Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) sadiqliyinin strateji xarakteri var və konkret nəticələrə nail olmağa yönəlib.
Fact-info.az xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov İspaniyanın Sevilya şəhərində keçirilən BMT-nin İnkişafın Maliyyələşdirilməsi üzrə 4-cü Qlobal Konfransında (FFD4) çıxışı zamanı bildirib.
O, xatırladıb ki, Azərbaycan dünyada beş ölkədən biri və regionda DİM-lərin həyata keçirilməsi ilə bağlı IV Könüllü Milli Hesabatı təqdim edən ilk ölkədir.
Azərbaycanın Baş nazirinin müavini qeyd edib ki, geosiyasi gərginliyin artması və hərbi münaqişələr DİM-lərin maliyyələşdirmə bazasını ciddi şəkildə pozur.
"Münaqişədən sonrakı iqtisadi bərpa dövlətlərin büdcəsi üçün daha bir kəskin problemə çevrilib. Mənim ölkəm də bununla üzləşir. Uzun illər ərzində Azərbaycan qonşu Ermənistan tərəfindən öz ərazisinin 20 faizinin işğalı ilə mübarizəyə əhəmiyyətli maliyyə resursları yönəltməli olub", - o bildirib.
Baxış sayı: 120
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
