Bunu Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib.
O qeyd edib ki, Ordumuzun planlı surətdə keçirdiyi təlimlər barədə Müdafiə Nazirliyi həmişə əvvəlcədən xəbər yaymaqla ictimaiyyəti və beynəlxalq qurumları məlumatlandırır:
“Eyni zamanda, təlimin mərhələləri barədə foto-video süjetlər nazirliyin rəsmi internet saytı vasitəsilə ictimaiyyətə təqdim olunur. Bizdən fərqli olaraq, Ermənistan tərəfi heç vaxt belə bir addım atmır. Keçirdiyi dırnaqarası hərbi təlimlər barədə əvvəlcədən rəsmi məlumat vermir, yalnız “təlim” bitdikdən sonra əvvəllər çəkilmiş bir-iki döyüş texnikasının köhnə foto və videolarını yaymaqla kifayətlənir. Beynəlxalq qurumlar tərəfindən tanınmış sərhədlərimiz çərçivəsində təlimlər keçirməyimizdən təşvişə düşən rəsmi Yerevan guya bizim hansısa tələbləri pozmağımız barədə uydurma və gülünc bəyanatlarla çıxış etməkdən belə çəkinmir”.
Baxış sayı: 1 255
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

