FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi çərçivəsində silsilə materiallar hazırlanıb
3-07-2025, 10:30 | MƏDƏNİYYƏT
Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi çərçivəsində silsilə materiallar hazırlanıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi çərçivəsində silsilə materiallar hazırlanaraq istifadəçilərə təqdim edilib.

Kitabxanadan Fact-info.az-a bildirilib ki, “Böyük şair, görkəmli maarif xadimi - Seyid Əzim Şirvani” adlı videomaterialda Seyid Əzim Şirvaninin gənclik illəri, mükəmməl təhsili, ilk yaradıcılıq nümunələri, pedaqogika və mətbuat sahəsindəki fəaliyyəti haqqında dolğun məlumat verilir, Şirvaninin poetik nümunələrdən ibarət lirika ilə yanaşı, eyni zamanda, yaradıcılığında realist satira dili ilə dövrün aktual məsələlərinə kəskin münasibət bildirən, didaktik əsərlərində humanist ideyaların təbliğinə xüsusi diqqət yetirən görkəmli şair olduğu diqqətə çatdırılır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda şairin maarifçilik fəaliyyətindən bəhs olunaraq, ana dilində açdığı yeni üsullu məktəbin və 1878-ci ildə ibtidai sinif şagirdləri üçün tərtib etdiyi “Rəbiül-ətfal” (“Uşaqların baharı”) adlı dərsliyin Azərbaycan təhsili tarixində əlamətdar bir hadisə olduğu bildirilir. Materialda maarifçilik sahəsindəki xidmətlərinə görə layiq görüldüyü təltif və əsərlərinin dövlət varidatı elan olunması haqqında da məlumat verilir.

"Böyük şair, görkəmli maarif xadimi - Seyid Əzim Şirvani" adlı material kitabxananın rəsmi saytında yerləşdirilib.

Görkəmli şair və maarifçi Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Gənclər Kitabxanasının rəsmi saytında “Seyid Əzim Şirvani - 190” adlı elektron resurslar bazası yaradılıb. Bazada internet məkanında görkəmli şair və maarifçi haqqında dərc edilən materiallar toplanılır. Bu materiallarda istifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxmaq imkanına malikdirlər.

Gənclər Kitabxanasının sosial şəbəkə hesablarında mütəmadi olaraq Seyid Əzim Şirvaninin yaradıcılıq nümunələrindən ibarət paylaşımlar, məlumat xarakterli qısa tanıtım çarxları da istifadəçilərə təqdim edilir.




Baxış sayı: 180
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30