"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, tədbirdə Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının rəhbərliyi, N saylı hərbi hissənin zabit və əsgər heyəti, həmçinin Alxanlı kəndinin sakinləri iştirak ediblər. Tədbir iştirakçıları abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Zəhra və nənəsinin xatirəsi yad edilib, ermənilərin törətdiyi vəhşiliklərdən söhbət açılıb. Xatırladaq ki, 2017-ci il iyulun 4-ü saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
Baxış sayı: 1 434
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

