FACT-INFO.AZ » SİYASƏT » Paşinyan siyasətin kədərli faktı kimi: Ermənistan-Rusiya münasibətlərinin böhranı
4-08-2018, 08:20 | SİYASƏT
Paşinyan siyasətin kədərli faktı kimi: Ermənistan-Rusiya münasibətlərinin böhranı

Rəsmi İrəvan isə “məxməri inqilab”ın bəhrələrindən faydalanmaqdadır. İndi N.Paşinyan bir zamanlar ona pislik etmiş adamları cəzalandırmaqla məşğuldur. Əlbəttə, o, bunları demokratiya və insan haqları naminə etdiyini söyləyir. Artıq 2008-ci ildə N.Paşinyanı həbs etdirənlərdən R.Koçaryan həbsə atılıb. Sırada general Y.Xaçaturov vardır. Növbə kimindir? Kim olur-olsun, Moskva narazılığını bildirir. O, İrəvanın məsləhətləşmədən addım atmasını həzm edə bilmir. Normal reaksiyadır, çünki Kreml buna adət edib. İrəvan isə şıltaqlıq ssenarisinə keçib. Hazırda rusiyalı ekspertlər bir zamanlar ağız dolusu təriflədikləri ermənilərə ağızlarına gələni deyirlər. Onları qəzəbləndirən həmişə qul olan birilərinin sərbəst hərəkət etmək istəyidir. Əslində isə ermənilərin bu cür hərəkətlər edə bilməsi üçün şəraiti Rusiya və Qərb uzun illərboyu yaradıblar. Məsələnin bu aspekti üzərində geniş dayanmaq istərdik.

Qulun üsyanı: saxta dostluğun məntiqi sonu

Nikol Paşinyan baş nazir olandan hərəkətləri Moskvanı təəccübləndirir və qıcıqlandırır. Yeni Ermənistan iqtidarı bütün istiqamətlərdə Rusiyanın maraqlarına uyğun gəlməyən addımlar atır. Onlardan daha çox narahatlıq doğuranı antirusiya əhval-ruhiyyəli kadrlara yüksək vəzifələrin verilməsi və paralel olaraq Ermənistanda Rusiyanın dayaqlarının laxladılmasıdır. Hər iki məqamla bağlı Rusiya tərəfi bir neçə dəfə mövqeyini bildirib və N.Paşinyan hakimiyyətinə xəbərdarlığını edib. Buna baxmayaraq, N.Paşinyan Kremlə tərs gələn siyasətini davam etdirməkdədir.

Son olaraq baş nazir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hazırkı baş katibi Yuri Xaçaturovun həbs olunmasına qərar verib. Y.Xaçaturov bu vəzifəni 2017-ci ildən tutur. O, həmin dövrə qədər Ermənistan ordusunun baş qərargah rəisi, milli təhlükəsizlik şurasının katibi və İrəvan hərbi qarnizonunun komandiri olub. Əslən Gürcüstanın Tetri-Skaro rayonundandır. 2018-ci il iyulun 28-də ona ittiham irəli sürülüb.

İttihamda 2008-ci il martın 1-2-də İrəvanda etirazçıların gülləbaran edilməsinə əmr verməsi göstərilib. Həmin hadisələrdə 10 nəfər həlak olmuş, 200 nəfər isə yaralanmışdı. Etiraz aksiyaları prezident seçkisinin saxtalaşdırılmasına cavab olaraq təşkil edilmişdi. O zaman S.Sarkisyan növbəti dəfə prezident seçilmişdi. Xatırladaq ki, Ermənistan hakimiyyəti keçmiş prezident R.Koçaryanı da həmin ittihamla həbs edib. R.Koçaryan başqaları ilə əlbir olub, Ermənistan hakimiyyətini dəyişməkdə günahlandırılır. Y.Xaçaturov isə konkret atəş əmri verən hərbçi olaraq məhkəməyə çıxarılır.

