Aprelin 25-də Belçika Federal Parlamenti Ruanda, Kamboca və keçmiş Yuqoslaviyada törədilmiş soyqırımıların təkzib edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul edib.
AZƏRTAC xəbər verir ki, Belçikadakı erməni icmasının və onun təsiri altında olan parlamentarilərin güclü təzyiqlərinə baxmayaraq, qondarma “erməni soyqırımı”nın yeni qanunla əhatə olunmuş soyqırımıların siyahısına daxil edilməsi səyləri iflasa uğrayıb. Belə ki, fransızdilli DéFİ (Demokrat, Federalist və Müstəqillər) və cdH (Xristian-Demokrat Mərkəzi) partiyaları tərəfindən bu xüsusda təqdim olunmuş düzəliş təklifi aprelin 24-də - qondarma “erməni soyqırımı”nın ildönümü kimi qeyd olunan gündə Belçika Federal Parlamentinin Ədliyyə Komissiyasında aparılmış müzakirələr nəticəsində rədd edilib.
Məsələyə münasibət bildirən Belçikanın ədliyyə naziri Kun Qens ölkə qanunvericiliyini Avropa İttifaqı və Avropa Şurasının hüquqi təlimatlarına uyğunlaşdırmaq məqsədilə yeni qanun layihəsinə yalnız beynəlxalq yurisdiksiya çərçivəsində barəsində yekun qərar qəbul edilmiş soyqırımıların daxil edildiyini, “erməni soyqırımı” ilə bağlı isə belə bir qərarın olmadığını vurğulayıb.
Baxış sayı: 1 347
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

