“Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiyası ilə bağlı komissiyanın normal şəraitdə fəaliyyət göstərməsinə imkan verilməlidir”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə bildirib.
XİN başçısı deyib ki, sərhədin razılaşdırılmamış sahələrinə ekspertlərin birgə baxışının həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.
D.Zalkaliani qeyd edib ki, Keşikçi Dağı Məbəd-Kompleksi həssas məsələdir və spekulyasiyalar yolverilməzdir.
Nazir əlavə edib ki, ekspertlərin birgə baxışı üçün hər iki tərəfə uyğun vaxt müəyyən olunur:
“Komissiyanın tərkibində sərhəd polisi, həmçinin müdafiə və daxili işlər nazirliklərinin nümayəndə və ekspertləri, kartoqraflar təmsil olunurlar. Ekspertlər birgə baxışı həyata keçirib vəziyyəti araşdıracaqlar. Bu səfərin nə vaxt baş tutacağı barədə ictimaiyyət məlumatlandırılacaq”.
Baxış sayı: 1 230
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

