FACT-INFO.AZ » SİYASƏT » Lord Con Alderdays: Böyük Britaniya Azərbaycan və Mərkəzi Asiya ilə əməkdaşlığını dərinləşdirməyə sadiqdir
3-07-2025, 08:00 | SİYASƏT
Lord Con Alderdays: Böyük Britaniya Azərbaycan və Mərkəzi Asiya ilə əməkdaşlığını dərinləşdirməyə sadiqdir

Londonda Xəzər Siyasət Mərkəzi (Caspian Policy Center) tərəfindən keçirilən Trans-Xəzər konnektivliyi üzrə üçüncü London konfransı çərçivəsində çıxış edən Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Lord Con Alderdays, Birləşmiş Krallığın regionla əməkdaşlığa artan diqqətindən danışıb. Fact-info.az xəbər verir ki, Lord Alderdaysın sözlərinə görə, regionla münasibətlər təkcə ticarət və investisiyalarla məhdudlaşmır, eyni zamanda, uzunmüddətli tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanır. Bildirib ki, bu əməkdaşlıq sahələri arasında bərpaolunan enerji, maliyyə və peşəkar xidmətlər, təhsil, kreativ sənayelər və strateji əhəmiyyətə malik xammallar kimi sahələr xüsusi önəm daşıyır.

“Britaniya şirkətləri artıq regionun bir sıra ölkələrində mühüm infrastruktur layihələrində iştirak edir. Azərbaycanda Böyük Britaniyanın ixrac kredit agentliyi UKEF (UK Export Finance) aviasiya sahəsində ilk maliyyə əməliyyatını uğurla yekunlaşdırıb. Bundan əlavə, Britaniya şirkətləri Azərbaycanda təmiz enerji dəhlizlərinin yaradılması istiqamətində əməkdaşlıq edirlər”,- deyə Lord Alderdays vurğulayıb.

O bildirib ki, Orta Dəhliz boyunca yerləşən ölkələr üçün nəqliyyat, logistika və rəqəmsallaşma sahələrində infrastrukturun modernləşdirilməsi xüsusi prioritet təşkil etməlidir. Bu baxımdan, Böyük Britaniya yalnız maliyyə deyil, həm də texniki və institusional dəstək göstərməyə hazırdır.

Təhsil sahəsinə toxunan Lord Alderdays, Böyük Britaniyanın region ölkələri ilə ali təhsil sahəsində uğurlu əməkdaşlıq nümunələrini qeyd edib. Bir sıra Britaniya universitetləri artıq regionda ikili diplom proqramları həyata keçirir, mühəndis, enerji mütəxəssisləri və rəqəmsal texnologiya üzrə kadrlara təlim verir. O, bu cür “insandan-insana bağlantıların” regional inteqrasiyanın əsas təməlini təşkil etdiyini bildirib.

“Biz infrastrukturun inkişafına yalnız tikinti layihəsi kimi baxmırıq. Bu həm də insan kapitalına, təhsilə və innovasiyalara sərmayə yatırmaq anlamına gəlir. Böyük Britaniya bu istiqamətdə uzunmüddətli və davamlı tərəfdaşlıq təklif edir”,- deyə Lord Alderdays çıxışının sonunda əlavə edib.

 




Baxış sayı: 115
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30