Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə 4 ay müddətində Bakı şəhərində reallaşacaq.
“Ahıllara və Tənhalara Dəstək” ictimai birliyinin sədri Ruhiyyə Məmmədova bildirib ki, layihənin məqsədi yaşlı insanların cəmiyyətdə inteqrasiyasına və sosial adaptasiyasına dəstək göstərməkdən ibarətdir. Layihə çərçivəsində sosial vəziyyəti zəif olan ahıl vətəndaşlar üçün doğum günü tədbirləri təşkil olunacaq. Tədbirlərdə digər ahıllar və ictimaiyyət nümayəndələri iştirak edəcək.
Bundan başqa yaşlı insanların yaradıcılıq imkanlarının nümayiş etdirməsi məqsədi ilə yaşlı qadınlar arasında mətbəx bacarıqlarının nümayiş olunması ilə bağlı yarış təşkil olunacaq. Həm doğum günü olan ahıllara, həm də yarışda iştirak edən ahıl vətəndaşlara layihə çərçivəsində xüsusi hədiyyələr təqdim olunacaq.
Baxış sayı: 1 419
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

