FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Kitabi-Dədə Qorqud”u dünyaya tanıdan xarici alimlər
23-12-2015, 09:40 | MƏDƏNİYYƏT
“Kitabi-Dədə Qorqud”u dünyaya tanıdan xarici alimlər

Bakı Slavyan Universitetinin mətbuat  xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Millətlərarası Multikulturalizm və Dini məsələlər üzrə Dövlət Müşavirliyinin rəhbərliyi və Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək konfransdan əvvəl Universitetdə “Dəyirmi masa” olub.

“Dəyirmi masa”da ölkəmizdə səfərdə olan xarici elm adamları – türkoloqlar, qorqudşünaslar, BSU-nun tələbələri iştirak ediblər.

Tədbirin moderatoru, Azərbaycan Müqayisəli Ədəbiyyat Assossasiyasının sədri, professor Rəhilə Qeybullayeva xarici qonaqları tələbələrə tədim edərək, bildirib ki, “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində həyata keçirilən layihələrə dünyanın tanınmış elm adamları böyük töhfələr veriblər: “1815-ci ildən bu günə qədər müxtəlif alimlər tərəfindən “Kitabi-Dədə Qorqud” dastanının təbliğatı və təşviqatı ilə bağlı böyük işlər görülüb. Onun nəticəsidir ki, Azərbaycan xalqının mənəviyyat eposu olan bu dastan multikultural dəyərlərimizi dünyada geniş təbliğ edə bilir”.

Fikrət Türkmən : “Dastanın hər sətiri ətrafında araşdırma aparaq”

İzmir Ege Universitetinin professoru Fikrət Türkmən “Kitabi-Dədə Qorqud” dastanının türk dünyasının şifahi xalq yaradıcılığında tutduğu əvəzsiz rolundan danışıb: “Dastanda hələ elm ələminə məlum olmayan söz və deyimlər ətrafında araşdırmalar aparılır. Hər yeni kəşf insana möcüzə təsiri bağışlayır. Düşünürsən ki, belə tarixi olan, zəngin adət-ənənəyə malik toplum necə də möhtəşəmdir. Biz alimlər dastanın nəinki hər boyu, hər sətiri ətrafında diqqətli araşdırmalar apararaq Türk xalqının nə qədər zəngin düşüncə tərzinə malik olduğunu göstərməliyik”.

Mustafa Kaçalin: “Türk xalqı üçün hər il “Dədə Qorqud” ili olmalıdır”

Marmara Üniversitetinin professoru Mustafa Kaçalin çıxışında Prezident İlham Əliyevin dastanın 200 illiyi ilə bağlı imzaladığı Sərəncamı yüksək qiymətləndirərək vurğulayıb ki, bu addım xalqın milli mənəvi dəyərlərinin dövlət siyasətinin əsasında dayandığının göstəricisidir: “Mən “Kitabi-Dədə Qorqud” irsinin təbliğatı ilə bağlı qardaş ölkədə keçirilən silsilə tədbirlərin bir neçəsinə qatılmışam. Tədbirlərdə səslənən fikirləri, həmkarlarımla görüşləri, gördüyümüz işləri tez-tez xatırlayıram. Düşünürəm ki, bir toplumu dünyada ayaqda saxlayan əsas dayaq onun mədəniyyətidir. “Kitabi-Dədə Qorqud” dastanını oxuyanlar türk toplumunun böyük mədəniyyətə malik olduğunu aşkarca görürlər. Ona görə də biz dastanla bağlı layihələrimizi dayandırmamalıyıq. Türk xalqı üçün hər il “Dədə Qorqud” ili olmalıdır”.

David Qotsiridze: ““Kitabi-Dədə Qorqud” bütün dünya xalqlarına nümunədir”

Tiflis Dövlət Universitetinin professoru David Qotsiridze “Kitabi-Dədə Qorqud”un özəlliyinə diqqət çəkərək, dastanın bütün dünya xalqlarına nümunə olduğunu deyib: “Əxlaq dəyərləri, milli mənəviyyata söykənən həyat tərzi, ərazinin və əhalinin idarə olunması bütün toplumlar üçün əğz ediləsi vacib şərtlərdir. “Kitabi-Dədə Qorqud” dastanında əksini tapan türk toplumunun həyat tərzi bu mənada başqa xalqlar tərəfindən mütləq dərindən öyrənilməlidir”.

