Milli Məclisin sədri Oqtay Əsədov Ukraynanın paytaxtı Kiyev şəhərinə səfərə gəlib. AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov əvvəlcə ümummilli lider Heydər Əliyev adına istirahət parkında Ulu Öndərin heykəli önünə tər çiçəklər düzməklə onun əziz xatirəsini yad edib.
Sonra Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev spikerə park haqqında ətraflı məlumat verib.
Milli Məclisin sədri Kiyev şəhərində insult keçirən Milli Qəhrəman Zabit Quliyevin müalicə aldığı A.P.Romodanova adına Neyro-Cərrahiyə İnstitutuna gəlib. Prezident İlham Əliyevin salamlarını çatdıran spiker qeyd edib ki, dövlət başçımızın birbaşa göstərişi və nəzarəti ilə onun müalicəsi nəzarət altındadır. Dövlətimiz müalicə başa çatanadək yardımını əsirgəməyəcək.
Z.Quliyev ona göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Sonra spikerə milli qəhrəmanlarımız haqqında olan kitabı təqdim edib.
O.Əsədovu görüşlərdə Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev və Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev müşahidə edib.
Baxış sayı: 1 354
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