Öncə onu vurğulayaq ki, Rusiya Ermənistan rəhbərliyinin bu addımlarına sərt reaksiya verib. Ekspertlər KTMT-ni NATO ilə müqayisə edərək sual edirlər: “Norveç Y.Stoltenberqin həbsinə qərar verərdimi?” və ya NATO ilə məsləhətləşmədən belə bir addım atardımı? Qətiyyən atmazdı. Onda bəs Ermənistan hakimiyyəti hansı məntiqlə Moskva ilə məsləhətləşmədən və bunu açıq bildirmədən KTM-nin baş katibini məhkəməyə çəkir? Üstəlik, Moskvadan onu KTMT-nin rəhbərliyindən uzaqlaşdırmağı istəyir. Moskva isə İrəvandan rəsmi tələb istəyir. S.Lavrov bu barədə Ermənistanın xarici işlər naziri Z.Mnatsakanyana bildirib.

Bütün bunlardan rusiyalı ekspertlər belə bir nəticə çıxarırlar: N.Paşinyan sərt antirusiya siyasəti aparır. Məsələn, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markovun fikrincə, N.Paşinyan Rusiya ilə bağlı dediklərində səmimi deyil. O, dostluqdan alovlu danışır, lakin Rusiya yönümlü siyasətçiləri təqib edir. “KTMT-nin rəsmi şəxsinin təqib edilməsi Rusiya rəhbərliyi ilə münasibətlərin pis olmasının təzahürüdür” (bax: Зачем Пашинян пошел на резко антироссийский шаг / Vz.ru, 27 iyul 2018).

Mütəxəssis sözlərinə davam edərək vurğulayır ki, N.Paşinyan Rusiyaya münasibətində səmimi olsaydı, geniş müzakirəyə çıxarmadan Moskva ilə Y.Xaçaturov məsələsindən danışardı. Ancaq onun seçdiyi yol göstərir ki, “Ermənistanda antirusiyayönümlü siyasətçi hakimiyyətə gəlib” (bax: əvvəlki mənbəyə).

Moskva qayğılıdır: sədaqətsizlik və ya nankorluğun sərhədi

Sergey Markov fikirlərinə yekun vuraraq deyib: “Paşinyanın siyasəti kədərli faktdır. Biz münasibətlərə yenidən baxmalıyıq. Yaxşı ki, Rusiyanın Ermənistanda həyati əhəmiyyətli maraqları yoxdur. Hətta Paşinyan amerikan qoşunlarını Ermənistana dəvət etsə belə, bunun Rusiyanın maraqlarına həddən artıq güclü zərbə olmayacağına əminəm” (bax: əvvəlki mənbəyə).

Rusiya-Ermənistan münasibətlərinin bu vəziyyətə düşməsi təsadüfi deyil. Məsələnin iki aspekti var. Birincisi odur ki, Moskva artıq 100 ildən çoxdur ki, ermənilərə havadarlıq edir. Coğrafi olaraq yanlış yerdə “Ermənistan” adlanan qondarma dövlət yaratdı. Bu qondarma dövlət Azərbaycan torpaqlarında quraşdırıldı. Sonra müxtəlif üsullarla həm Azərbaycandan əlavə torpaqlar alıb Ermənistana qatdılar, həm də siyasi və mədəni olaraq onları başımızın üstünə çıxarmağa çalışdılar. Nəticədə, həmişə kənardan güclü dəstək görən nankor, ərköyün, özündənrazı, kimsəni bəyənməyən, ətrafdakı bütün ölkələrə qarşı ərazi və mədəniyyət iddiası olan sürü formalaşdı. İndi bu sürü özünü azad sayır, güclü hesab edir və onu bu səviyyəyə gətirən ruslara qarşı düşmən mövqedə durur. Çünki yeni ağa axtarışındadır ki, işğal etdiyi əraziləri saxlaya bilsin. Yəni Rusiya nankor ermənilərdən haqlı cavabını alır.