Hendrik Bushoten : “...biz də sizi sevdik”

Almaniyanın Maynz Univeristetinin professoru Hendrik Bushoten həmvətəni olan Haynrix Fridrix fon Ditsin əməyinə, türkoloq alimin ruhuna Azərbaycanda göstərilən hörmətə görə, başda cənab Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqına minnətdarlığını bildirib: “Mən Azərbaycanda bir neçə dəfə olmuşam. Sizin xalq həqiqətən “Kitabi Dədə Qorqud” dastanında əksini tapan dəyərləri özündə daşıyır. Tarixi, milli dəyərləri bu günə daşımağı bacaran xalqlar möhtəşəmdir. Öz növbəmdə mən də Fridrix fon Ditsin ruhuna minnətdarlığımı bildirirəm ki, “Kitabi Dədə Qorqud” dastanını elm aləminə tanıtmaqla Azərbaycan xalqını gözəl tərəfləri ilə bizlərə göstərdi, biz də sizi sevdik”.

Fabio Salomon: ““Kitabi Dədə Qorqud”u oxudum, Şərqi gördüm”

Türkiyənin Koç Universitetinin professoru, italyalı alim Fabio Salomoni Homerin əsərləri ilə “Kitabi Dədə Qorqud” dastanını müqayisə edib: “Homeri oxuyandan sonra gözlərimin qarşısnda Qərb ənənələri canlanırdı. “Kitabi Dədə Qorqud”u oxudum, Şərqi gördüm. Bu dastan Şərqi tanıtmaq üçün gözəl vasitədir”.

Aleksandr Bondarev : “Azərbaycan xalqı soykökü ilə fəxr edən xalqlardandır”

Moskva Dövlət Linqvistik Universitetinin professoru Aleksandr Petroviç Bondarev müxtəlif ölkələrdə beynəlxalq tədbirlərin iştirakçısı olduğunu xatırladaraq, Azərbaycana gələndə rahat olduğunu, isti mühitə düşdüyünü vurğulayıb: “Azərbaycan xalqı soykökünü dərindən tanıyan və onunla fəxr edən xalqlardandır. Bu xüsusiyyət azərbaycanlılara hörmət gətirir. Rus xalqı ilə Azərbaycan xalqını bir-birinə bağlayan tarixi köklər var. Bizim xalq da milli dəyərləri hər şeydən üstün tutur, Azərbaycan xalqı da. Bu oxşarlığımız dostluğumuzu əbədi olaraq saxlayır.

Pyaxin Georgi Vladimiroviç : “Dastanlar xalqlara dost olmağı öyrədir”

Rusiyada fəaliyyət göstərən “Художественная литература” nəşriyyatının direktoru, akademik Pyaxin Georgi Vladimiroviç dastanların xalq ruhunu ifadə etdiyi üçün əbədi olduğunu bildirib: “Əvvəllər iki dövlət arasında münasibətlər korlananda siyasət xalqların əlaqələrinə də təsir edirdi. Artıq çoxdandır ki, bu yanaşmaya son qoyulub. Türkiyə ilə Rusiya arasında soyuq yellər əsməsinə baxmayaraq, cəmiyyətin bir-birinə olan hörməti azalmayıb. Mənim azərbaycanlı dostlarım var ki, nə baş verməsindən asılı olmayaraq, onları əziz adamım hesab edirəm. Dastanlar xalqlara dost olmağı öyrədir, mədəniyyət təbliğatçısı olması ilə millətləri insanlıq işığı ətrafında birləşdirir. Türk dünyasının yaratdığı “Kitabi Dədə Qorqud” eposu məhz bu gücə malikdir”.

25 dilə tərcümə olunan “Bastın Təpəgözü öldürdüyü boy”

Alman şərqşünası Fridrix fon Dits 1815-ci ildə ilk dəfə “Kitabi-Dədə Qorqud” dastanı aşkara çıxararaq “Bastın Təpəgözü öldürdüyü boy”u alman dilinə çevirib geniş “Müqəddimə” ilə dünya elminə təqdim edib. Bu əsər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən olduğu kimi 25 dilə çevrilərək nəşr olunub.

Kitab dəyirmi masada qonaqlara hədiyyə edilib.

Ölkəmizdə qonaq olan xarici alimlər Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavir Kamal Abdullayevin qəbulunda olublar. Azərbaycana növbəti dəfə dəvət aldıqları üçün dövlət müşavirinə minnətdarlıqlarını bildirən qonaqlar bizim ölkəni özlərinin vətənləri hesab etdiklərini dilə gətiriblər və qeyd ediblər ki, Azərbaycanı beynəlxalq səviyyədə təqdim və tərənnüm etdiklərinə görə fəxr hissi keçirirlər.




Baxış sayı: 2 322
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031