulması” deməkdir? Məgər Uolterin qətnaməsinin rədd edilməsi AŞPA-da anti-Azərbaycan ruhlu, Dağlıq Qarabağın guya “öz müqəddəratını təyin etməsindən” və artıq Azərbaycana heç bir aidiyyəti olmamasından bəhs olunan qətnamənin avtomatik olaraq qəbul edilməsi deməkdir? Axı belə bir sənəd yoxdur! Final matçında son nəticə qələbədirsə, bizim yığmanın 1:0, yoxsa 2:0 hesabı ilə qalib gəlməsinin prinsipial əhəmiyyəti varmı? Buna görə də heç-heçə barədə bütün söz-söhbətlər tamamilə cəfəngiyatdır. Biz qalib gəldik. Burada iki fikir ola bilməz.

-Deməli, siz belə hesab etmirsiniz ki, Uolterin qətnaməsinin deputatlar tərəfindən rədd edilməsi AŞPA-nın Azərbaycanın ərazi bütövlüyünü və Ermənistan tərəfindən Qarabağın işğal olunması faktını tanımaqdan imtina etməsi deməkdir?

-Əlbəttə, belə hesab etmirəm. Bu, nonsensdir! İstər prosessual, istərsə də texniki xarakterli bu və ya digər sənədin rədd edilməsinin onlarca səbəbi ola bilər. AŞPA həmin qətnamə layihəsini rədd edərkən səsvermə protokoluna iştirakçıların əksəriyyətini qətnamənin əleyhinə səs verməyə sövq edən səbəblərin izahını əlavə etməyib. Burada mən ATƏT-in Minsk qrupunun həmsədrlərinin həmin ərəfədə hər iki qətnaməni faktiki olaraq ultimativ tonda rədd etməyə çağıran bəyanatının pozucu rolunu da qeyd etmək istərdim.

Lakin həmin sənəd heç də ona görə rədd edilməyib ki, təşkilat Qarabağın Azərbaycana mənsub olmasını və Ermənistanın işğalçı rolunu “etiraf etmir”. Bu, tamamilə birmənalıdır. Axı, ikinci qətnamə qəbul edilib. Əgər 20 dəqiqədən sonra AŞPA Sərsəng su anbarına dair ikinci qətnaməni qəbul edibsə və həmin gün AŞPA kitabxanasında erməni qüvvələri tərəfindən lobbiləşdirilən anti-Azərbaycan ruhlu cavab qətnaməsi yaranmayıbsa, bu halda AŞPA-nı “qərəzkarlıqda” və ya Azərbaycanın ərazi bütövlüyünü “tanımamaqda” necə ittiham etmək olar? Siz mənə AŞPA-nın bircə sənədini göstərin ki, orada “öz müqəddəratını təyin etmiş Qarabağ xalqına” qarşı Azərbaycanın “təcavüzündən” bəhs edilsin. Belə bir sərsəm sənəd yoxdur.

Həmin gün bizim qarşımızda iki piroq var idi. Onlardan birini biz yedik. Ermənilərə isə heç biri çatmadı. Bu necə “heç-heçə”dir? Düşmən dəyirmanına su tökmək və onun məğlubiyyət acısını şirinləşdirmək lazım deyil. Həmin gün son dərəcə uğurlu olub. Bu bayramı korlamaq lazım deyil.

-Bəzi ekspertlər bildirirlər ki, biz “köhnə palan içi tökürük”, guya biz artıq qəbul edilmiş qətnamələri təkrarlayırıq...

-Qoy bunu deyənlər inciməsinlər, bu, səriştəsiz fikirdir. Axı, açıq bəyanatlar verməkdən əvvəl heç olmasa iki sənədi – 1416 (2005) nömrəli qətnamə və həmin gün qəbul edilmiş 2085 (2016) nömrəli qətnaməni qarşımıza qoyub onları müqayisəli təhlil etmək nə çətin məsələdir? Burada nə təkrarlanır? Əksinə, bu sənəd daha mükəmməl, onun ifadələri daha mütərəqqidir.

