Trend-in məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev 20 iyun - Beynəlxalq Qaçqınlar Günü münasibətilə keçirilən tədbirdə çıxış edən zaman deyib.
Onun sözlərinə görə, Ermənistan işğalçı siyasətindən əl çəkməlidir: "Biz işğalçılara və onlara dəstək verənlərə səslənməliyik. Çünki hər bir insanın layiqli həyat yaşamaq hüququ var və bu təmin edilməlidir. Azərbaycanda və dünyada olan qaçqınlara dəstək var. Amma bu dəstək təbii ki, kifayət deyil. Çünki onlar bütün keçmişlərini itiriblər və gələcəkləri şübhə altındadır".
R.Rzayev qeyd edib ki, Azərbaycanda münaqişə siyasi həllini tapmasa da, köçkünlərin həyat tərzinin yaxşılaşdırılması istiqamətində addımlar atılır. Bunun üçün bütün imkanlardan istifadə olunur. Azərbaycanda bu günə qədər 300 mindən çox məcburi köçkün evlə təmin olunub, onların mənzil şəraiti yaxşılaşdırılıb.
Komitə sədri hesab edir ki, Azərbaycanda məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı nümunəvi addımlar atılır, çünki dünyadakı bütün köçkünlər üçün bu imkan yaradılmayıb:
"Azərbaycan köçkünləri bu gün dövlətin qayğısı ilə əhatə edilib. Amma beynəlxalq qurumlar tərəfindən onların yurd-yuvalarına qayıtması üçün daha ciddi addımlar atılmalıdır".
Baxış sayı: 1 210
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

