2 iyul – Azərbaycan Polisi Günü, Vətənə sədaqətlə xidmət edən, qanunların keşiyində mərdliklə dayanan və gecə-gündüz xalqın təhlükəsizliyi naminə çalışan polis əməkdaşlarının şərəf və fədakarlıqla qeyd etdiyi xüsusi bir gündür.
Azərbaycan polisi – sadəcə bir hüquq-mühafizə qurumu deyil, bu xalqın təhlükəsizliyinin, dövlətçiliyimizin və sabitliyimizin qoruyucusudur. O, həm də çətin zamanlarda xalqla çiyin-çiyinə duran, hər çağırışda ön cəbhədə yer alan və səssiz qəhrəmanlığı ilə ad-san qazanan bir gücdür.
Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Polis xalqın xidmətçisidir.” Bu xidmət – sadəcə vəzifə deyil, vicdanın, mərdliyin və vətənə sədaqətin sınağından keçməkdir.
Müstəqil Azərbaycanın möhkəmlənməsində, hüququn aliliyinin təmin olunmasında, vətəndaş cəmiyyətinin inkişafında polisimizin müstəsna rolu var. Onların hər biri bu vətənin keşiyində duran bir bayraqdar, bir qoruyucu mələk kimidir.
Bu gün öz həyatını təhlükəyə ataraq cinayətkarlığa qarşı mübarizə aparan, narkotiklərlə, insan alveri ilə, ictimai təhlükələrlə yorulmadan mübarizə aparan polis əməkdaşlarına sonsuz təşəkkür və minnətdarlıq düşür.
Bütün Azərbaycan polisi sıralarında xidmət edən şəxsləri, eləcə də bu şərəfli peşənin veteranlarını Azərbaycan Polisi Günü münasibətilə təbrik edirəm. Sizə möhkəm can sağlığı, dəmir iradə, sonsuz səbir və Vətən sevgisi arzu edirəm. Xalqımız sizinlə fəxr edir!
Polis – sabitliyin keşikçisi, əmin-amanlığın təminatçısıdır!
2 İyul – Azərbaycan Polisi Gününüz mübarək olsun!
Dərin ehtiramla,
Pərvanə Salmanqızı
Baxış sayı: 135
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