İkincisi ondan ibarətdir ki, Rusiya kimi, Qərb də ermənilərin vəhşiliyinə, aqressivliyinə, orta əsr şovinizminə, təkəbbürlü davranışlarına göz yumdu. Ermənistanı qətiyyən layiq olmadığı halda “yarımazad ölkə” kimi təqdim etməyə çalışdılar. Orada baş verən insan haqlarının kütləvi və kobud surətdə pozulmasını demokratik hal kimi qiymətləndirdilər. Məsələn, Ermənistanın nə kimi ölkə olduğunu milyonlarla insanların (müsəlmanların) öz yurdundan deportasiya edilməsi göstərir. Günahsız insanların kütləvi qətli, qadınların, qocaların işgəncəyə məruz qalması, hələ də yüzlərlə dinc sakinin əsirlikdə saxlanması fakt deyilmi? Bütün bunlara “demokratik” Qərb necə reaksiya verir? Demək olar ki, laqeydliklə susur və hətta bu barədə faktları dinləmək belə istəmir. Biz Azərbaycan parlamentində Xocalı soyqırımı ilə bağlı kadrlar nümayiş etdirilərkən qərbli diplomatların zaldan çıxması faktını əsla unuda bilmərik. Biz dəfələrlə qərbli siyasət adamlarının, ekspertlərin, QHT nümayəndələrinin Azərbaycanla bağlı qərəzli mövqeyini yaddan çıxara bilmərik. Biz onların erməniləri yeri gəldi-gəlmədi xristian olaraq müdafiə etmələrini qəbul edə bilmərik.

Bu kontekstdə xatırladaq ki, məhz Qərbin insan haqlarından dəm vuran təşkilatları 2008-ci ildə Ermənistanda prezident seçkilərini demokratik adlandırmış, onu beynəlxalq hüquqa uyğun hesab etmişdilər. O zaman Azərbaycan tərəfinin iradlarına və konkret faktlar təqdim etməsinə baxmayaraq, AŞPA Ermənistanla bağlı layiq olduğu qərarı qəbul etmədi. Əksinə, ermənilərin başına yeni sığallar çəkdi. İndi tarixin istehzasıdır ki, Qərbin çocuğu N.Paşinyan sübut edir ki, Ermənistanda erməni siyasətçiləri ilə yanaşı, Qərbin və Rusiyanın ekspertləri, siyasi liderləri, insan haqlarından və demokratiyadan dəm vuran kəsimləri də cinayət törədiblər. Çünki onlar həqiqəti bilə-bilə gizlədiblər. Günahsız ermənilərin qanının tökülməsinə göz yumublar.

Məgər onlar sarkisyanları, koçaryanları, xaçaturovları və başqa cinayətkarları saxlaya bilməzdilər? Onlardan insan haqlarına hörmət etməyi tələb edə bilməzdilər? Çox rahatlıqla edə bilərdilər. Lakin həmin dairələr o zaman necə davrandılarsa, indi də eyni hərəkəti edirlər. Belə ki, indi yalnız öz maraqlarını güdürlər. Kreml Paşinyandan inciyir, Ağ Ev isə onu öz tərəfinə çəkmək arzusundadır. Hər iki tərəf həm vəd verir, həm də hədələyir. Ermənistan da həmişə olduğu kimi bazar daxılında satılmalı olan keyfiyyətsiz mal kimi qalıb ortada – bilmir özünü kimə və neçəyə sırısın.

N.Paşinyan komediyası bunlardan ibarətdir. O, erməni cəmiyyətinin həyatında keçici hadisədir və bəlkə də S.Markov haqlıdır – “kədərli faktdır”! Çünki Ermənistan o dərəcədə kənardan asılıdır ki, bu cür sərsəmlərin uzun müddət orada hakimiyyətdə qalması imkansızdır. Sonuc isə daha kədərli ola bilər. Sürətlə dəyişən geosiyasi dinamikanın küləkləri Ermənistan adlı dövləti quyunun dibinə sala bilər. Əlbəttə, onun havadarları çoxdur və güclüdür, lakin tarixin öz hökmü var! Newtimes.az




Baxış sayı: 1 808
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Bu gün, 21:30 Zeytun Festivalı başlayıb Bu gün, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Bu gün, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Bu gün, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031