Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov hərbi vətənpərvərlik ruhunun təbliğində “Vətən saatı” adlı layihənin həyata keçirilməsinin önəmini qeyd edərək veteranların hər zaman milli ruhu aşılayan tədbirlərdə fəal olduqlarını deyib.
İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli yeni nəslin milli ruhda tərbiyə edilməsində Azərbaycan Silahli Qüvvələri veteranlarının məxsusi rolu olduğunu qeyd edib. Bildirib ki, “Vətən saatı” adlı layihə də ölkəmizdə dövlətçilik mövqeyinin və vətənpərvərlik ruhunun daha geniş təbliği üçün həyata keçirilir.
Tədbir yazıçı Azər Hacıbəylinin “Vətən saatı” layihəsi çərçivəsində Sovet İttifaqı Qəhrəmanı, xalqımızın igid oğlu Mehdi Hüseynzadənin 100 illiyinə həsr etdiyi kitab ətrafında çıxışlarla davam edib. İstefada olan polkovnik-leytenant Nobel Muradxanlı Mehdi Hüseynzadəyə həsr olunmuş əsər haqqında fikirlərini bölüşərək qəhrəmanın xüsusiyyətləri barədə danışıb. Azər Hacıbəyli “Vətən saatı” layihəsi çərçivəsində qəhrəmanlarımızın tanıdılması istiqamətində atılan hər bir addımın gənc nəsildə Vətənə sevginin daha da artırılmasına xidmət etdiyini diqqətə çatdırıb.
İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi sədrinin müşaviri Yasəmən Möhübbətqızı gənclər, tələbələr və əsgərlərlə keçirilən görüşlərdə müharibə veteranlarının yaxından iştirak etməsinin vacibliyini qeyd edib.
Professor Nurulla Əliyev faşizm üzərində qələbənin ildönümü ərəfəsində Azərbaycan xalqının qəhrəman övladlarının xatirəsinin yad edilməsini və onlardan biri olan Mehdi Hüseynzadəyə həsr edilmiş əsərin gənc nəslin vətənpərvərlik hissi ilə böyüməsinə töhfə verəcəyini bildirib.
Doqquzqat dünya çempionu Araz Musayev və digərləri çıxış edərək “Vətən saatı” layihəsinin milli vətənpərvərlik ruhunun ölkəmizdə daha da yüksəldilməsi yolunda uğurlu addım olduğunu deyiblər.
Baxış sayı: 1 478
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

