FACT-INFO.AZ » XƏBƏR » Aprel zəfərinin üçüncü ildönümü cəbhə xəttində qeyd olundu
5-04-2019, 08:10 | XƏBƏR
Aprel zəfərinin üçüncü ildönümü cəbhə xəttində qeyd olundu

Tədbirin keçirilməsində əsas məqsəq Azərbaycanın müasir hərb tarixinin zəfər səhifəsi sayılan aprel döyüşlərinin üçüncü ildönümünü qeyd etmək, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə töhfə verməkdir.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Müdafiə Nazirliyi Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, millət vəkilləri, media qurumlarının rəhbərləri, KİV nümayəndələri, hərbçilər, tələbə-könüllülər, şagird və müəllimlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Füzuli rayonunun Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzinə gələrək, ümummilli liderin abidəsi önünə gül dəstələri qoyublar. Sonra Horadiz şəhərində ucaldılmış “Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət edilib, şəhidlərin xatirəsi ehtiramla anılıb. Abidənin yaxınlığındakı ərazidə və Cocuq Mərcanlıya gedən yolun kənarında milli vətənpərvərlik musiqisinin sədaları altında aprel zəfərindən ötən hər gün üçün 1100 ağac əkilib. Qeyd edək ki, ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim olunub.

Daha sonra tədbir iştirakçıları ön xəttə yollanıb, əsgərlərin xidmət şəraiti ilə tanış olublar. Əsgər və zabitlərlə görüş zamanı təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Milli Ordusunun 2016-cı ilin aprel ayında həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində strateji mövqelərə nəzarət bərpa olunub və ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qələbə qazanılıb. Firudin Qurbanov Milli Ordumuzun şanlı tarixinə çevrilmiş aprel döyüşlərinin hər bir vətəndaşda qürur hissi yaratdığını qeyd edib.

Nazir müavini vurğulayıb ki, aprel döyüşlərində qazanılan qələbənin ildönümünün hər il qeyd olunması xalqımızın mübarizə ruhunu və yüksək vətənpərvərlik hissini bir daha nümayiş etdirir. Firudin Qurbanov işğal altındakı digər torpaqlarımızın da işğaldan azad ediləcəyinə əminliyini ifadə edib.

Əsgərlərlə söhbət zamanı Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev aprel şəhidlərinin şücaətindən söz açıb. Rasim Əliyev bildirib ki, 2016-cı ilin aprel ayında Azərbaycan ordusu düşməni tam məğlub etməyə hər zaman hazır olduğunu nümayiş etdirib. General-mayor Azərbaycan ordusunun işğal altındakı bütün torpaqlarımızı azad etməyə tam qadir olduğunu vurğulayıb.

Daha sonra təhsil nazirinin müavini Firudin Qurbanov və tədbir iştirakçıları Cəbrayıl rayonunun Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagird və müəllim kollektivi ilə görüşüb. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Məktəbə Təhsil Nazirliyi tərəfindən idman ləvazimatları hədiyyə olunub. Sonda tədbir iştirakçıları Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə əsgər və zabitlərlə birgə nahar ediblər.




Baxış sayı: 1 330
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30