Tərəqqi nədən ibarətdir? Fikir verin, 11 il bundan əvvəl qəbul edilmiş qətnamədə Ermənistan Dağlıq Qarabağı işğal etmiş tərəf adlandırılmır. Həmin sənəddə “Azərbaycan ərazisinin xeyli hissəsini” işğal edən hansısa qeyri-müəyyən və ikimənalı “erməni qüvvələrindən” bəhs edilir, hətta bu işğal edilmiş ərazilər arasında Dağlıq Qarabağın adı çəkilmir. Erməni təbliğat maşını bu paraqrafı öz ampluasında şərh edərək bildirir ki, “erməni qüvvələri” elə “DQR-in özünümüdafiə ordusudur”, “xeyli ərazinin işğal edilməsi” məsələsinə gəldikdə isə, bu, “öz müqəddəratını təyin etmiş Dağlıq Qarabağa” əsla aid deyil, bu sözlər, Serj Sarkisyanın etiraf etdiyi kimi, “ermənilərin vətəni” olmayan Ağdam, Füzuli və başqa rayonlara aiddir. Üstəlik, həmin qətnamədə Dağlıq Qarabağın işğal edilməsində Ermənistanın rolu göstərilmir, “Dağlıq Qarabağ regionuna nəzarət edən separatçı qüvvələr”dən bəhs edilir. Yəni, işğal edən yox, “nəzarət edən” qüvvələrdən bəhs edilir və Dağlıq Qarabağ regionunun Azərbaycana mənsub olması göstərilmir. Doğrudur, həmin sənədin ikinci maddəsində “bir dövlət tərəfindən başqa dövlətin ərazisinin faktiki ilhaq edilməsi” xatırladılır. Lakin Ermənistanın adı çəkilmir. Bu isə bütün bu illər ərzində erməni təbliğat maşınına əlavə arqumentlər verirdi. Onlar iddia edirdilər ki, “bu qətnamədə bizim adımız yoxdur, 4-cü paraqrafda isə bizdən yalnız öz nüfuzumuzdan istifadə etməyimiz xahiş olunur”. Bir sözlə, bu qətnamənin qeyri-müəyyən və ikimənalı ifadələri erməni təbliğat maşınının hoqqabazlığı üçün geniş imkanlar yaradırdı.

İndi isə bu müddəaları yeni qəbul edilmiş qətnamənin müddəaları ilə müqayisə edin. Əvvələn, Sərsəng su anbarına dair qətnamədə qarşı tərəfin hərəkətləri “nəzarət” yox, məhz “işğal” adlanır. İkincisi, bu sənəddə işğalın subyektinin adı çəkilir, bu subyektin hansısa “erməni qüvvələri” və ya “separatçılar” deyil, Ermənistan olması göstərilir. Üçüncüsü, Dağlıq Qarabağ hansısa “sahibsiz” ərazi kimi deyil, məhz Azərbaycanın tərkib hissəsi kimi göstərilir. Dördüncüsü, işğalçı tərəfin öz silahlı qüvvələrini regiondan çıxarması və bunu dərhal etməsi tələbi irəli sürülür.

1416 (2005) və 2085 (2016) qətnamələri arasında konseptual fərqi hiss edirsinizmi? Bunun nəyi keçmişin “təkrarıdır”? Bu, irəliləyişdir!

-Elədir, özü də çox ciddi irəliləyişdir.

-Əlbəttə! Gəlin həmin günə başqa mövqedən nəzər salaq: hələ bir gün əvvəl AŞPA tərəfindən qəbul edilmiş sənədlər arasında bizim aktivimizdə bu cür açıq-aydın və ermənilərin ağlını başından alan ifadələrin təsbit olunduğu qətnamələr yox idi. Amma həmin gündən etibarən bizim əlimizdə artıq belə bir sənəd var. Ermənilər isə özlərini qane edən ifadələrin təsbit olunduğu hər hansı qətnamələrini qəbul etdirərək cavab zərbəsi vura bilmədilər. Bunun nəyi “uğursuzluqdur”?

-Amma sizin opponentləriniz deyəcəklər ki, bizim aktivimizdə rədd edilmiş qətnamə də yaranıb.

-Bilirsinizmi, eyni bir stəkanı “yarıya qədər boş” da adlandırmaq olar, “yarıya qədər dolu” da. Görünür, mənim opponentlərim həmin stəkanı tamamilə boş və hətta sındırılmış vəziyyətdə görməyi üstün tuturlar... Hadisələrə müsbət mövqedən baxmaq lazımdır.

-Siz AŞPA-da bizim deputatlardan ibarət nümayəndə heyətinə və diplomatlarımıza nə arzu etmək istərdiniz?

-Mən onları bu gözəl qələbə münasibətilə təbrik etmək istərdim. Qəbul edilmiş qətnamə bizim mənəvi qələbələrimizin siyahısına sanballı töhfədir və gələcəkdə belə qələbələrin kəmiyyət artımı hökmən keyfiyyət dəyişikliyinə keçəcək.

Söhbəti qələmə aldı:

R.Abdullayev

 

 




Baxış sayı: 2 263
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30